5.
Rezervat rəhbərliyinin keçirdiyi ekoloji aksiyalarda və bayram
tədbirlərində yerli əhalinin geniş kütlələrinin cəlb edilməsini təşkil
etmək;
102
6.
Biosfer rezervatın elmi-texniki şurasına regional dövlət və
bələdiyyə nümayəndələrinin cəlb edilməsi;
7.
Yerli əhali arasında biosfer rezervatın müdafiə qrupunu
yaratmaq, onlara müəyyən status vermək (Hirkan Biosfer
Rezervatının Dostları Cəmiyyəti və s.);
8.
Ekoloji bayram günlərində («Parklar hərəkatı», «Yer Günü»,
«Ətraf Mühit Günü», «Su Günü», «Quşlar Günü», «Qoruq İşçiləri
Günü» və s.) qeyri hökumət və digər təşkilatlarla birgə xüsusi
tədbirlər keçirmək.
|