Yükləmə-boşaltma əməliyyatlarının gəmi daşımalarına təsirinin tədqiqi (Disertasiya işinin adı) İхtisaslaşma: tm 100005-«Nəqliyyatda daşımaların və idarəetmənin təşkili»


Konteynerlərin sahəyə yığılmasında diqqət yetirilməsi lazım olan məqamlar



Yüklə 1,15 Mb.
səhifə27/41
tarix06.03.2022
ölçüsü1,15 Mb.
#53438
1   ...   23   24   25   26   27   28   29   30   ...   41
SON

Konteynerlərin sahəyə yığılmasında diqqət yetirilməsi lazım olan məqamlar.




  • Konteynerlər bir-biri üzərinə qoyularkən künc dirəkləri üst üstə gəlməlidir. Düz olmasına diqqət göstərilməlir. Çıxıntılar əməliyyat əsnasında digər konteynerlərə zərər verə bilər.

  • Konteynerlərin marka və nömrələrinin (təqdimat məlumatlarını) asanlıqla oxuna biləcək şəkildə qoyulmasına diqqət yetirilməlidir.

  • Sahəyə yığılarkən əvvəlcə daha sonrakı əməliyyatların ən az hərəkətlə edilə biləcək (köçürmə etmədən) tərzdə yığılmasına diqqət yetirilməlidir.

  • Xüsusilə ixrac konteynerlər yığıma (sahəyə) alınarkən yüklənəcəyi gəmi və gedəcəyi limana görə ayrılmalıdır. Gəmiyə nəql edilərkən ən az hərəkət edəcək şəkildə yığılmalıdır.

  • Mümkünsə alıcısına görə yığılmalı.

  • Eyni ölçüdəki konteynerlər bir araya qoyulmasına diqqət yetirməlidir. Bir 40futluq konteynerin üstünə iki 20futluq qoyulmamalı.

  • Yığımlar arasında istifadə edilən vasitələrin rahat manevr edə biləcəyi qədər boşluq buraxılmalıdır.

  • Digərləri üçün təhlükəli ola biləcək konteynerlər mümkünsə xüsusi yerlərdə yığılmalı.

  • Ağır konteynerlər alta yüngüllər üstə gələcək tərzdə yığılmalıdır.

  • Maye yüklü konteynerlər mümkünsə alta qoyulmalıdır.

  • Eyni partiya (eyni konosament) konteynerlər mümkünsə bir yerə qoyulmalı.

  • Dolu və boş konteynerlər ayrı-ayrı yığılmalıdır.

  • Konteynerlərin qoyulduğu kameralar qeyd edilməlidir.

Konteyner yığım sahəsinin kameralara ayrılması yığım əsnasında və konteynerlərin yerlərinin təyin olunmasında böyük ölçüdə asanlıq təmin edəcək. Aşağıda xülasəylə göstərildiyi kimi sahə əvvəl bloklara (line) ayrılar. Ediləcək yığımın genişliyinə görə 4, 5, 6 və s. kimi sıralar edilir və bu sıralar da 20'luq bir konteynerin (1 TEU) yerləşə biləcəyi şəkildə kameralara bölünür. 20'luq konteynerə görə nizamlanmış kameraların sırası 1-dən başlamaq üzrə tək ədədlər şəklində (1,3,5,7 və s.) davam edir. 40'luq konteynerin qoyulduğu yer kamera isə 2-dən başlayır və 4-4 artaraq 2,6,10,14 və s. davam edir. Bloklar arasındakı vasitə giriş-çıxışları (yollar) mümkünsə eyni tərəfdə olmalıdır.

Nümunə:




Bir konteynerin yeri ifadə edilərkən əvvəl xətt(line) sonra sırası, xanası və kameradakı yeri ifadə edilir. Məsələn I blokunun D sırasının 11. kamerasında altdan başlamaq üzrə 3-cü sırada (3 üstü) yerləşən konteyner I, D, 11, 3 şəklində göstərilir.



    1. Yüklə 1,15 Mb.

      Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin