Yükləmə-boşaltma əməliyyatlarının gəmi daşımalarına təsirinin tədqiqi (Disertasiya işinin adı) İхtisaslaşma: tm 100005-«Nəqliyyatda daşımaların və idarəetmənin təşkili»


Yüklərin konteynerə düzgün yığılma qaydası



Yüklə 1,15 Mb.
səhifə26/41
tarix06.03.2022
ölçüsü1,15 Mb.
#53438
1   ...   22   23   24   25   26   27   28   29   ...   41
SON

Yüklərin konteynerə düzgün yığılma qaydası.

  • Bir konteynerin içinə birdən çox əşya yüklənəcəksə ağır olan əşyalar alta yüngül olanlar isə üstə qoyulmalıdır.

  • Konteynerin aşırılması və gəmi ilə daşınması əsnasında əşyaların zərər görməməsi üçün konteyner içinə yüklənən əşyalar mütləq sağlamlaşdırılmalıdır. Divarlar ilə əşya arasında və əşyaların öz arasında mümkün mərtəbə boşluq buraxılmamalı, əgər qalsa bu boşluqlar uyğun vəsait (hava yastığı, takoz və s.) istifadə edilərək yüklər təhlükəsizliyə alınmalıdır. Aşağıda standartlara uyğun yükləmə və sağlamlaşdırma (lashing) şəkli nümunələri verilmişdir.

  • Konteynerə qoyulan mal maye isə axmayacaq şəkildə qoyulmalı, lazım olsa cüt qablaşdırılaraq axma və sızmaların qabağı alınmalıdır.

  • Quru yüklərin üstünə mayelər qəti şəkildə qoyulmamalıdır.

  • Maye və qatı yüklər eyni konteynerdə olduğu zaman mayelər mütləq alta qoyulmalıdır.

  • Çəllək və palitraların eyni səviyyə və xəttdə olmasına diqqət yetirilməlidir. Yüklərin sarsılma əsnasında bir-birinə zərər verməməsi (məsələn çəllək qapaqları) lazımdır. Nümunə şəkillər aşağıda verilmişdir.

  • Konteynerin içinə təhlükəli əşya qoyulmuşsa, beynəlxalq daşımalarda istifadə edilən işarələr ifadə edilməli, yük yarlığının eynisi konteynerin xaricinə də yapışdırılmalıdır.

  • Bir-biriylə uyğunlaşmayan yəni bir-birinə zərər verə biləcək əşyalar mümkünsə eyni konteynerə qoyulmamalı, əgər qoyulacaqsa mütləq bir-birindən ayrı bölmələrə qoyulmalıdır.

  • Torbalı yüklər düz bir şəkildə yığılmalı və sağlamlaşdırılmalıdır.

  • Qoxu yayan əşyalarla qoxu absorbe edən (əmən) əşyalar eyni konteynerə qoyulmamalıdır.

  • Kif əmələ gələn əşyaların kif etməsinin qabağını alacaq şəkildə üzərləri bağlanılmalıdır.

  • Qida maddələri ilə zəhərli maddələr qəti şəkildə eyni konteynerə qoyulmamalıdır.

  • Soyutmalı bir konteyner doldurulursa hava sirkulyasiyası maneə törədilməyəcək şəkildə yüklənməlidir. Hava əşyalar arasında rahat gəzə biləcək şəkildə olmasına (məsələn maksimum yük yüksəkliyi) diqqət yetirilməlidir.

  • Bir-birini təsir edən kimyəvi mallar bir araya qoyulmamalıdır.

  • Nəmli əşyalar ilə rütubətə həssas əşyalar eyni konteynerə qoyulmamalıdır.

  • Nəmdən təsirlənən əşyalar yüklənəcəksə konteynerin içinə nəm alıcı material qoyulmalıdır. Aşağıda konteyner içinə döşənilmiş nəm alıcı toxuma görülməkdədir.

  • Toza həssas əşyalarla toz yayıcı əşyalar eyni konteynerə qoyulmamalıdır.

  • Çirklədici əşyalarla (məsələn boya) çirkdən təsirlənən əşyalar bir araya qoyulmamalıdır.

  • Ağır parçalarla asan qırıla bilən əşyalar bir araya qoyulmamalıdır.

  • Yüklənəcək qabların ağırlığı konteynerin hər tərəfinə (döşəməsinə) bərabər şəkildə paylanmalıdır. Ağırlıq mərkəzi həm yanlara həm də ön və arxaya doğru olaraq ortalanmalıdır. Nümunələri aşağıda verilmişdir.

  • Yüngül əsaslı (zəif) konteynerə ağır əşyalar qoyulmamalıdır.

  • Palet xaricində bir üsulla mal yüklənmişsə üst üstə gələn mallar bir-birinə bağlanmalı, daşıma əsnasında konteynerin divarına ediləcək təzyiq azaldılmalıdır.

  • Bir nöqtəyə çox təzyiq edən ağır əşyalar konteynerin içinə mümkün mərtəbə təzyiq döşəməyə yayılacaq şəkildə yüklənməlidir.

  • Əşyaların yüklənməsində uyğun ləvazimatın istifadə edilməsinə diqqət yetirməlidir. Forklift bıçaqlarının yüklənən əşyaya uyğun olmasına diqqət yetirilməlidir.

  • Forklift ilə yükləmə edilirsə konteyner içinə girişi asanlaşdırmaq və yüklərin sarsılmaması üçün uyğun eniş istifadə edilməlidir. Enişin yüksəkliyinin konteyner döşəməsinə sıfır məsafədə olmasına diqqət yetirməlidir.

  • Yükün sağlamlaştırılmasında konteynerlərin ən möhkəm yerləri (künc dirəkləri kimi) ilə konteyner içində olan lashing (bağlama, sağlamlaştırma) nöqtələri istifadə edilməlidir.

  • Konteynerə yüklənmiş əşyaların sağlamlaştırılmasında yükə uyğun vəsait istifadə edilməlidir.




    1. Yüklə 1,15 Mb.

      Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin