Normalaşdırma – bu üsulda bir zirvənin hündürlüyünün zirvələrin hündürlükləri cəminə və ya bir zirvənin sahəsinin zirvələrin sahələri cəminə nisbətinin 100-ə hasili komponentin qarışıqdakı miqdarını xarakterizə edir.
Mütləq kalibrləmə – bu üsul ilə təyinat aparan zaman maddənin qatılığı ilə zirvənin hündürlüyü və ya sahəsi arasında asılılıq qrafiki qurulur və bu qrafikə əsasən qatılıq hesablanır. Bu dəqiq və sadə üsul mikroqarışıqların təyin olunması üçün əsas üsul hesab edilir.
Daxili standart – analiz edilən maddə qarışığına qatılığı məlum olan standart maddənin yeridilməsi ilə xarakterizə olunur. Daxili standart kimi fiziki-kimyəvi xassələri maddənin fiziki-kimyəvi xassələrinə yaxın olan kimyəvi birləşmə seçilir. Proses yekunlaşdıqdan sonra analiz edilən maddə ilə standart maddənin parametrləri ölçülür.
YEMX-in tətbiq sahələri: YEMX geniş tətbiq edilən ayırma üsullarından biridir. Ona görə də bu üsulun bir çox tətbiq sahələri vardır:
Əczaçılıq sahəsində
Əczaçılıq məhsullarının saxlanma müddətinin müəyyən edilməsi
Absorbsion, bölünmə, ion dəyişdirici və təcrid etmə sütun ayrılmaları mükəmməl şəkildə hazırlanmışdır;
YEMX bəzi hallarda QMX-dən daha çoxyönlüdür, çünki o uçucu və termiki cəhətdən stabil nümunələrlə məhdudlaşmama üstünlüyünə malikdir və stasionar və mobil faza seçimi YEMX-də daha genişdir;