80
Rekreasiya – insanların yaşadıqları şəraitdən kənarda, təbiət
qoynunda öz güc və sağlamlıqlarını bərpa etməsi prosesidir.
Rekreasiya təşkil olunmuş, təşkil olunmamış və stasionar formalarda
olaraq istənilən halda ətraf təbii mühitə mənfi təsir göstərir. Digər
tərəfdən əhalinin sağlamlığı təmin olunmazsa davamlı inkişafın
mümkün olmadığından rekreasiya insan sağlamlığı üçün çox
zəruridir. Hirkan biosfer rezervatının əsas hissəsi meşə sahələri
olduğundan təbiətdən istifadənin rekreasiya forması buradakı ümumi
rekreasiyanın əsasını təşkil edir.
Xalqımız çox qədim rekreasiya mədəniyyətinə, zəngin istirahət
ənənələri tarixinə malikdir. Əbdürrəşid əl-Bakuvi «Təlxis əl-əsər»inin
V iqlimində (XVII punkt) qeyd edir ki, hələ XV əsrin əvvəllərində
«Bakı sakinlərinin bağları şəhərdən kənarda yerləşir və şəhər
sakinlərinin əksəriyyəti oraya yay mövsümündə gedərək müəyyən bir
müddətdə orada yaşayır, sonra yenidən şəhərə qayıdırlar. Onlar hər il
belə edirlər». Həmin əsərin XXV bölməsində Gəncə (Canza)
sakinlərinin də yay mövsümündə şəhərdən kənarda yerləşən ətirli
otlar, bağlar və su çeşmələri ilə zəngin olan Xarak (Harak) ərazisində
istirahət etdiklərini bildirir.
Meşələrdən istifadənin rekreasiya forması zamanı adətən ekoloji
normativlər tətbiq edilir. Meşələr üçün
rekreasiya təzyiqinin
zərərsiz həddi (rekreasiyanın zərərsiz həddi) aşağıdakı düstur
vasitəsi ilə təyin edilir:
N
TZH
= S/ M ∙ k
Burada,
S – ərazinin parametri (sahəsi, yaxud cığırın uzunluğu);
M – vahid zamandakı (birdəfəlik) gələn insanların sayı;
k– vahid andakı təzyiqin limit qiyməti olub 0.1 – 1 intervalında
dəyişir.
Rekreasiya təzyiqinin qiyməti zərərsiz hədd normasını aşdıqda
ərazidə rekreasiya suksessiyası hadisəsi baş verir. Bu rekreasiya təsiri
nəticəsində baş vermiş ekoloji suksessiyadır. Nəticədə ot örtüyü
pozulur, yeni cücərtilər və yeniyetmələr məhv olur, torpaq sıradan
çıxır, meşəaltı döşənək itir. Ağacların radial inkişafı azalır, kök sistemi
81
xəstəlikləri artaraq onların qurumasına səbəb olur. Nəticədə meşə
quşlarının yerini insan müşayiətçisi olan quşlar (qarğa, sərçə) tutur.
Meşədə qalanmış adi tonqal həmin yerin 5-7 il müddətində tamamilə
sıradan çıxmasına səbəb olur. Səs-küy quşları və məməli heyvanları
hürküdərək onların normal həyatı və çoxalmasında problemlər
yaradır. Budaqların qırılması, ağac gövdələrindəki yazılar və digər
mexaniki zədələnmələr ağacların ziyanverici həşəratlar tərəfindən
müxtəlif xəstəliklərə yoluxmasına səbəb olur.
Rekreasiya təzyiqləri üç qrupa bölünür:
•
təhlükəsiz rekreasiya təzyiqi (buraya aşağı və zərərsiz
təhlükəsizlik həddi daxildir);
•
təhlükəli rekreasiya təzyiqi;
•
kritik rekreasiya təzyiqi (rekreasiya təzyiqinin böhran həddi);
•
katastrofik rekreasiya təzyiqi.
Təhlükəsiz rekreasiya təzyiqi təzyiqin elə həddidir ki, bu zaman
təbii komplekslərdə dönməz proseslər baş vermir və sistem öz
əvvəlki vəziyyətinə qayıdaraq özünü bərpa edir. Belə təzyiqlər təbii
komplekslərin diqressiyanın II və III stadiyasına keçməsinə səbəb
olur. II stadiyaya uyğun olan təzyiqi şərti olaraq «aşağı» rekreasiya
təzyiqi adlandırırlar. Belə vəziyyətlər zamanı sistemin yüklənmə
qabiliyyəti və bərpaolma qüvvəsi hələ yüksək olur. Rekreasiya
təzyiqinin zərərsiz həddinə yaxınlaşması təbii sistemi diqressiyanın III
stadiyasına keçirir. Əgər təbii kompleks diqressiyanın III
stadiyasından IV stadiyayasına keçirsə, başqa sözlə desək tarazlıq
həddini adlayırsa rekreasiya təzyiqinin bu haldakı qiyməti təhlükəli
hədd hesab edilir. Kritik təzyiq fitosenozun diqressiyasının IV
stadiyasına uyğundur. Katastrofik təzyiq təbii kompleksin
diqressiyanın V stadiyasına keçməsinə səbəb olur. Bu zaman təbii
kompleksin komponentləri və onların tərkib hissələri arasındakı
əlaqələr pozulur.
Meşə rekreasiyası ilə bağlı bir sıra terminlərin izahına ehtiyac
duyulduğundan onlara qısa nəzər salaq:
Meşə rekreasiyası – insanların sosial-mədəni, turizm və idman-
sağlamlıq məqsədləri ilə meşə ilə örtülü torpaq sahələrində
iştirakından ibarətdir. Meşə rekreasiyası əsasən aşağıdakı növlərə
bölünür:
Kempinq meşə rekreasiyası –
meşəlik ərazilərdə, xüsusi
82
quraşdırılmış komplekslərdə insanların gecələmək şərti ilə bir neçə
günlük müddətində istirahət, fiziki inkişaf, əyləncə məqsədi ilə
qalması;
Gündəlik meşə rekreasiyası – insanların meşəlik ərazilərdə
gecələməmək şərti ilə istirahət, fiziki inkişaf, əyləncə məqsədi ilə
qalması;
Kütləvi-idman tədbirləri – insanların meşə ərazilərində
gecələməmək şərti ilə yarış, idman ovçuluğu, balıq tutma da daxil
olmaqla fiziki məşğələlərin müxtəlif kompleksləri üzrə təlim-məşq
tapşırıqlarının həyata keçirilməsi məqsədi ilə qısamüddətli qalmasıdır.
Meşə turizmi – meşə ərazilərində müəyyənləşdirilmiş marşrutlar
üzrə, istirahət, fiziki inkişaf, öyrənmə, turist normativlərini yerinə
yetirmək məqsədi ilə insan qruplarının gecələmək şərti ilə bir neçə
günlük səyahətidir;
Meşə ekskursiyaları – insanların meşə ərazilərindəki görməli
yerlərə təlim, öyrənmə və istirahət məqsədi ilə gecələməmək şərti ilə
qısamüddətli səyahətidir.
Rekreasiya təzyiqini müəyyənləşdirmək məqsədi ilə bəzən əlavə
göstəricilərdən istifadə edilir:
Rekreasiya sıxlığı - müəyyən zaman müddətində vahid ərazidə
müəyyən meşə rekreasiyası növü iştirakçılarının birdəfəlik sayı;
Rekreasiya iştirakı – meşə rekreasiyası iştirakçılarının vahid zaman
və vahid ərazidəki ümumi sayı;
Rekreasiya intensivliyi - müşahidə dövrü zamanı vahid ərazidəki
rekreasiya növü üzrə ümumi vaxt.
Rekreasiya təzyiqinin zərərsiz həddi – biogeosenozun həyat
qabiliyyətini tam şəkildə saxlaya bildiyi maksimal rekreasiya təzyiqi.
Rekreasiya diqressiyasının stadiyası
– rekreasiya təzyiqi
nəticəsindəki biogeosenozda baş vermiş dəyişmələrin mərhələləri;
Rekreasiya diqressiyaları şərti olaraq 5 stadiyaya bölünür. Bu
stadiyalar aşağıdakı cədvəldə verilmişdir:
|