97
aparılmış elmi-tədqiqat işləri biosfer rezervatın aşağıdakı tələblərini
ödəyir:
Təbiəti mühafizə sahəsində:
•
ərazinin optimallığının və mühafizə sisteminin təşkilinin
əsaslandırılması;
•
təbii komplekslərin və təbii obyektlərin vəziyyətinin müntəzəm
olaraq qiymətləndirilməsi və proqnozu;
•
təbiət komplekslərinə və təbiət obyektlərinə təsir edən
arzuolunmaz təsirlərin səbəblərinin araşdırılması, mümkün təsirlərin
mənfi nəticələrinin proqnozu, onların qarşısının alınması və sistemin
normal hala qayıtması üzrə tədbirlər kompleksinin hazırlanması;
•
biosfer rezervat ərazisində antropogen təsirə məruz qalmış
təbiət komplekslərinin bərpası proqramının hazırlanması;
•
ərazidə aparılmış bütün təsərrüfat xarakterli və digər
fəaliyyətlər zamanı təbiət komplekslərinə və təbiət obyektlərinə olan
mənfi təsirlərin minimuma endirilməsi məqsədi ilə kənar
mütəxəssislərlə birlikdə ekoloji ekspert qiymətləndirilməsinin
aparılması;
•
təbiəti mühafizə sahəsindəki planların, proqram və tədbirlərin
effektivliyinin qiymətləndirilməsi.
Ekoloji-maarifləndirmə sahəsində:
•
ərazinin təbiət kompleksləri, onlarda gedən proseslər və
onların inkişaf qanunauyğunluqları haqqındakı biliklərin daha da
genişləndirilməsi;
•
ekoloji-maarifləndirmə sisteminin təkmilləşdirilməsi və opti-
mallaşdırılması (ekoloji cığırlar, ekoloji turizm zonaları və s.);
•
Yerli, regional və qlobal strukturlarda biosfer rezervatın elmi
məhsullarının (nəticələrinin) marketinqinin aparılması, potensial
alıcıların müəyyənləşdirilməsi (ovçuluq təsərrüfatları, sanitar-
epidemioloji nəzarət qurumları, ətraf mühitin mühafizəsi üzrə
regional və bələdiyyə qurumları və digər təşkilatlar);
•
Özünün elmi məhsullarının reklamının təşkil edilməsi (o
cümlədən internet vasitəsi ilə);
•
Rezervat ərazisinin və onun daxili strukturlarının (kvartallar,
yollar, eksperimental sahələr və s.) topoloji əsasının elektron
versiyasının - GİS sisteminin yaradılması;
•
Kartoqrafik materialların GİS-formatına keçirilməsi;
Dostları ilə paylaş: