Yüksək effektivli maye xromatoqrafiya üsulu haqqında ümumi məlumat



Yüklə 125,66 Kb.
səhifə7/11
tarix25.12.2023
ölçüsü125,66 Kb.
#194833
1   2   3   4   5   6   7   8   9   10   11
11 dərs material

Detektor

• Detektor sütundan elyuasiya edən individual maddələri aşkar edə bilir və məlumatları elektronik siqnal halına çevirir;
• Detektor həmin molekulların miqdarını ölçməyə xidmət edir;
• Detektor maye xromatoqramdakı nəticələrin qeydediciyə və ya kompüterə çıxışını təmin edir;
• Detektor aşkarlanmaqda olan nümunə əsasında seçilir.
YEMX-də daha çox istifadə edilən detektorlar aşağıdakılardır:
Ultrabənövşəyi (UB) detektor. Detektorun bu növü substansiyanın işığı udmasına əsaslanır.

  • UB detektor əsasən qarışığın əsas aktiv komponentlərini ayırır və identifikasiya edir;

  • UB detektorlar ən yüksək həssaslığa və dürüstlüyünə görə çoxyönlüdür;

  • UB detektorlar xromoforca düşük səviyyəli substansiyaları aşağı intervaldakı işığı absorbsiya edə bilmədiyi üçün yoxlamaq üçün istifadə edilə bilmir.

  • Onlar maliyyə cəhətdən sərfəlidir və sənayedə geniş istifadə edilir. Çox həssas olduğundan o, yalnız nisbətən məhdud konsentrasiya aralığında xətti şəkildə özünü doğruldur.

Kütlə (Mass) spektrometri
YEMX ilə birləşmiş mass spektrometri YEMX-MS adlanır. YEMX əczaçılıq laboratoriyalarında, tədqiqat və təkmilləşmə məqsədilə istifadə edilən ən güclü detektordur. YEMX-in principcə üstünlüyü komponentlərin geniş sırasında molekulyar identifikasiya aparmaq və analiz etməyi bacarmasıdır.
Refraktiv indeks detektoru
Refraktiv indeks detektoru monoxromatordan istifadə edir və ən az həssas maye xromatoqrafiya detektorlarından biridir. Bu detektor qeyri-ion tipli, ultrabənövşəyi işığı udmayan və flüoressensiya etməyən birləşmələrin aşkar edilməsi üçün son dərəcə faydalıdır. Məsələn, şəkər, spirt, yağ turşusu və polimerlər.
F .Göstəricilərin emalı şöbəsi (Kompüter)
Tez-tez məlumat sistemi adlandırılan kompüter yalnız YEMX alətlərinin modullarını kontrol etmir, eyni zamanda detektordan siqnalı alaraq ondan nümunə komponentlərinin elyuasiya vaxtını (saxlama müddəti), eynilik təyini və nümunənin miqdarını (miqdari təyinat) müəyyən etmək üçün istifadə edir. Hər aşkar edilmiş komponentin konsentrasiyası müvafiq zirvənin sahəsi və hündürlüyünə əsasən hesablanır.
Xromatoqrafiyada əldə edilmiş tipik nəticə



Wh
Wb

Wh

Wb


Wb


Yüklə 125,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin