Yusifov E. F., Hacıyev V. C



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə32/86
tarix30.12.2021
ölçüsü2,67 Mb.
#22217
1   ...   28   29   30   31   32   33   34   35   ...   86
62 
IV BÖLMƏ 
 
Ərazininin bitki örtüyünün biomüxtəlifliyi və meşə bitki 
örtüyü 
 
Hirkan Biosfer Rezervatı yuxarıda deyildiyi kimi respublikanın Lənkəran, 
Lerik və Astara inzibati rayonlarını əhatə edir. Bu ərazi əsasən dəniz ətrafı 
regionlardan başlayaraq aşağı dağ qurşağı (Burovar dağ silsiləsi), orta dağ 
qurşağı (Peştasar dağ silsiləsi) və nəhayət yüksək dağ qurşağından (Talış 
dağ silsiləsi) ibarətdir. 
1.
 
Birinci hissə (aşağı dağ qurşağı) şəhər ətrafı sahələr, kəndlər, 
bağlar,  yaşıllıqlar  və  əkin  yerləri  (çay,  sitrus  plantasiyaları,  çəltik  və 
tərəvəz, bostan) zəmilərini əhatə edir. 
2.
 
Orta  dağ  qurşağı  –  tək-tək  kəndlər,  meşə  talalarında 
biçənəklər, sitrus, çay və kənd ətrafı örüşlər və bağlar, o cümlədən 
təbii hirkan qarışıq meşələri ilə örtülmüşdür. 
3.
 
Yüksək  dağlıqlar  –  Hirkan  meşəlikləri  ilə  örtülü  olub  meşə 
talalarında isə formalaşmış biçənəklər və otlaqlardan ibarətdir. 
Ümumilikdə  hər  3  qurşaqda  –  Hirkan  mənşəli  qarışıq  meşəliklər, 
xüsusilə  Dəmirağac 
(Parrotia persica, Quercus castaneifolia, Carpinus 
macrocarpa,  C.  orientalis,  Zelkova  carpinifolia)  geniş  yayılmışdır. 
Bataqlıq  sahələrində 
Alnus  barbata,  meşə  altında  isə  ot  bitkilərindən 
Carex remota, Cardamine tenera, Lycopus europaeus və onlarca başqa 
ot  bitkiləri  bu  meşələrin  daimi  bitkilərindən  sayılırlar.  Bir  qədər  dağ 
ətəyi  regionlarda,  yuxarıda  qeyd  olunan  3-4  cinsə  Hirkan  cinslərinə 
Ficus carica, Punica granatum, Buxus sempervirens, Ruscus hyrcana, 
Grataegus  monoguna,  ot  bitkilərindən  isə  Rumex,  Sambucus,  Poa, 
Primula, Viola, Solanum, Oplismenus, Carex, Allium, Sedum, Crocus və 
bir çox başqa cinslərin növlərinə rast gəlinir.  
Ərazinin orta dağ qurşaqlarında Dəmirağac 
(Parrotia persica) heç 
rast  gəlinmir,  onu  bu  qurşağın  şimal  yamacında  şərq  fıstığı 
(Fagus 
orientalis), cənubunda isə şabalıdyarpaq palıd (Quercus castaneifolia) 
əvəz  edir.  Bu  hündürlükdə  palıd  birinci  plana  keçir,  meşənin 
edifikatoru  kimi  birinci  yerdə  durmaqla  qarışıq  enli  yarpaqlı  həqiqi 
Hirkan  meşəliyi  yaradırlar.  Şabalıdyarpaq  palıddan  başqa  bu  tip 
meşəlikdə 
Fagus orientalis, Taxus baccata, Carpinus betulus, Zelkova 
carpinifolia, ot bitkilərindən isə – meşənin 3-cü mərtəbəsində: Carex, 
Mentha,  Brachypodium,  Orobus,  Solanum,  Festuca,  Bromus  və  b. 
bitkilərə  rast  gəlinir.  Liankimilərə  (sarmaşan)  bu  tip  meşəlikdə  rast 
gəlmir. Aşağı meşə qurşaqlarına nisbətən orta qurşaqların meşəlikləri 


 
63 
qalın  olmur,  təmiz  olur,  lianlar  oradakı  ağacları  aşağı  qurşaqlarda 
olduğu kimi boğa bilmirlər, meşədə hərəkət etmək və gəzmək yaxşı 
təsəvvür  bağışlayır.  Bu  qurşaqda  meşə  cinsləri  yaxşı  inkişaf  edirlər, 
hündür boylu, 20-25 m, bə’zən də 30 m-ə çatır. Meşə çox işıqlı olur. 
Ağacların diametri normal olduğu üçün ən aşağı mərtəbələrə, torpaq 
yanı ot bitkilərinə çox yaxşı şərait yaradırlar ki, onlar da qazon tipli, 
taxıl  bitkiləri  hesabına  çəmənlik  yarada  bilirlər.  Turistlər  üçün  bu 
qurşaq bitkiliyi çox önəmli ola bilər.  
Orta  qurşaqların  şimal  yamaclarında 
Fagus  orientalis  birinci  plana 
keçərək  yenə  qarışıq  Hirkan  meşəliyi  yaratmaqla  bərabər  meşəaltı 
bitkilər  çoxluq  təşkil  edirlər.  Burada 
Hedera  pastuchowii  meşənin  iri 
ağaclarına dolaşmaqla lian tipli mühit yarada bilir. Meşəaltı bitkilərdən bu 
yamacında 
İlex,  Danae,  Mespilus,  Grataegus  cinslərinin  bir  neçə 
növlərinə  rast  gəlinir.  Bunlardan  başqa  şimal  yamacda  tək-tək 
Sorbus 
torminalis, Cydonia oblonga, Pyrus, Roza, Rubus və başqa kol bitkilərinin 
bir-iki növləri rast gəlir. Ot bitkiləri isə bu yamacda bolluq təşkil edirlər. 
Taxus  baccata  –  iynə  yarpaqlılar  nümayəndələrindən  olmaqla  – 
Qafqaz  meşələrində  geniş  yayılmışdır.  Bu  növ  iynə  yarpaqlı  ağac  və 
kollar Hirkan qarışıq meşəliyində yayılmaqla bərabər özü təklikdə Siyov 
kəndi  yaxınlığında  qaraçöhrə  meşəliyi  yaradır.  Burada 
Taxus  baccata-
dan başqa 
Carpinus schuschacnsis və Lonicera iberica-nın, ot bitkilərinin 
32  növ  olduğunu  A.A.Qrossheym  1926-cü  ildə,  müəlliflərdən  biri  isə 
(akademik V.Hacıyev) 1979-cu ildə 45 növ olduğunu göstərmişdir. Çox 
düzgün  olaraq  A.A.Qrossheym  bu  meşəliyin  sonradan  bərpası  ilə  izah 
edir. Görünür Siyov ətrafında vaxtı ilə meşələr qırıntıya məruz qalmışdır. 
Qaraçöhrənin  isə  bir  hissəsi  yandırılmışdır.  Məhz  ona  görə  sonradan 
bərpa  olunan  bitkilərin  əksəriyyəti  kserofit  təmayüllü  bitki 
nümayəndələrindən ibarət olmuşdur. 
Dəniz  səthindən  hündürlüklərə  qalxdıqca  relyef  sərtləşir, 
qayalıqlar  artır,  dağların  mailliyi  çoxalır,  meşəlik  isə  öz  normal 
inkişafını  davam  etdirir.  Ancaq  landşaftda  bir  qədər  dəyişiklik  hiss 
olunur.  Meşələr  aşağı  qurşaqlarda  olduğu  kimi  yox,  geniş  ləkələr 
formasına düşür. Görünür bütün bunlar sərt dağ qayalıqlarının, kasıb 
qruntlu  yamacların,  torpaq  qatının  kasıb  və  daşlı,  qayalı  olmasından 
irəli  gəlir.  Bu  tip  meşəliklərdə 
Quercus  macranthera  birinci  yerdə, 
Carpinus orientalis isə ikinci yerdə durmaqla, çox komponentli qarışıq 
meşəliklər  yaradırlar.  Bu  tip  meşəliklərdə  3  növ  ağcaqayın 
(Acer 
laetum,  A.  velutinum,  A.  campestre,  Carpinus  caucasica,  Quercus 
costaneifolia, Fraxinus excelsior, İlex hyrcana, Mespilus germanica, 3 
növ 
Grataegus,  Euonymus  latifolius,  Pyrus,  Rubus  və  Lonicera 


 
64 
cinslərinin  bir  neçə  növləri  rast  gəlinir.  Sarmaşıqların  (Lian)  bu 
meşələrdə olmaması ilə yanaşı ot bitkiləri həddən artıq çoxdur. Məs.: 
taxıllardan  – 
Poa  nemoralis,  Dactylis  glomerata,  Poa  pratensis, 
Brachypodium  silvaticum,  Agrostis  tenuis,  müxtəlif  otlardan  isə 
Dryopteris  filix  mas,  Sanicula  europaea,  Campanula  rapunculoides, 
Digitalis  nervosa,  Geum  urbanum,  Fragaria  vesca,  Orobus,  Stachys, 
Carex,  Primula,  Stellaria,  Calamintha,  Silene,  Asplenium,  Luzula, 
Centaurea,  Lilium,  Melica,  Trifolium,  Briza,  Bromus  cinslərinin  bir-iki 
növləri  rast  gəlinir.  Bu  tip  meşələrdə  ot  örtüyü  55  növdən  ibarət 
olduğu göstərilmişdir 
(Гаджиев В.Д. и др., 1979). Tək Trifoliumun bu 
tip meşəliklərdə 5 növü mövcuddur. Ot bitkilərinin bu tip meşəliklərdə 
az-çox  rast  gəlmələri  edifikatorların  bolluğundan  və  meşənin  dağın 
hansı cəhətində olmasından və tərkibindən asılı olur. Endemik 
Paeonia 
mlokosewitschii  və  Lilium  ledebourii  də  bu  tip  meşəlikdə  tez-tez  rast 
gəlinir.  
Yuxarı qurşaqlarda, o yerdə ki, meşələr tükənir - qayalıqlarda kol 
cəngəlliyi  çoxillik  ot  bitkiləri  ilə  birlikdə  özlərinə  məxsus  cəngəlliklər 
yaradırlar. Bu cəngəlliklərdə demək olar ki, meşə ağaclarının bərpası 
hiss  olunmur.  Baxmayaraq  ki,  meşə  toxumları  bu  cəngəlliklərə 
düşürlər, ancaq çim qatı toxumların cücərməsinə şərait yarada bilmir, 
məhz ona görə də bərpa hiss olunmur. Meşə yerə yayılan və yaxud 
frigana tipli dağ-kserofit kollarla və çoxillik otlarla əvəz olunur. 


 

Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin