З щðÀ ÀЬÀÉÅÂÀ лизàÌÀÍ B



Yüklə 66,31 Kb.
Pdf görüntüsü
səhifə2/4
tarix02.01.2022
ölçüsü66,31 Kb.
#41917
1   2   3   4
§8. Karbonlu alət poladı - З щðÀ ÀЬÀÉÅÂÀ лизàÌÀÍ B

Yoxlama üçün suallar:  

1.  Alət poladlarında karbonun miqdarı artdıqda bu poladların xassələri necə   

dəyişir?   

2. Keyfiyyətli və yüksəkkeyfiyyətli karbonlu alət poladları necə markalanır?  

3.  U8, U8Q və U8A markalı poladların tərkibi və mexaniki xassələri ara-  

sında fərq nədən ibarətdir?  

4.  Hansı markalı karbonlu poladlardan pərçimləmə üçün alətlər hazırlamaq   

olar?  


5. Nə üçün U10 poladından çəkic hazırlamaq olmaz?  

50  


 §9. 

Legirlənmiş poladlar 

  

Legirləyici komponentlər və poladın xassələrinə onların təsiri.   

Karbonlu  poladlar  müasir  texnika  materiallarına  verilən  tələbləri  heç  də   

həmi şə ödəmir.  

Böyük yük təsiri altında olan və yüksək sürətlərdə işləyən detalları hazırla-  

maq ücün karbonlu poladlardan istifadə edilməsi detalların ölçülərinin həd din   

dən artıq böyük olmasına səbəb olardı. Bundan başqa, karbonlu poladların yük   

sək temperaturda korroziyayadavamlılığı və dayanıqlığı aşağıdır, yüksək xətti   

genişlənmə əmsalına malikdir və i.a.  

Poladın tərkibinə legirləyici komponentlərin daxil edilməsi onun fiziki mexa-  

niki və kimyəvi xassələrini xeyli yaxşılaşdırır.   

Tərkibində  adi  komponentlər  kimi  aşağdakılardan  istifadə  olunur:  xrom,   

nikel, volfram, vanadit, molibdən, kobalt, çoxlu miqdarda silisium və manqan.   

Xrom ən ucuz legirləyici elementdir. O, bərkliyi, möhkəmliyi, korroziyaya   

–  davamlılığı  artırır,  elastikliyi  bir  qədər  azaldır. Tərkibində  xromun  miqdarı   

çox olanda polad paslanmayan olur.  

Nikel polada yüksək möhkəmlik və plastiklik xassəsi verir, zərbə özlüyünü  

yüksəldir, 

toplanma dərinliyini

, korroziyaya dayanıqlığını artırır.  

Nikelin  miqdarı  çox  olduqda  polad  qeyri maqnıt  xassəli  olur,  xətti  geniş   

lənmə əmsalı kiçilir.  

Volfram bahalı və aztapılan metaldır. O, Poladın karbonu ilə çox bərk bir   

ləşmə olan karbidlər əmələ gətirir. Karbidlər poladın zərbə bərkliyini və istiyə   

da vam lılığını kəskın surətdə artırır.  



Vanadit – bahalı metaldır. Poladın sıxlığını artırır, dənələrı xırdalayır, bərk   

liyi və möhkəmliyi artırır.  

Molibden – poladın elastikliyini, möhkəmliyini, istiyədavamlılığını artırır.  

Titan – poladın möhkəmliyini və sıxlığını artırır, dənələri xırdalayır, korro-  

ziyaya davamlılığını artırır.  

Niobit – turşuya davamlılığa və qəlpələnməyə davamlılığı artırır.  

Mis – poladın antikorroziya xassələrini artırır. Legirlənmiş poladların tərki   

bində bir və ya bir neçə legirləyici komponentlər ola bilər.  

   

Yoxlama üçün suallar:  

1. Karbonlu və legirlənmiş poladların fərqi nədən ibarətdir?  

2. Hansı komponentlər poladın bərkliyini və möhkəmliyini artırır?  

3. Hansı legirləyici komponentlər poladın kimyəvi xassələrini yaxşılaşdırır?  

51  


Yüklə 66,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin