Yüksək effektivli maye xromatoqrafiya üsulu haqqında ümumi məlumat


Şəkil 1.1. Sütun xromatoqrafiyasının iş prinsipi



Yüklə 125,66 Kb.
səhifə2/11
tarix25.12.2023
ölçüsü125,66 Kb.
#194833
1   2   3   4   5   6   7   8   9   10   11
11 dərs material

Şəkil 1.1. Sütun xromatoqrafiyasının iş prinsipi

Ayrılmanın əsas prinsipi adsorbsiyadır:



  • Komponentlər qarışığı sütuna yeridiləndə nümunə molekulları və sütunun hissəcikləri arasında müxtəlif fiziki və (və ya) kimyəvi qarşılıqlı təsir baş verir;

  • Onlar stasionar fazaya nisbi affinliyinə müvafiq olaraq yer dəyişirlər;

  • Stasionar fazaya münasibətdə affinliyi daha az olan komponent daha sürətli hərəkət edir.

Stasionar fazaya eyni affinlik göstərən birləşmələr ayrıla bilmirlər. Bu komponentlər bir-birindən öz molekulları və qablaşdırmanın hissəcikəri arasında fiziki və (və ya) kimyəvi qarşılıqlı təsir olan sütun vasitəsilə bir-birindən ayrılır. Bu ayrılmış komponentlər miqdarı ölçən axın qurğusu (detektor) ilə borunun çıxışında aşkar edilir [34].
Prinsipcə, maye xromatoqrafiyası və YEMX eyni mexanizmlə işləsə də YEMX sürəti, effektivliyi, həssaslığı və prosesin asanlığına görə daha üstündür.
YEMX-in aşağıdakı növləri vardır:
I Ayrılma üsuluna görə
1. Normal fazalı xromatoqrafiya Stasionar faza polyar (hidrofil), mobil faza isə qeyri-polyardır (hidrofob).
2. Əks fazalı xromatoqrafiya Stasionar faza qeyri-polyar, mobil faza isə polyardır.
Polyar-polyar və qeyri-polyar­­ qeyri-polyar əlaqələr polyar-qeyri polyar əlaqələrdən daha affindir.
Əks fazalı xromatoqrafiya hidrofil dərmanlar üçün daha tez-tez istifadə edilir.
II Ayrılma prinsiplərinə müvafiq olaraq YEMX aşağıdakı qruplara bölünür:

  1. Adsorbsion xromatoqrafiya

Adsorbsion xromatoqrafiyada nümunə molekulları birbaşa stasionar faza səthinə bağlanır. Mobil fazaya daha affin olan komponentlər birinci, daha az affinliyi olanlar isə daha sonra elyuasiya olunur. Mobil və stasionar fazaya eyni affinlik göstərən iki komponent yoxdur (Şəkil 1.2 ).

Şəkil 1.2. Adsorbsion xromatoqrafiya


  1. İon mübadiləsi xromatoqrafiyası

İon mübadiləsi və ya iondəyişdirici xromatoqrafiya ion və polyar molekulların onların yükünə əsasən ayrılmasına əsaslanır. Bu üsul iri zülallar, kiçik nukleotidlər və amin turşular daxil olmaqla demək olar ki, istənilən yüklü molekullar üçün istifadə edilə bilər. Saxlama stasionar fazaya bağlanan nümunə ionları və yüklü sahələr arasındakı cazibəyə əsaslanır. Eyni yüklü ionlar istisna edilir [34].
Anion və ya kationların kovalent şəkildə stasionar fazayla əlaqələnməsi üçün qətran istifadə edilir. Mobil maye fazadakı əks yüklü nümunə ionları elektrostatik cazibə qüvvəsi ilə qətrana cəzb edilir. Stasionar fazaya eyni affinlik göstərən iki komponent yoxdur (Şəkil 1.3 ).


Yüklə 125,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin