Məktəblilərlə iş fəaliyyəti. Bu istiqamət ekoloji-maarifləndirmə
üzrə ən mühüm istiqamətlərdən biridir. Bu sahədə aşağıdakı
tədbirlərin həyata keçirilməsi vacibdir:
•
məktəblilər üçün xüsusi ekoloji düşərgə və ekoloji
ekspedisiyalar, səyahətlər təşkil etmək, onların iştirakı ilə bioloji
tədqiqatlar aparmaq;
•
regionun müəllim heyəti və təhsil sistemi orqanları ilə əlaqələri
gücləndirmək, birgə proqramlar və tədbirlər həyata keçirmək;
•
rezervat nəzdində uşaq birlikləri (dərnəkləri) yaratmaq (gənc
təbiətçi, gənc naturalist, təbiətin dostları, baba təbiət, məktəbli
meşəbəyliyi və s.), ərazidə onların ekspedisiya və praktikaları üçün
şərait yaratmaq.
Biosfer rezervat ərazisində əhali ilə həyata keçiriləcək digər