98
Rezervatın
elm
şöbəsinin
kadr
tərkibinin
optimallaşdırılması və əməkdaşların peşəkarlıq səviyyəsinin
yüksəldilməsi. Biosfer rezervatın elmi-tədqiqat işləri üzrə
məsələlərinin həlli zamanı əsas şərt elmi şöbənin kadr tərkibinin
uyğun standartlar səviyyəsinə gətirilməsindən, əməkdaşların
peşəkarlıq səviyyəsinin yüksəldilməsindən ibarətdir. Bu məqsədlə
aşağıdakı zəruri tədbirlər həyata keçirilməlidir:
•
Rezervat üçün vacib sahələr üzrə mütəxəssislərin cəlb edilməsi
və əməkdaşların ixtisaslaşdırılmasında zəruri addımların atılması;
•
Aspirantura, doktorantura və dissertant formaları da daxil
edilməklə elmi işçilərin kvalifikasiyasının yüksəldilməsi üçün tədbirlər
planının hazırlanması;
•
Elmi dərəcəsi olmayan elmi işçilərə mərkəzi və regional elmi
mərkəzlərdə, MEA qurumlarında və ali məktəblərdə elmi rəhbərliyin
təşkil edilməsi;
•
ETİ planında nəzərdə tutulmuş qaydada rezervat ərazisində
tələbə praktikalarının, tələbələrin kurs və diplom işlərinin
keçirilməsinin təşkil edilməsi;
•
Rezervat direktorlarının elmi işlər üzrə müavinlərinin,
rezervatın baş və aparıcı elmi işçilərinin attestasiyasının aparılmasını
təşkil etmək məqsədi ilə (bu nazirliyin elmi-texniki şurası nəzdində
ola bilər) mərkəzi attestasiya komissiyasının yaradılması;
•
Müxtəlif kursların, seminarların, monitorinqlərin keçirilməsi
üzrə vəsaitlərin hazırlanması. Alınmış məlumatların işlənməsi və
verilənlər bazasının yaradılması kimi tədbirlərin həyata keçirilməsi də
nəzərdə tutulmaq şərti ilə elmi işçilərin kvalifikasiyasının
yüksəldilməsi proqramının hazırlanması;
•
Ekolojiya və Təbii Sərvətlər Nazirliyinin Xüsusi Mühafizə
Olünan Təbiət Ərazilərində elmi-tədqiqat fəaliyyətinin təşkili haqqında
xüsusi əsasnamənin hazırlanması.
|