ZabiTƏ teymurlu



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə31/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

Zabitə Teymurlu 

 
30
 

 
Altay  dilinin  tuba  dialektində  küye  “kürəkən”  formasındadır 
(27, 265). “Kürəkən” anlamında göy sözünə bir sıra türk dillərində 
də  təsadüf  edilir:  qaraçay-balkar dilində kюey//kuey  (115,  198); 
noqay dilində kuev (116, 218), başqırd dilində kiyäv, qazax dilində 
küyev, qırğız dilində küyo bala, küyo, tatar  dilində kiyäv, türkmən 
dilində giyev, uyğur dilində küyoğul, özbək dilində küyáv (88, 146 -
147). “Kitabi-Dədə Qorqud” abidəsinin dilində göygü “kürəkən” şək-
lində işlənmişdir: Xan babamıη göygüsi, Qadın anamıη sevgisi (43, 
72); Gördi dügündə göygü ox atar (43, 63). Qeyd olunan leksik sözün 
burada başqa variantına da rast gəlinir: Kül təpəcik olmaz, güyəgü 
oğul olmaz (43, 31); ...Bayındır xanın göygüsi, Qalın Oğuzın, dövləti, 
qalmış  yiğit  arxası  Salur  Qazan  yerindən  turmuşdı  (43,  42).  Oğuz 
atalar sözlərində həmin sözün gürəgi formasına rast gəlinib: Gürəgi 
oğul olmaz (94, 68). 
Qədim türk dilində küdegü sözü “qonaq gələn, qonaq olan” mə-
nasında  küdegi-küdeği-güveği//güveyi  şəklində  səs  dəyişiklikləri 
ilə qeydə alınıb. Uyğurcada küd kökündən əmələ gələn küden (qo-
naq, gəlib-keçici, qalıcı olmayan) ilə eyni köklüdür. İ.Z.Eyuboğlu bu-
nu yeni evlənən birinin bu adı alması, ayrı ev tutub köçməsi, ata oca-
ğından ayrılması hadisəsi ilə əlaqələndirir. Müəllif güveyi sözünün 
küdegü şəkliylə monqol dilində işlənən küregen (güveyi) arasında 
kök baxımından əlaqə olduğu fikrini irəli sürür (80, 307). Abdülka-
dir İnan bir çalışmasında bu sözün “çoban” ya da “güdücü” məna-
sında söyləndiyini qeyd edir. O, qədim türklərdə (monqollarda ol-
duğu kimi) güveyinin qız evində bir müddət iş görməklə məsul ol-
duğunu, bu səbəbdən küdegü//güveyi sözlərinin kök olarak “çoban” 
mənasını ifadə etdiyini qeyd edərək bu fikrinin üzərində durur (80, 
307). Azərbaycan dilində “kürəkən” anlamında işlənən kürəkən lek-
sik vahidi daha qədimdir (monqol dilində kürgen“kürəkən”
kürəkən< Monqol dilində kürken (117, 45). Monqol dilində eyni söz 
cəmdə kurget şəklində işlənir (18, 250). V.İ.Aslanov kürəkən sözü-
nün mongol dilindən alınma, göy sözünün isə türk mənşəli olduğu-
nu bildirmişdir. Onun fikrincə, mongol mənşəli kürəkən sözü köör-
kək- feilindən, türk mənşəli küyəgü sözü isə güvən- feilindən yaran-
mışdır. Hər iki feil “güvənmək”, “öyünmək” mənasını ifadə edir. Əh-
məd Cəfəroğlu “Azəri ləhcəsində bəzi monqol ünsürləri” adlı məqa-



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin