90
Burada,
R
p
- ərazi üçün RRP-nin qiyməti, nəfər-saat;
S - ərazinin sahəsi, ha;
E
er
- orta sutkalıq ERT, nəfər-saat/ha;
t - istirahət müddətinin sutkalar ilə ifadəsidir.
Bu metodun texniki çətinliklərinə baxmayaraq o, rekreasiya
təzyiqinin real qiymətinin, onun dinamikasının, ekoloji-rekreasiya
tutumunun nəinki bütün sahə üzrə, həmçinin ayrı-ayrı turist sahələri
üçün hesablanmasına şərait yaradır. Hər bir təbiət kompleksinin
tipindən asılı olaraq öz daxili morfoloji tərkib hissələri arasındakı
qarşılıqlı əlaqələrinin strukturu və xarakteri müxtəlif olur. Bu
səbəbdən hər bir tip eyni xarici təsirə, o cümlədən rekreasiya
təzyiqinə müxtəlif cavab reaksiyası verir. Buna görə də bir tip təbiət
kompleksi üçün təhlükəsiz sayılan hər hansı təzyiq başqa biri üçün
təhlükəli, hətta kritik ola bilər. Buna görə də biosfer rezervatlarda
olan meşəlik sahələrdəki əsas məsələ əhalinin kütləvi istirahəti və
istifadəsi icazə verilən ərazilərdə əlverişli rekreasiya şəraitinin təmin
edilməsindən ibarətdir. Cədvəl 17-də meşə biosenozlarındakı
rekreasiya deqradasiyası zamanı baş verən arzuolunmaz proseslərin
qarşılıqlı əlaqəsi verilmişdir.
Nəzəri hesablamalar və modellər əsasında rekreasiya təzyiqinin
zərərsiz həddinin orta hesabla götürülmüş normaları aşağıdakı
cədvəldə verilmişdir:
Dostları ilə paylaş: