Yusifov E. F., Hacıyev V. C



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə58/86
tarix30.12.2021
ölçüsü2,67 Mb.
#22217
1   ...   54   55   56   57   58   59   60   61   ...   86
99 
IV BÖLMƏ  
 
Ekoloji-maarifləndirmə fəaliyyəti və yerli  
əhali ilə işlərin təşkili 
 
Biosfer  rezervatlarda  ekoloji-maarifləndirmə  fəaliyyəti  ancaq 
müəyyən şərtlər daxilində effektiv nəticələr verə bilər. Bu baxımdan 
ekoloji-maarifləndirmə fəaliyyəti: 
- uzunmüddətli olmalıdır; 
- məqsədyönlü olmalıdır; 
- sistemli və kompleks xarakter daşımalıdır; 
-  insanların  psixi  fəaliyyətlərinin  həm  intellektual,  həm  də 
emosional sferalarına təsir etməlidir; 
-  insanların  uyğun  praktiki  vərdiş  və  bacarıqlarını  inkişaf 
etdirməlidir; 
-  yüksək  keyfiyyətli  maddi  və  metodoloji  baza  üzərində 
qurulmalıdır; 
Biosfer rezervatlarda, ümumiyyətlə xüsusi mühafizə olunan təbiət 
ərazilərində  ekoloji-maarifləndirmə  fəaliyyəti  əsasən  aşağıdakı 
məqsədlər daşıyır: 

 
Biosfer  rezervatı  ideyasını  geniş  əhali  kütlələri  arasında  təbliğ 
etmək; 

 
ekoloji  şüurun  və  ekoloji  mədəniyyətin  formalaşması  və 
inkişafında əhalinin geniş iştirakını təmin etmək; 

 
 Regional ekoloji problemlərin həllinə yardım etmək; 

 
Qoruq  ərazisində  elmi  tədqiqat  və  ekoloji  monitorinqin 
aparılması üçün kifayət baza yaradılmalı; 

 
Təhsil  və  maarifləndirmə  proqramlarının  həyata  keçirilməsi 
üçün,  şagirdlərin,  mütəxəssis  və  tələbələrin  profil  üzrə  sahə 
praktikaları üçün ixtisaslaşdırılmış stasionar yaradılmalı; 

 
Ekoloji  maarifləndirmə  (dendrari,  təbiət  muzeyi,  audiovizual 
qurğularla  təmin  edilmiş  mühazirə  zalı)  və  mənəvi  tərbiyə  (əraziyə 
yaxın pirlər və digər müqəddəs yerlər) bazaları təkmilləşdirilməli; 

 
Rezervat  bufer  zonasında  yerləşən  idarə  və  təşkilatlarla  sıx 
əməkdaşlıq etməlidir; 

 
Yerli sakinlərlə münasibət yaradılmalıdır; 

 
Rezervat əməkdaşları Milli Elmlər Akademiyasının və digər elm-
təhsil ocaqlarının mütəxəssisləri ilə sıx əlaqələr saxlamalıdır. 


 
100 
Hirkan  Biosfer  Rezervatının  ekoloji-maarifləndirmə  fəaliyyətinin 
əsas  məqsədi  geniş  azərbaycan  ictimaiyyətində,  ilk  növbədə  yerli 
icma  arasında  bioloji  və  landşaft  müxtəlifliyinin  qorunması 
məsələsində  rezervatların  əhəmiyyətli  rolunu  aydınlaşdırmaq,  onun 
biosferdə  və  regionun  sosial-iqtisadi  inkişafında  mühüm  rol 
oynadığını  əhaliyə  çatdırmaqdan  ibarətdir.  Bu  hərəkat  biosfer 
rezervatların ölkənin milli sərvətlərinin tərkib hissələrindən biri və çox 
vacibi  olduğunu  ictimaiyyət  tərəfindən  dəstəklənməsinə  rəvac 
verməlidir.  Ekoloji-maarifləndirmə  işlərinin  sistemli  təşkili  aşağıdakı 
məsələlərin həllindən çox asılıdır: 

 
ekoloji-maarifləndirmə  işlərinin  aparılması  zamanı  rezervatda 
olan  elmi,  tarixi  və  digər  arxiv  materialları,  eləcə  də  elm  şöbəsinin 
təcrübə və potensialı əsasında elmi cəhətdən əsaslandırılmış bazanın 
yaradılması; 

 
rezervatın  hər  bir  konkret  regionunda  (kəndində)  əhalinin 
bütün qrupları arasında məqsədyönlü və sistematik işlərin təşkili; 

 
biosfer rezervata gələnlərlə işlərin təşkili; 

 
müxtəlif  tədris  müəssisələri,  müvafiq  dövlət  orqanları  və  yerli 
özünüidarə  təşkilatları,  kütləvi  informasiya  vasitələri  və  bu  sahədə 
maraqlı olan digər qurumlarla sıx əməkdaşlığın həyata keçirilməsi; 

 
uyğun  ixtisaslar  üzrə  peşəkar  mütəxəssislərin  yetişdirilməsinə 
yardım; 

 
ekoloji-maarifləndirici məlumatların və iş təcrübələrinin milli və 
beynəlxalq  miqyasda  mübadiləsini  təmin  edən  vahid  informasiya 
məkanının yaradılmasına çalışmaq; 

 
Biosfer  rezervatın  idarə  olunmasında  ekoloji-maarifləndirmə 
üzrə  direktor  müavini  ştatı  yaradılması  da  vacib  addımlardan  biri 
sayılmalıdır. 

Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin