84
Transekt metod rekreasiya diqressiyalarının stadiyalara ayrılması
üçün nəzərdə tutulmuşdur. O, hərəkət cığırlarındakı torpaq səthinin
torpağın mineral təbəqəsinə qədər tapdalanmış, yalın hissəsinin
uzunluğunun cığırın ümumi uzunluğuna olan nisbəti əsasında
müəyyənləşdirilir.
Riyazi-statistika metodu sınaq sahələrində rekreasiya təzyiqini
ölçmək
məqsədi
ilə
seçmə
müşahidələrin
aparılmasının
planlaşdırılmasına xidmət edir və tələb olunan xətalar çərçivəsindəki
zəruri müşahidələrin sayını müəyyənləşdirir.
Qeydiyyat-ölçü metodu müşahidələrin aparılması üçün nəzərdə
tutularaq sınaq sahələrindəki iştirakçıların və onların sınaq sahəsində
qalma müddətinin qeydiyyatı üçün aparılır. Rekreasiya təzyiqini
ölçmək məqsədi ilə bir sıra sistemdən kənar vahidlərdən istifadə
edilir. Rekreasiya təzyiqinin ölçülməsi zamanı istifadə olunan əsas
sistemdən kənar və törəmə vahidlər 16-cı cədvəldə verilmişdir.
Rekreasiya təzyiqini hesablayarkən
Rd - rekreasiya sıxlığı
kəmiyyətindən istifadə edilir.
Rekreasiya iştirakı (Re) və rekreasiya
intensivliyi (Ri) isə aşağıdakı düsturlar vasitəsi ilə hesablanır:
Dostları ilə paylaş: