Ektorurizmin növləri. Ekoloji və onunla bilavasitə bağlı turizm
növləri uzunmüddətli elmi ekspedisiyalardan tutmuş təbiət
qoynundakı qısamüddətli istirahət növünədək çox geniş fəaliyyət
spektrinə malikdir. Ümumiləşdirilmiş halda onlar şərti olaraq müxtəlif
meyarlar əsasında (səyahətçi qruplaşmalarına, əsas səyahət
77
obyektlərinə, turizm fəaliyyətinin növünə və qalma müddətinə görə
və s.) müxtəlif olurlar. Hal-hazırda bu fəaliyyətlər adətən şərti olaraq
elmi, öyrədici və rekreasiya turizmi formalarına bölünürlər.
Elmi turizm alimlərin ekspedisiyalarını, tələbələrin yay sahə
praktikalarını və digər səyahətləri əhatə edərək səyahət ərazisindən
elmi məlumatların yığılmasından ibarət olur. Elmi turizm ümumi
ekoturizm axınının kiçik bir hissəsini əhatə etdiyinə baxmayaraq
yüksək əhəmiyyətə malikdir. Əvvəla, o az öyrənilmiş ərazilər və
obyektlər haqqında qiymətli məlumatlar verir. Alınmış məlumatlar
təkcə elmin inkişafında deyil, həmçinin regionda ekoturizmin davamlı
əsaslar üzərində inkişafına köməklik göstərə bilər.
Öyrədici turizm – klassik mənadakı ekoturizmdən ibarətdir.
Misal olaraq hal-hazırda bir çox ölkələrdə geniş tətbiq olunan quşları
(bördvoçinq - ingiliscə birdwatching), nadir kəpənəkləri müşahidə
turlarını, botaniki ekskursiyaları, arxeoloji, etnoqrafik və paleontoloji
səyahətləri (Eldar faunası, Pirküşkül faunası, Binəqədi faunası,
Daşkəsən paleobotaniki abidə və s.), video və fotoçəkiliş həvəskarları
üçün ekosafarilərin təşkilini göstərmək olar.
Rekreasiya turizmi əsasən təbiət qoynundakı istirahəti nəzərdə
tutur. Lakin burada müəyyən öyrədici məqsədlər də mövcuddur. Bu
turizm forması
aktiv və passiv şəkildə ola bilər. Aktiv rekreasiya
turizmi forması piyada, at və xizəklə olan səyahətləri, alpinizmi,
speleoturizmi, dağ və su səyahətlərinin müxtəlif formalarını nəzərdə
tutur. Azərbaycan əraziləri, xüsusilə Quba, Qusar, Qazax, Laçın,
Qubadlı, Kəlbəcər və Dağlıq Qarabağ əraziləri xeyli speleoturizm
(mağara turizmi) potensialına, Şamaxı rayonunun Pirqulu ərazisi isə
əlverişli xizək turizmi imkanlarına malikdir.
Passiv rekreasiya turizmi formasına çadır düşərgələrindəki
istirahət, yaxın məsafələrə təşkil edilən səfər və gəzintilər, pikniklər,
qarmaqla balıq ovu, ekoloji davamlılıq prinsipi əsasında həyata
keçirilən müxtəlif təbiət məhsullarının yığımı aiddir.
Biosfer Rezervat ərazilərində ekoturizmin əsas prinsipləri
aşağıdakılardan ibarətdir:
|