65
V BÖLMƏ
Friqana və ya dağ-kserofit bitki örtüyü
Bu bitkilik tipləri ən çox relyefi sərt, mürəkkəb yamaclı sıldırım
dağlarla, qayalarla örtülü quru yamaclarda rast gəlinir. Dağ-kserofit
və friqana tipli bitkiliklər ərazinin bütün qurşaqlarında, ən çox isə
cənub və cənub-şərq yamaclarında müxtəlif tərkibdə formalaşırlar.
A.A.Qrossheymə (1948) görə bu tip bitkiliyə ən qədim – üçüncü
dövrün qalıqları kimi baxılmalıdır. L.İ.Prilipkoya görə Hirkan
yüksəkliyində, açıq dağ mühitində, bu tip bitkilik ən çox təbaşir
tərkibli yamaclarda formalaşırlar. Erkən yazda (terofitlər) yamacda
çiçəkləməyə başlayırlar. Xüsusilə, soğanaqlılar və kökü yumrular
(Gagea, Ophrus, Crocus, Orchis, Allium, Colchicum, Puschkinea,
Muscare, Merendera, Ornitogalum və b.). Yaz fəslində dağ ərazinin
yamacları müxtəlif rəngli (sarı, qırmızı, ağ və b.) çiçəklərlə bəzənir.
Yaz çiçək landşaftı ilin 55-60 yaz gününü əhatə edir. Yaz spektri yay
spektri ilə əvəz olunanda çiçəkli bitkilərdə bir-birini əvəz edirlər.
Frigana tipli yamaclarda
Allium və İris növləri onların çiçək qrupları
və rəngləri bir-birini əvəz etməklə yaşıllığı gülçülüyə çevirir. Burada
4-5 növ süsənə
(İris zuvandicus, İ. hyrcana, İ. medwedewii və İ.
lineolata) rast gəlinir. Azərbaycanın 44 yabanı Allium növlərindən
yalnız 17-18 növə ərazimizin quru dağ yamaclarında rast gəlir ki,
bunların da 5-i endemik bitkidir
(Allium virida Grossh., A.
dictyoprasum
C.A.M.,
A.
transcaucasicum
Grossh.,
A.
synthamanthum C. Koch., A. lenkoranicum Misch.), Qaz soğanlardan
isə bu yamaclarda 2 növ endemik
(Gagea alexeenkoana Miscz. və G.
caroli-kochii Grossh.) bitkiyə rast gəlinir. Dekorativ çoxillik kserofit
kollardan və çoxillik otlardan
– Acontholimon, Hedysarum, Stachys,
Salvia, Dianthus, Roza cinslərinin bir çox dekorativ növləri bu
bitkiliyin əsas komponentlərindən sayılırlar.
Dağ-kserofit və friqana – tip bitki örtüyü, iki formasiyada özünü
formalaşdırır: Trakakantlı və Akontolimonlu formasiyalar. Sahənin
ekoloji, geomorfoloji quruluşlarına görə hər iki formasiya eyni floristik
tərkibdə olmaqla, ekoloji varlıqda demək olar ki, eynidir. Bunları bir-
birindən ayıran torpaqların tərkibidir. Trakakant torpağı təbaşir
önəmli olsa da, torpaq xırda daşlıqlardan və kasıb torpaqdan
ibarətdir. Akontolimon bitən torpaqların isə bir qədər humus qatı
vardır. Flora tərkibləri eyni olsa da Akontolimonlu növlərin sayı
66
Trakakantlığa nisbətən çox olur. Trakakantlığın birinci edifikatoru
Astragalus aureus, A. lagurus, A. picnophullus, A. strictiformis və
kolcuqlardan buynuzlu xaşa —
Onobrychis cornuta-dır. Çoxillik taxıl
bitkilərindən isə
Stipa szovitsiana formasiyanın bozqır, çəmən və
bozqırlaşmış çəmənlər təşkil etməklə, layihə örtüyü 40-60%, flora
tərkibi 67-70 növ daxilindədir. Taxıl bitkilərindən
Stipa szowitsiana,
Festuca sulcata, Bromus tectorum, B. squarrosa, sudduyənlərdən –
Euphorbia marschalliana, Cousinia (3 növü), Nepeta, Lactuca,
Teucrium, Scutellaria, Cirsium, Phlomis, Ziziphora, Verbascum,
Gypsophylla və bir çox başqa cinslərin bir, iki və üç növünə rast
gəlinir. Bu senozda təxminən 82 növ bitki qeydə alınmışdır.
Tərkibində çim əmələ gətirən növlər – Akantolimon formasiyasında 2
növdən
Acantholimon hohenackeri və A. Sp. növlərinin bolluğu ilə
formalaşaraq layihə örtüyünün 68-80%-ə çatır. Zəngin floraya
malikdir. Burada tək
Cousiniya-nın (3 növü), Cirsium-un (2 növü),
Achillea-nın (2 növü), Plantago-nun (2 növü) senozda çim əmələ
gətirən taxıllardan –
Festuca sulcata, Stipa (2 növ), Poa pratensis,
Phleum phleoides, Astagalus aureus və Cuniperus oblonga cəmi 97
növ bitki rast gəldiyi qeydə alınmışdır. Qeyd etməliyik ki, Hirkan
biosfer rezervatının dağ-kserofit bitkiliyinin yaxın Naxçıvan və İran
dağ-kserofit bitkiliyi ilə çox yaxınlığı vardır. Yalnız bu yaxınlıq
haqqında onu demək olar ki, Hirkanda floranın əksər növləri
uzunboylu və yalnız Hirkana xas olan bitkilərdir.
|