əyahət (w ilderness travel) formaları təklif edilir. Burada turizm
obyekti canlı təbiətin istənilən forması ola bilər. Bəzən ekoturizm
macəra turizmi (adventure tourizm) ilə də uzlaşdırılır. Lakin
istənilən macəra turları ekoloji turizm kriteriyalarına uyğun gəlmir
(xüsusilə təbii ehtiyatlardan davamlı istifadə konsepsiyası
baxımından). Məsələn, ov qəniməti kimi vurulmuş heyvanlar, nəyin
bahasına olursa-olsun idman nəticələri əldə etmək məqsədi daşıyan
(canlı ağacların kəsilərək onlardan salların hazırlanması) idman
xarakterli və safari turlar daha çox antiekoloji xarakter daşıyır. Hal-
hazırda ABŞ və bir sıra Qərbi Avropa ölkələrində
yaşıl kənd turizmi
və ya aqroturizm (agrotourizm) – kənd ərazilərində istirahət
(kəndlərdə, rahat kənd evlərində) çox geniş yayılmışdır. Turistlər
müəyyən müddət ərzində təbiət qoynunda kənd həyat tərzini yaşayır,
milli xalq mədəniyyətinin və incəsənətinin dəyərləri ilə, milli mahnı və
rəqslərlə, yerli adət-ənənələrlə tanış olur, ənənəvi kənd əməyində,
xalq bayramlarında və festivallarda iştirak edirlər.
Yaşıl turizm
(green tourizm) turist sənayesinə ekoloji metod və texnologiyaların
tətbiq edilməsi məqsədini güdür. Alman dilli ölkələrdə «ekoloji» və
«yaşıl» sözönləri praktiki olaraq işlənməyərək əsasən «incə turizm»
və ya «ekoloji-sosial cavabdehli turizm» kimi anlayışlara daha çox
üstünlük verilir. «İncə turizm» və «sərt turizm» formalarının fərqli
cəhətləri aşağıdakılardır.