ZabiTƏ teymurlu


Azərbaycan dilinin dialekt leksikası



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə30/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

Azərbaycan dilinin dialekt leksikası 

 
29
 

 
Baba  “ata” sözü türk, qaqauz, krım-tatar dilləri və karaim dili-
nin krım dialekti üçün səciyyəvidir (27, 232). Xakas dilində ada və 
baba sinonim sözlərdir. Bu dildə hər iki söz də “ata” mənasında işlə-
nir. Türkmən dilində isə ata və atanın atası “ata”, ananın atası isə 
“baba” adlanır (114, 26). Türk dilində bəzi söz birləşmələrinin tər-
kibində ata sözünə təsadüf olunur: atalar sözü, ata yurdu. 
Damad. Quba dialektində “кürəкən” mənasında işlənir: Cəfə-
rin damadı naxuşdu (7, 113).  
Türk ədəbi dili üçün damat sözü səciyyəvidir (75, 249): Dеmек 
orada, hеla aralığında, avanaк damadı yola gеtirmек için bir dul кızı 
bahtını dеnеsin istеmiş (139, 47).  
Fars mənşəli damat leksik vahidinə Azərbaycan ədəbi dil nümu-
nələrində təsadüf edilib: Çünkü Fərəc xan Bağır xanın əmisi oğlu və 
damadıdır, heç bir əmrdə onun rəyinə müxalifət etməz. (M.F.Axund-
zadə);  Lakin ixtiyar bir şair öz damadına, öz övladına qarşı bu cür 
rüsvayçılıq yaradarsa, buna nə ad qoya bilərik? (M.S.Ordubadi); Qızı 
çoxdan gətirmişdilər. Damad hələ gəlib çıxmamışdı. (A.Şaiq) (10, 525). 
Farsca olan damat sözünün türk dilindəki sinonim qarşılığı “güvey“ 
dir (95, 851). Bu söz Azərbaycan dilinin dialekt leksikasında müxtə-
lif fonetik tərkiblərdə işlənir: Cəbrayıl şivəsində gəyəv sözü  “kürə-
kən” mənasını ifadə edir (7, 180). Culfa, Ordubad, Şərur, Zəngilan 
şivələrində “kürəkən” mənasını ifadə edən söz giyəvdirMənim gi-
yəvimin adı Cəbrayıldır. (Culfa) (7, 184). Quba dialektində giyo: və 
giyov sözləri, Zaqatala şivəsində isə göyüm sözü “kürəkən” mənasın-
da işlənir (7, 187). Göy (Qazax, Tovuz, Marneuli, Dmanisi, Göyçay)  
“kürəkən”,  gəv (Şahbuz),  göy (Şəki)  “yeznə” mənalarını ifadə edir: 
Əlinin göyü danna bizə gələcək (Göyçay) (27, 265).  
Azərbaycan dilinin dialektoloji atlasının 81-ci xəritəsi göstərir 
ki, dialektlərdə giyev, göy şəkilləri çox geniş sahəyə yayılmışdır (3, 
188). Göy sözünə Şəkinin Kiçik Dəhnə (40, 183), Zaqatalanın Muğanlı, 
Oğuzun Muxas, Vardanlı, Xaçmaz, Xalxal, Sincan, Qəbələnin Bum, 
Zalam, Zarğan, Vəndam, Çuxur, Qəbələ, Quşlar kənd şivələrində tə-
sadüf edilir: Bajımnan göyüm gəlmişdi dünən bizə (K.D.) (3, 188). 
“Qızın əri” mənasını ifadə edən göy sözü Azərbaycan dilinin qərb 
ləhcəsi üçün daha səciyyəvidir:  Mə:m göyüm qalxozda işder (Sarvan 
kəndi) (8, 226). 



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin