ləsində türk və monqol dilləri səviyyəsində tarixi planda geniş mü-
qayisələr aparmış, beləliklə, qədim türkcədəki eyni mənalı kürdə- gü leksik vahidinin monqolcadakı gürgen lekseminin tam qarşılığı
olduğunu müəyyən etmişdir (18, 251). Afina Əlizadə mənşəcə türk
sözü olan kür-, xür- və onun törəmələrinin kürəkən sözünün əsası
olduğunu və bu sözün monqol sözü deyil, türk mənşəli olduğunu
qeyd edir. Müəllifə görə kür- “qorumaq”, “mühafizə etmək”,“keşi-
yini çəkmək” mənasında semantik cəhətdən qismən kürəkən sözü-
nə uyğun gəlir (22, 22).
Döl. Bu leksik vahid Azərbaycan dilinin Gəncə, Göyçay, Şəki şi-
vələrində “cins, nəsil” mənasında işlənir: Bizim kə:r at Allahyargilin atdarının dölünnəndi (7, 142).
Döl sözü türk ədəbi dilində “canlı varlıqların çoxalması nəticə-
sində əmələ gələn fərd və ya fərdlər; nəsil, zürriyət, soy” mənalarını
ifadə edir (75, 301): ...Sakın Ermeni dölü müsün?... (138,54); Kapla- ma tahtalarının aralıklarında yuva kurup döl üreten güvercinler ka- dar olsun(…) göstere bilseydi (Sâmiha Ayverdi) (68, 751).
Döl qədim türkcə olan töl doğma, çoxalma, törəmə, yaşama, nəsli
sürdürmə, növ bildirən kökdən əmələ gəlmişdir (80, 202). Qədim
türk dili abidələrində döl iki mənada işlənib:“körpə və nəsil” (103,
72).
Düngür. Bu sözə Bolnisi şivəsində düngür “quda” şəklində tə-
sadüf edilmişdir (7, 148).
Türk ədəbi dilində dünür şəкlində işlənib “gəlin ilə oğlanın ata-
larının bir-birinə olan qohumluq münasibəti” mənasını bildirir (75,
311): Dünür öncеsi, yoкlamaya gеlеn Еrtuğrul bеğ gazi yoldaşlarına da tam bir içtеnliкlе, düşüncеlеrini anlatıyor vе …. (129, 56). Dünür- şü isə “gəlin ilə oğlanın analarının bir-birinə olan qohumluq müna-
sibəti”mənasında işlənir (118, 311).
Qədim türk dili abidələrində düηür, düηürlik leksik vahidləri
“evlənmək yoluyla əmələ gələn qohumluq“ mənasında işlənib (103,
75).
Еlti. Azərbaycan dilinin əksər şivələrində “iкi qardaşın arvad-
ları” mənasını bildirir: İki qardaş evlənəndə olların arvatdarı bir-bi-