69
VII BÖLMƏ
Ərazinin təbiət abidələri
Təbiət abidələri öz xüsusiyyətlərinə, vəzifə və funksiyalarına
görə xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddirlər. Azərbaycan
Respublikasının «Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri
haqqında» Qanununda bildirilir ki, xüsusi mühafizə olunan təbiət
əraziləri və obyektləri Azərbaycan Respublikasının milli sərvətidir və
xüsusi ekoloji, elmi, mədəni və estetik dəyərə malikdir
(Azərbaycan
Respublikasının ətraf mühitə dair qanunvericilik toplusu, 2002).
Başqa sözlə, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri -
elmi, mədəni, estetik və sağlamlaşdırma dəyəri olan, nadir, nəsli
kəsilmək təhlükəsi qarşısında olan, səciyyəvi, xüsusi mühafizə recimli,
zooloji botanik, dendroloji, hidroloji, geoloji, geomorfoloji,
hidrogeoloji, meşə, landşaft və torpaq obyektləridir.
Təbiət abidələri öz xarakterinə görə canlı (bioloji) və cansız
(geoloji, paleontoloji) təbiət abidələri kimi iki növə ayrılırlar. Təbiət
abidələri xüsusi mühafizə recimi tətbiq edilmiş unikal, əvəzolunmaz,
elmi, ekoloji, mədəni və estetik mənada yüksək dəyərə malik təbiət
kompleksləri, təbii və süni mənşəli obyektlərdirlər. Hər hansı bir quru
və su tutarı sahəsi, eləcə də tək bir obyekt də təbiət abidəsi elan
oluna bilər. Aşağıda təbiət abidələrinə misallar göstərilmişdir:
•
Mənzərəli ərazilərin bir hissəsi və ya toxunulmamış təbiət
əraziləri;
•
Mədəni landşaftın üstünlük təşkil etdiyi ərazilər (qədim parklar,
xiyabanlar və s.);
•
Relikt, azsaylı, nadir və nəsli kəsilmək təhlükəsi altında olan
bitki və heyvanlar və onların məskunlaşdığı ərazilər;
•
Öz xarakterinə görə xüsusilə qiymətli sayılan meşə massivləri
və meşə əraziləri;
•
Unikal relyef formaları və təbiət landşaftları (dağlar, dərələr,
mağaralar, qum təpələri, barxanlar, stratotipik kəsiklər, geoloji
qırışlar və s.);
•
Nadir və xüsusi əhəmiyyətli paleontoloji obyektlərin yerləşdiyi
ərazilər;
•
Çay, göl, su-bataqlıq kompleksləri, su ambarları əraziləri, kiçik
çaylar və su hövzələri;
70
•
Müxtəlif sahil obyektləri (körfəzlər, buxtalar, yarımadalar,
laqunlar);
•
Canlı və cansız təbiətin ayrıca elementləri (quşların yuvalama
yerləri, qocaman tarixi-memorial əhəmiyyətli ağaclar, qəribə formalı
bitkilər, tək-tək qalmış ekzot və relikt nümunələr, vulkanlar, təpələr,
buzlaqlar, qayalar və qaya parçaları, şəlalələr, qeyzerlər, termal və
mineral sular, müalicəvi palçıq mədənləri, bulaqlar, çay mənbələri,
yarğanlar, mağaralar, zağalar, kahalar və s.).
Özünün unikallığından, ekoloji, elmi və digər dəyərlərindən asılı
olaraq təbiət abidələri dünya, dövlət və regional əhəmiyyətli xüsusi
mühafizə olunan təbiət əraziləri sırasına aid edilə bilər. Bəşəri
əhəmiyyətli təbiət abidələri YUNESKO-nun Bəşəri İrsi Siyahısına daxil
edilir. Hal-hazırda bu Siyahıya dünyanın 189 dövlətinin 128 təbiət,
480 mədəni və 22 təbiət-mədəni abidələri daxid edilmişdir.
Hirkan Biosfer Rezervatı ərazisi ölkəmizin zəngin və nadir təbiət
abidələrinə malik ərazilərindəndir. Bu ərazidə yüzdən çox təbiət və
mədəni abidələr mövcuddur. Bu mövzu monoqrafiyanın əsas
mövzusu olmadığından biz sadəcə bu abidələrin bəzilərinin adlarını
çəkəcəyik. Qeyd etmək lazımdır ki, bu abidələrin xeyli hissəsinin
qayğıya ehtiyacı vardır.
Ən zəngin meşəlik təbiət abidələrindən Astara rayonu Züngüləş
kəndi ərazisindəki «Quru Nəbi» («Nəbinin goru») pirini göstərmək
olar. Təxminən 1 ha ərazi tutan, əsasən azat, dəmirağac, vələs və
şümşad ağaclarından ibarət olan bu yer əsrarəngiz və yüksək estetik
təsir bağışlayır. Digər təbiət abidəsi sıx şümşadlıqdan ibarət olan
«Düryə Piri»dir. Lerik rayonu ərazisindəki müqəddəs sayılan meşəlik
ərazilərdən «Baba Gil» türbəsini göstərmək olar. Mövzudan kənara
çıxaraq onu da qeyd etmək istəyirik ki, Lənkəran rayonu, Şıxəkəran
kəndində «Şeyx Zahid Türbəsi» yerləşir. Tarixi mənbələrə əsasən
dövrünün zəngin elmi biliklərinə yiyələnmiş bu şəxs «Səfəvilər»
sülaləsinin və «qızılbaş-səfəviyyə dərviş ordeni»nin banisi Şeyx
Səfiəddin İshaq Ərdəbilinin müəllimi və qaynatası olmuşdur.
Aşağıdakı cədvəldə bu ərazilərdəki bəzi qocaman ağacların
dendroloji parametrlərini veririk (ölçmələr 2004-cü ilin hesablamaları
əsasında tərtib edilmişdir):
|