İngilis dilli mənbələrdə qeyd olunur ki, “Qutadqu-bilik”in bir neçə yerində müəllf özündən bir qədər bəhs edir və buradan onun haqqında müəyyən qədər təsəvvürlərə malik oluruq. “Qutadqu-bilik” əsərində müəllifin və onun cəmiyyətinin bir neçə mövzusu ilə bağlı inam, hiss və təcrübələr əks olunur. Eyni zamanda Qaraxanlıların xanlığının həyatının müxtəlif sahələrinin maraqlı təsvirləri də mövcuddur. Mənbələrdə qeyd olunur ki, əsər 1069-1070-ci illərdə Buğra xana hədiyyə edilmişdir. Bu əsər Teymurilər dövründə də yaxşı tanınırdı. Bu əsər Qaraxani dili kimi tanınan karluk dilində yazılmışdır, lakin çox zaman sadəcə olaraq orta türkcə adlandırılırdı. Bu yazılar Orxon yazılarına bənzəsə də fərqlər mövcud idi. Fərqlər ondan ibarət idi ki, bu əsərin dilində fars dilindən olan sözlərə çox rast gəlmək mümkündür. Qeyd olunur ki, qaraxani dilində III şəxsin əmr forması həmişə [s] əvəzinə [z] formasında olurdu. Əsərdə müəllif 11 hecalı misralardan istifadə etmişdir. Çikaqo universitetinin Yaxın Şərq dilləri və sivilizasiyaları departmentinin Osmanlı və Türkşünaslıq üzrə fəxri professoru Robert Dankoff deyirdi ki, İran-İslam və Türk təsirlərindən başqa bu əsərə müəyyən qədər yunan və buddist təsirləri də olmuşdur.
2019-cu il Türküstan Qəzeti adlı məqalədə tarixçi Elşən Mirişlinin də fikirləri diqqəti cəlb edir. O, Yusif Xas Hacibin “Kutadqu Bilik” əsəri başlığı adı altında dəyərli məlumatlar qeyd edir.
İlk olaraq o məqaləsində qeyd edir ki, Qaraxanlılar dövlətinin var olduğu tarix 840-1212-ci illərdir. Qaraxanlılar dövlətinin başlanğıcında Uyğur əlifbası işlədilsə də sonra onun yerinə ərəb əlifbası gəldi. Bu dövrdə o, yalnız Yusif Xas Hacibin əsərinin mövcudluğunu deyil, digər əsərlərin də mövcüd olduğunu göstərir. Mahmud Kaşğarlının “Divani-Lüğətit-Türk” əsərini, Ədib Əhməd Yüqnəkinin “Ətabət Ül-həqayiq” və Xoca Əhməd Yəsəvinin “Divani-Hikmət” əsərinin mövcud olmasını göstərir.
Yusif Xas Hacibin 1019,1020-ci illərdə anadan olması göstərilir. O, Türküstanın Balasaqun şəhərində anadan olub. O, 50 yaşında olarkən Kaşğara gəlir. Kaşğar o zaman şərqi Qaraxanlı dövlətinin paytaxtı idi. O, bu əsəri Balasaqunda yazmağa başlayıb və Kaşğarda tamamlayıb. Əsər Yusif Xas Hacib tərəfindən 1069-cu ildə şeir şəklində yazılmışdır.
Yusif Balasaqunlu bu əsəri ilə Xaqani türkcəsinin bütün gözəlliklərini ortaya qoya bilmişdi. Xaqani Türkcəsi Qaraxanlı dövlətinin rəsmi dili olub, Kaşğar və Balasaqun xalqının da danışıq dili idi. O həm də Kaşğar ləhcəsi də adlandırılırdı. Qaraxanlılar daha çox uyğur və karluk ellərindən təşkil olunduğundan, bu iki elin ləhcələri bir-birinə çox yaxın idi. Xaqani türkcəsi Orta Asiyanın, yəni Türküstanın müştərək ədəbi dili olmuşdur. Xaqani türkcəsində çox dəyərli kitablar yazılmışdır. Bunlardan biri də “Kutadqu-bilik” əsəridir. Bu məqalədə qeyd olunan məlumata görə, Kutadqu Bilik-siyasət iqtidar birliyi, elmi siyasət deməkdir, kitabın mövzusu və məzmununa görə ona ad qoyulmuşdur.
Kitabın mövzusu öyüddür və mübahisə, danışıq şəklində yazılmışdır. Müəllif müxtəlif ictimai məsələlər barəsində bəyan etdiyi fikir və əqidəsini isbat etmək üçün böyük adamların sözlərindən və zərbi-məsəllərindən faydalanmışdır.
Kitab əruz vəzninin bəhrlərindən birində yazılmışdır. O, bu baxımdan “Şahnamə”yə bənzədiyi üçün farslar tərəfindən”Şahnameye Türki” adlandırılmışdır.
Həmçinin burada da qeyd olunur ki, “Kutadqu-Bilik” 6645 beytdən ibarətdir, kitabın sonuna 124beytdən ibarət üç qəsidə və kitabın mətninə 173 dördlük, yəni bayatı əlavə edilmişdir. Bu kitab müsəlman Türklərin ilk şeir kitabı olaraq mənzum türk ədəbiyyatının əsaslarındandır. Kitabın tədqiqi göstərir ki, müəllif yüksək təhsil görüb, ədəbiyyatdan başqa nücum, kimya, təbiət elmini, coğrafiya və riyaziyyatı da bilirmiş və bəzi rəvayətlərə görə İbn Sinanın da şagirdi imiş. Müəllif həmçinin fars dili və ərəb dili ədəbiyyatlarını da yaxşı bilir və az da olsa onların təsiri altında qalırmış.
Şairin dili sadə və eyni zamanda ədəbidir. Bütün kitabda 120 ərəb və fars sözü işlədilmişdir. Bunlar dini və dövlət işlərinə aid sözlərdir.
Əsər tanrıya dua ilə başlayır. Sonra peyğəmbərin və ilk dörd xəlifənin mədhi, sonra da bahar təsviri və Buğra xanın tərifi gəlir. Ardınca yeddi ulduz, on iki bürc və elm, əql və dildən danışılır, sonra əsas mövzu başlayır. Beləcə mübahisələr dörd şəxsiyyət arasında cərəyan edir. Bu şəxslərin hər biri bir həqiqəti təmsil edir. Burada: