95
dəyişikliklərin izlənilməsi üçün uzunmüddətli müşahidələrin
aparılmasından ibarətdir. Bu müşahidələr təsərrüfat fəaliyyətinin
bilavasitə təsiri olmadığı şəraitdə təbii mühitdəki dəyişiklikləri əks
etdirir. «Təbiət salnaməsi» proqramı çərçivəsində zəruri və prioritet
xarakterli monitorinq tədqiqatları aşağıdakı fəaliyyətləri əhatə edir:
•
biomüxtəlifliyin və biotanın tərkibinin keyfiyyət dəyişmələri
üzərindəki müşahidələr (ilk növbədə onurğalı heyvanlar və damarlı
bitkilər üzərində aparılır);
•
populyasiyaların vəziyyətinin araşdırılması məqsədi ilə aparılan
müşahidələr:
-Azərbaycanın «Qırmızı Kitabı»na düşmüş nadir bitki və heyvan
növləri üzərindəki müşahidələr;
-qiymətli sənaye-ovçuluq əhəmiyyətli və epidemioloji baxımdan
maraq kəsb edən heyvan növləri, xüsusi əhəmiyyətli dərman bitkiləri,
xüsusi sosial əhəmiyyətə malik digər növlər üzərindəki müşahidələr;
-təbii birliklərin və ekosistemlərin edifikator-növlərinin və sistemin
vəziyyətini bildirən indikator-növlərinin müşahidələri;
•
ekosistemin vəziyyəti üzərindəki müşahidələr:
•
«mühitin sağlamlığı»nın parametrləri üzərindəki müşahidələr;
•
ekosistemin vəziyyətinə təsir edən abiotik obyektlər və
hadisələr üzərindəki müşahidələr;
Dostları ilə paylaş: