Yükləmə-boşaltma əməliyyatlarının gəmi daşımalarına təsirinin tədqiqi (Disertasiya işinin adı) İхtisaslaşma: tm 100005-«Nəqliyyatda daşımaların və idarəetmənin təşkili»


IV FƏSİL. Yüklərin iriləşdirilmiş yük vahidləri formasında



Yüklə 1,15 Mb.
səhifə39/41
tarix06.03.2022
ölçüsü1,15 Mb.
#53438
1   ...   33   34   35   36   37   38   39   40   41
SON

IV FƏSİL. Yüklərin iriləşdirilmiş yük vahidləri formasında

daşınılmasının elmi–texniki və iqtisadi əsasları.

4.1. İriləşdirilmiş yük vahidlərinin xüsusiyyətləri.

Daşıma prosesində iştirak edən nəqliyyat vasitələrindən daha səmərəli istifadə edilməsi, yüklərin bir nəqliyyat növündən digər nəqliyyat növünə ötürülməsi prosesinin sürətləndirilməsi istiqamətində tətbiq edilən təsbirlər içərisində yüklərin iriləşdirilmiş yük vahidləri şəklində formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bu tədbirlər hələ keçən əsrin 20 – ci illərindən başlayaraq tətbiq edilir. Bu cür texnologiya yüklərin yerləşdikləri taralardan boşaldılmadan bir nəqliyyat növündən digərinə ötürülməsi prinsipinə əsaslanır (yüklərin yük modullarında daşınılması).­

İxtisaslaşdırılmış nəqliyyat vasitələrinin geniş tətbiqi məhsul istehsalçıları qarşısında bir sıra yüklərin bəzi nəqliyyat xüsusiyyətlərinin və taralarının ölçülərinin standartlaşdırılması ilə bağlı müəyyən tələblərin yerinə yetirilməsi şərtlərini qoymuşdur. Məsələn, daşımalara təqdim edilən yüklər içərisində çoxsaylı növlərə malik general yüklərin unifikasiya edilməsi olduqca zəruridir.Ayrı-ayrı yük yerləri nə qədər böyük olsa onun yüklənib – boşaldılması ilə bağlı xərclər bir o qədər az olar.Lakin nəqletmə prosesində müəyyən məhdudiyyətlər mövcuddur ki,bunlar da əsasən daşımaların məsafəsi və daşıma prosesində iştirak edən nəqliyyat vasitələri ilə bağlıdır.Ona görə də yük yerlərinin iriləşdirilməsi məqsədəuyğun çərçivədə aparılmalıdır.

Məsələn, əgər əmtəə bir şəhər daxilində yerləşən istehsal müəssisəsindən ticarət mərkəzinə daşınılırsa,bu zaman yeşiklərdən istifadə etmək olar. Lakin əgər daşınılma üçün bahalı istehlak malları təqdim edilmişsə və onlar bir neçə nəqliyyat növünün iştirakı ilə uzaq məsafəyə daşınılmalıdırsa, o zaman universal konteynerlərdən istifadə edilir. Belə ki yük xarici mühitin mənfi təsirlərindən mühafizə olunmalı,nəqliyyat vasitələri arasında yerdəyişmə zamanı zədələnməməlidir.Yüklərin növlərindən asılı olaraq məqsədə uyğun iriləşdirmə,daşınma və aşırılma texnologiyası seçilir.İriləşdirilmiş yük vahidlərinin daşınılma texnologiyası vahid modul əsasında onların ölçülərinin standartlaşdırılmasına əsaslanır.

Yüklərin yük modullarında daşınılması beynəlxalq praktikada intermodal daşıma sisteminin geniş tətbiqinə əsaslı zəmin yaradır.Aparılan tədqiqatların nəticələri göstərir ki,yük modullarının tətbiqi aşağıdakı göstəricilərə nail olmaq imkanı verir:


  • yükləmə - boşaltma əməliyyatlarına sərf edilən xərclər kəskin şəkildə (təminən 4-5 dəfə) aşağı düşür;

  • yüklərin qablaşdırılması və taralaşdırılması ilə bağlı xərclər xeyli azalır;

  • yolda yüklərin itkisi və zədələnməsi ehtimalı xeyli azalır;

  • yüklərin mənzil başına çatdırılma prosesi əhəmiyyətli dərəcədə sürətlənir.

Yük modullarının tətbiqi daşımaların keyfiyyətcə yen səmərəlilik meyarları kimi qəbul edilən yüksək sürət,etibarlılıq,yüklərin toxunulmazlığı və hərəkət təhlükəsizliyi nəqliyyatın idarə edilməsində logistik texnologiyaların daha geniş tətbiqinə keçidi təmin edir.Logistik texnologiyanın əsasında yüklərin “qapıdan – qapıya” və “tam vaxtında” prinsipləri durur.

Qeyd etdiyimiz kimi iriləşdirilmiş yük yerlərinin daşınılma texnologiyası onların ölçülərinin vahid modul əsasında standartlaşdırılmasına əsaslanır.Standartlaşdırmanın ilkin elementi kimi bütün nəqliyyat növlərində geniş tətbiq edilən universal altlıqlardır (pallet).

Hazırda daha geniş istifadə edilən standart altlıqlar aşağıdakılardır:


  1. “Avropa altlıqları” (European pallet) ölçüləri: 1200 800 mm;

  2. “Metrik altlıqlar” (metric pallet) ölçüləri 1200 1000 mm;

  3. “Avstraliya altlıqları” (Australian pallet) ölçüləri 1165 1165 mm.

Konteynerləşdirilmiş yüklərin daşınılması üçün Beynəlxalq Standartlaşdırma Təşkilatı (İCO) aşağıdakı ölçülərə malik altlıqları standart kimi təsdiq etmişdir: 1000 1200 mm;1100 1100 mm;825 1000 mm; 1100 1320 mm.

Altlıqların ölçüləri öz növbəsində yüklərin qablaşdırılma moduluna əsaslanır.Belə hal altlığın səthinin standart sahəsindən maksimal dərəcədə səmərəli istifadə edilməsi məqsədini daşıyır.Dəniz nəqliyyatına yük təqdim edən təşkilatlar taralarla bağlı iki məqamı nəzərə almalıdırlar:



  1. Ölçüləri 800 1200 mm və 500 600 mm olan altlıqlar üçün taraların ölçüləri 400 300 mm,400 600 mm və 400 800 mm olmalıdır.

  2. Ölçüləri 1200 1600 mm olan altlıqlar üçün taranın ölçüləri 400 1000 mm olmalıdır.

İriləşdirilmiş yük yerlərinin formalaşdırılmasında istifadə edilən vasitələr də öz növbəsində taraların modulları ilə uyğunlaşdırılırlar.Onlar 2,44 m standart enə , 6,1m və 12,2 m uzunluğa malikdirlər.Daşıma prosesində iştirak edən nəqliyyat növlərinin parametrləri iriləşdirilmiş yük vahidlərinin standart ölçüləri uyğunlaşdırılır.Yük yerlərinin paketləşdirilməsi,iriləşdirilməsi və unifikasiyası proseslərində ən geniş istifadə edilən adi yastı altlıqlardır.Onların tətbiq edildikləri sferalar müxtəlif olsa da yüklərin yeşiklərdə, qutularda, kisələrdə və nisbətən düzgün həndəsi formalara malik dəyər yüklərin daşınılmasında onlar daha səmərəlidirlər.

Mütəxəssislərin hesablamaları göstərir ki,yeşik altlıqların və konteynerlərin tətbiqi yüksək iqtisadi səmərə əldə edilməsinə imkan verir (məsələn,avtonəqliyyatın dövretmə prosesini 50-80% aşağı salır).

General yüklərin dənizlə təhlükəsiz daşınılma qaydalarına əsasən nəqliyyat xarakteristikaları paketləşdirilməyə imkan verən bütün yüklər daşımalara paketləşdirilmiş şəkildə təqdim edilməlidir.Yüklər altlıqlar üzərində yerləşdirilməklə paketləşdirilirlər.Xarici konturları düzgün formaya malik olmayan yüklər ölçüləri 800 1200 mm olan altlığa müvafiq paketləşdirilməlidir.

Qeyd etmək lazımdır ki,hər bir nəqliyyat – texnoloji sistem öz iriləşdirmə vasitələrindən istifadə edir.İxtisaslaşdırılmış gəmilərin yük anbarları əsas etibarilə konkret iriləşdirilmə formasına malik yüklərin daşınılması üçün nəzərdə tutulur.

Konteyner nəqliyyat – texnoloji sistemi yüklərin standart ölçülərə malik konteynerlərdə xüsusi konteyner daşıyan gəmilərlə daşınılması prinsipinə əsaslanır.





    1. Yüklə 1,15 Mb.

      Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin