Yükləmə-boşaltma əməliyyatlarının gəmi daşımalarına təsirinin tədqiqi (Disertasiya işinin adı) İхtisaslaşma: tm 100005-«Nəqliyyatda daşımaların və idarəetmənin təşkili»


Konteynerlərin təsnifatı və əsas parametrləri



Yüklə 1,15 Mb.
səhifə40/41
tarix06.03.2022
ölçüsü1,15 Mb.
#53438
1   ...   33   34   35   36   37   38   39   40   41
SON

Konteynerlərin təsnifatı və əsas parametrləri.

Beynəlxalq Standartlaşdırma Təşkilatının yük konteynerləri üzrə texniki komitəsinin (TC – 104) müəyyən etdiyi tərifə əsasən “yük konteyneri” termini nəqliyyat avadanlığının elementini ifadə edir.O, aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:

  • daimi texniki xarakteristika və dəfələrlə istifadə çün kifayət qədər möhkəmlik;

  • yüklərin boşaldılmadan bir nəqliyyat növündən digərinə ötürülməsini təmin edən konstruksiya;

  • bir nəqliyyat növündən dogərinə ötürülmənin çevikliyini təmin edən xüsusi tutulma qurğularının mövcudluğu;

  • qurğunun özünün asanlıqla yüklənib-boşaldılmasına imkan verən xüsusi konstruktiv quruluş;

  • 1 m³-dan az olmayan daxili həcm.

“Yük konteyneri” termini yerdəyişmə vasitəsi yaxud adi tara kimi qəbul edilməməlidir.Tutumları 1 m³-dan az olan və yuxarıda sadalanan tələblərdən heç olmasa birinə belə cavab verməyən qurğular konteynerlərə deyil atlıqlara aid edilirlər [1,5].

Konteynerin əsas təyinatı onun içərisində yerləşdirilmiş yüklərin ətraf mühitin təsirlərindən mühafizə etmək; yüklərin tara və tarasız şəkildə daşınılması və saxlanılmasının təmin edilməsi; yüklərin itkisinin zədələnməməsinin qarşısının alınmasıdır.

Konteynerlər təyinatı,konstruktiv quruluşu,brutto və netto kütləsi və dövriyyə sferasına görə 4 əsas əlamət üzrə təsnifatlandırılırlar.

Təyinatlarına görə konteynerlər iki qrupa bölünürlər:

1.Universal konteynerlər.Onlar müxtəlif növ yüklərin qablaşdırılmış şəkildə və tarasız halda daşınılması üçün istifadə edilirlər.

2.İxtisaslaşdırılmış konteynerlər.Bu tipili konteynerlər konkret yük növlərinin (səpilən yüklər,maye yüklər,refrijerator təyinatlı yüklər və s.) daşınılması üçün nəzərdə tutulur.

Kütlələrinə görə konteynerlər üç qrupa bölünürlər:

1.Az tonnajlı konteynerlər.Bu tipli konteynerlərin kütləsi 2,5-3,0 ton təşkil edir.

2.Orta tonnajlı konteynerlər.Bu konteynerlərin kütləsi 10 tonadəkdir.

3.İri tonnajlı konteynerlər.Bu cür konteynerlərin kütləsi 10 tondan çoxdur.

Konstruksiyalarına görə konteynerlər üstü örtülü və açıq,su keçirməyən,qeyri hermetik,metal və polimer materiallardan hazırlanmış metal karkaslı və s.kimi növlərə bölünürlər.

Dövretmə sferasına görə konteynerlər beynəlxalq təyinatlı,magistral,bir və yaxud bir neçə nəqliyyat növündə daşınılmasına icazə verilən konteynerlər kimi növlərə bölünürlər.

Daşınılma üçün təqdim edilən yükün xarakterindən, xassələrindən, partiyalılığından, yükləmə-boşaltma şərtlərindən asılı olaraq müvafiq konteyner növü seçilir və onu parametrləri müəyyən edilir.

Konteynerlərin əsas texniki xüsusiyyətləri aşağıdakılardır:



  • Brutto kütlə,ton;

  • Yük götürmə qabiliyyəti,ton;

  • Səmərəli daxili həcm,m³;

  • Sahəsi,m²;

  • Konteynerin daxili hissəsinin və xarici qabaritlərinin ölçüləri,mm;

  • Yükləmə-boşaltma üçün nəzərdə tutulan qapıların və lüklərin ölçüləri,mm;

  • Konteynerin öz kütləsi (boş halda),ton;

  • Taralıq əmsalı (konteynerin kütləsinin yükün netto kütləsinə olan nisbəti).

Konteynerin brutto kütləsi və onun yükgötürmə qabiliyyəti arasındakı asılılıq aşağıdakı kimi ifadə edilə bilər:

; (4.1)
burada my – konteynerin yükgötürmə qabiliyyətidir;

qk – konteynerin öz kütləsidir.

Konteynerdən istifadənin səviyyəsi onun yükgötürmə qabiliyyətindən və həcmindən istifadə əmsalları ilə xarakterizə edilir.Konteynerin yükgötürmə qabiliyyətindən istifadə əmsalı aşağıdakı nisbətlə ifadə edilir:

; (4.2)

burada mf – faktiki olaraq konteynerə yüklənmiş yükün miqdarıdır,ton;

mn – konteynerin nominal yükgötürmə qabiliyyətidir,ton.

Buna oxşar qaydada konteynerin həcmindən istifadə əmsalını müəyyən etmək olar:



; (4.3)

burada Vy – yükün konteynerdə faktiki olaraq tutduğu həcmdir,m³;

Vs – konteynerin səmərəli həcmidir,m³.

Konteynerlərin parametrlərinin seçiminə bir qayda olaraq onların nisbi həcmlərinin müəyyən edilməsindən başlanılır.Konteynerin nisbi həcmi onun tam daxili həcminin hansı hissəsinin konteynerin nominal yükgötürmə qabiliyyətinin bir tonuna düşməsini əks etdirir:



; (4.4)

Optimal nisbi həcm odur ki,bu zaman konteynerin səmərəli həcmindən daha yaxşı istifadə etməklə onun yükgötürmə qabiliyyətindən maksimum dərəcədə bəhrələnmək mümkün olsun:



; (4.5)

burada - yükün sıxlığını ifadə edir.

Konteynerin öz kütləsi onun daxili hissəsinin həcmindən,hazırlandığı materialdan və həmçinin də konstruksiyanın özünəməxsus xüsusiyyətlərindən (qapıların ölçüləri,lüklərin ölçüləri və s.) asılıdır.Konteynerin kütləsi ilə sadalanan amillər arasındakı funksional asılılıq bir qədər mürəkkəb xarakter daşıdığı üçün o burada nəzərdən keçirilmir.

Konteynerin döşəməsinin nisbi sahəsi aşağıdakı nisbətlə müəyyən edilir:



; (4.6)

burada F – konteynerin döşəməsinin sahəsidir,m²;

my – konteynerin nominal yükgötürmə qabiliyyətidir,ton.

Konteynerin parametrləri seçilərkən çalışırlar ki,konteynerin döşəməsinin nisbi sahəsinin göstəricisi nəqliyyat vasitələrinin analoji göstəricisinə yaxın olsun.

Konteynerin daxili ölçüləri müəyyən edilərkən aşağıdakı ifadələrə istinad edilməlidir:

; ; ; (4.7)

burada l,b,h – konteynerin daxili uzunluğu,eni və hündürlüyüdür,mm;

L,B,H – konteynerin xarici qabarit ölçüləridir,mm;

yük panellərinin qalınlıqlarının cəmidir,mm;

konteynerin baş tərəfində yerləşən panellərin və qapıların

qalınlıqlarının cəmidir,mm;

a,c – konteynerin alt və üst hissələrinin qalınlıqlarını əks etdirir,mm.

Konteynerlərin əsas texniki xarakteristikalarını əks etdirən göstəricilər arasında qarşılıqlı əlaqələr mövcuddur.

Yuxarıda qeyd etdiyimiz kimi konteynerlərin mühüm xarakteristikalarından biri də taralıq əmsalıdır.Bu əmsal nə qədər aşağı olsa bir o qədər yaxşıdır.Boş konteynerin kütləsini müəyyən etmək üçün təxmini hesablamalar aparmaq məqsədilə aşağıdakı empirik düsturdan istifadə etmək olar:

mb=140+85Vk ; (4.8)

burada Vk – konteynerin həcmidir,m³.

Müxtəlif tipli konteynerlər üzərində aparılan analizlər göstərir ki,taralıq əmsalı aşağıdakı intervallar çərçivəsində daha rasional hesab edilir:



  1. Orta tonnajlı polad konteynerlər üçün – 0,20-0,22;

  2. İritonnajlı konteynerlər üçün – 0,115-0,135;

  3. Alüminium xəlitələrindən və möhkəm fanerlərdən hazırlanmış konteynerlər üçün – 0,10-0,11.

Konteynerlərin standartlaşdırılması məqsədilə Beynəlxalq Standartlaşdırma Təşkilatının yaratdığı texniki komitə - 104 yük konteynerlərinin əsas parametrlərini və tətbiq edildikləri sahələri müəyyən etmişdir.Birinci seriyalı konteynerlər üçün 2438 2438 mm bərabər vahid en kəsiyi müəyyən edilmişdir.Onların uzunluqları isə əsas modula tam dəfələrlə müvafiq olmalı (1528 mm) və yanaşı qoyulmuş konteynerlər arasındakı aralıq məsafəsi 76,2 mm olması nəzərə alınmaqla müəyyən edilir.Uzunluqları 3,05 ; 6,10 və 12,20 m,kütlələri isə 10 , 20 və 30 ton olan konteynerlər daha geniş yayılmışlar.Beynəlxalq Standartlaşdırma Təşkilatı hündürlük üzrə əsas ölçüdən – 2438 mm yayınmağa icazə verir.

Cədvəl 3.1



1 seriyalı beynəlxalq sinifli konteynerlərin ölçüləri



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin