Yükləmə-boşaltma əməliyyatlarının gəmi daşımalarına təsirinin tədqiqi (Disertasiya işinin adı) İхtisaslaşma: tm 100005-«Nəqliyyatda daşımaların və idarəetmənin təşkili»


Təhlükəsizlik texnikası qaydaları



Yüklə 1,15 Mb.
səhifə28/41
tarix06.03.2022
ölçüsü1,15 Mb.
#53438
1   ...   24   25   26   27   28   29   30   31   ...   41
SON

Təhlükəsizlik texnikası qaydaları.

Beynəlxalq standartlı iri tonnajlı (20 və 40 futluq) konteynerlərin aşırılması ilə bağlı işlərə limanın təhsil-tədris kombinatında xüsusi hazırlıq keçmiş doker-mexanizatorlar buraxılırlar.

Bütün aşırılan konteynerlər registr tərəfindən şəhadətləndirilmiş olmalıdır.

Avtomobil və dəmir yol platformalarından qəbul edilərkən konteynerlər hərətrəfli yoxlanılmalıdır. Konteyner asılı vəziyyətdə olduqda liman işçisi ondan ən azı beş metr aralıda (təhlükəsiz məsafə) dayanmalıdır.

Müəyyən defektləri olan, deformasiya olunmuş konteynerlər salamat olanlardan ayrı ştabelləşdirilməlidir, onlaarın ümumi ştabellərdə yerləşdirilməsi yol verilməzdir. Konteynerlərlə bağlı yükaşrma əməliyyatları ancaq mexanizmlərlə və xüsusi yüktutucu qurğuların (spredirlərin) vasitəsi ilə və liman rəisi tərəfindən təsdiq edilmiş iş texnoloji xəritələri əsasında yerinə yetirilir.

Yüktutucu qurğular siqnalizasiya ilə təchiz edilməlidir. Qurğunu ancaq onun qarmaqlarının konteyner fitinqlərinə daxil olub 90o dönəndən sonra qaldırmaq olar. Konteynerlərin qaldırılması yavaş-yavaş yerinə yetirilməlidir.

Konteynerlər dəmir yol platformalarına və avtomobil qoşqularına yüklənildiyi zaman adamların onların 5 metrliyindən yaxın dayanması qadağandır.

Gəmi göyərtələrində konteynerlərin bağlanmasına administrasiya rəhbərlik edir, dəmir yol platfomlarında isə dəmir yol nəzarətçisinin nəzarəti altında liman dokerləri tərəfindən mövcud sxemlərə əsasən yerinə yetirilir.

Konteynerlərin eyni vaxtda yüklənilməsi və boşaldılması qadağan olunur (qonşu iş yerlərində).

Konteynerlərin aralarındakı məsafə 0,5 metrdən çox olduqda onların birinin üzərindən digərinə keçid məhəccərli körpücüklər vasitəsi ilə yerinə yetirlməlidir.Konteynerlərin anbarlarda yığılması təsdiq edilmiş sxem üzrə yerinə yetirlməlidir. 2-ci cərgədən başlayaraq üst cərgədə olan konteynerlərin fitinqlərin üstünə qoyulmalıdır. Konteyner ştabelinin hündürlüyü anbar sahəsinin 1 kvadrat metrinə düşən ağırlıqdan, taranın vəziyyətindən və mexanizmlərin texniki imkanlarından asılıdır. Ancaq hər bir halda ştabelin hündürlüyü 6 cərgədən çox olmamalıdır.

Küləyin təzyiqini nəzərə alaraq boş konteynerlərin ştabelləşdirilməsi aşağıdakı şərtlər daxilində olmalıdır:

a) əlavə olaraq bağlanmadan konteynerləri 2 cərgə hündürlüyə yığmaq olar;

b) ştabelin hündürlüyü 3 cərgədən çox olduqda konteynerlər öz aralarında bağlanılmalıdır.

Konteynerlərin bağlanması və işin yerinə yetirilməsi qaydası liman rəisi tərəfindən təsdiq edilmiş təlimat əsasında yerinə yetirilməlidir.

Konteynerin üstünə çıxmaq və düşmək üçün nərdivanlardan istifadə edilməlidir.

Komplektləşdirmə anbarlarında yüklərin konteynerlərə yüklənməsi iş texnoloji xəritələri əsasında yerinə yetirilir. Bu zaman yüklər elə yerləşdirilməlidir ki, konteynerin ağırlıq mərkəzi onun həndəsi mərkəzi ilə üst-üstə düşsün. Ağırlıq mərkəzinin yerdəyişməsi konteynerin uzunluğunun 0,1-i qədər ola bilər. Konteynerin həcmi tam istifadə edilmədiyi halda yük onun döşəməsi üzrə bərabər paylanılmalıdır və etibarlı şəkildə bağlanılmalıdır.

Universal priçallarda iritonnajlı konteynerlər aşırılarkən aşağıdakı tələblər yerinə yetirilməlidir:

a) qolunun dəyişməsi ilə əlaqədar yükgötürmə qabiliyyəti dəyişən kranlarla konteynerlər aşırılarkən siqnalçı hər bir konteynerin ağırlığı haqqında krançıya radiotelefonla və ya başqa bir yolla məlumat verilməlidir;

b) yükaşırma işlərində distansiya idarəetmə sistemi olan yüktutucu qurğulardan istifadə edilməlidir. Limanların konteyner dövriyyəsi (illik) 1000 konteynerdən çox olduqda əl ilə idərə edilən yüktutucu qurğulardan istifadə edilə bilməz;

v) konteynerlərin əl ilə döndərilməsinə icazə verilmir;

q) konteyner ştabelləri əl üsulu ilə yığıldıqda (ştabellərin üstündə adanın olması variantı) 2-ci cərgədən başlayaraq ştabelin parametri üzrə 1 konteyner az yığılmalıdır:

d) gəmilərin yüklənib-boşaldılması qabaqcadan hazırlanmış və liman rəisi rəkəfindən təsdiq edilmiş texnolji plan qrafik üzrə yerinə yetirilməlidir.

Konteynerlərin aşırılmasının ixtisaslaşdırılmış komplekslərdə yerinə yetirildiyi zaman aşağıdakı tələblər yerinə yetirilməlidir:

a) gəmilər priçala yan alan zaman portal kranlar işçi vəziyyətində olmalıdır və priçalın orta hissəsində yerləşdirilməlidir. Avtoyükləyicilər və digər avtonəqliyyat vasitələri kordan zonasına daxil olmamalıdır;

b) kranların relslərinin arasındakı əməliyyat zonası portal avtoyükləyicilərin hərəkət marşrutunun göstərilməsi məqsədi ilə ağ rəngdə rənglənməlidir;

v) priçalların və anbar sahələrinin ərazisi xəbərdaredici işarələrlə əhatəyə alınmalıdır;

q) konteyner ştabellərinin aralarına iki avtoyükləyicinin eyni vaxtda daxil olması, qadağan olunmalıdır;

d) avtoyükləyici konteynerlə hərəkət edərkən konteynerin alt hissəsi yerdən ən azı 300 min hündürlükdə olmalıdır. Konteynerlərin yabalı qarmaqları olan avtoyükləyicilərlə yerdəyişdirilməsinə ancaq yabalar üçün nəzərdə tutulmuş yerlərin aralarındakı məsafə (2050±50) mm. olduqda icazə verilməlidir. Boş konteynerlərin bu qayda ilə yerdəyişdirilməsi zamanı məsafə (2050+50)mm. və ya (900±50)mm. olmalıdır.

İstehsalat binaları sahəsindən və avtomatik yanğın söndürmə sisteminin olmasından asılı olmayaraq ilkin yanğın söndürmə avadanlığı ilə təchiz edilməlidir (“Sənaye müəssisələrinin ərazisində yanğın söndürmə qaydaları” – 1977-ci il) .

Kompleksdə təhlükəli yüklərlə dolu konteynerlər saxlanıldıqda. “Təhlükəli yüklərin dənizlə daşınmasının Beynəlxalq qaydalarının” (MOПОГ) tələbləri yerinə yetirlməlidir. Kompleksin elektrik avadanlığı “Elektrik qurğularının quraşdırılması qaydalarının” tələblərinə cavab verməlidir.

Açıq sahələrdə yanğının söndürülməsi məqsədi ilə kompleksin ərazisində su xətləri sistemi nəzərdə tutulmalıdır.

Konteyner anbarları 1000 və daha çox sayda konteynerlərin saxlanması üçün nəzərdə tutulduğu hallarda su sərfinin sutkada 500 litr olması planlaşdırılmalıdır. Su xətlərinin yerləşməsi dairəvi sistemi üzrə olması vacibdir.

İxtisaslaşdırılmış konteyner terminalların layihələndirilməsində ətraf mühitin qorunması problemlərinin də həlli nəzərdə tutulmalıdır.



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin