Zamansizliq və QƏDƏr gerçƏYİ



Yüklə 0,93 Mb.
səhifə24/54
tarix25.12.2016
ölçüsü0,93 Mb.
#3084
1   ...   20   21   22   23   24   25   26   27   ...   54
Həqiqi Mütləq Varlıq

Bütün bu həqiqətlər, bizi çox əhəmiyyətli bir sualla daha qarşı-qarşıya gətirir: Madam ki, maddi dünya olaraq tanıdığımız şey həqiqətdə ruhumuzun gördüyü hisslərdən ibarətdir, o halda bu hisslərin qaynağı nədir?...

Bu suala cavab verərkən diqqət yetirilməsi lazım olan həqiqət budur; maddənin öz başına müstəqil bir varlığı yoxdur. Maddə bir duyğu(hiss) olduğuna görə, "süni" bir şeydir. Yəni bu duyğunun bir başqa güc tərəfindən düzəldilməsi, daha açıq bir ifadəylə yaradılması lazımdır. Həm də davamlı olaraq. Bu, bir televiziya ekranında görünüşün davam edə bilməsi üçün, yayımın da sürəkli davam etməsi kimidir.

Yaxşı bizim ruhumuza ulduzları, dünyanı, bitkiləri, insanları, bədənimizi və gördüyümüz digər hər şeyi davamlı olaraq seyr etdirən kimdir?

Çox açıqdır ki, içində yaşadığımız bütün maddi kainatı, yəni hisslər bütününü yaradan və davamlı yaratmağa davam edən üstün bir Yaradıcı vardır. Bu Yaradıcı sonsuz bir güc və elm sahibidir.

O Yaradıcı aləmlərin Rəbbi olan Allahdır.

Göylərin və yerin, yəni kainatın sabit və qərarlı olmadığı, yalnız Allahın yaratmağıyla varlıq tapdıqları və O, yaratmağı dayandırdığında yox olacaqları bir ayədə belə ifadə edilir:

Həqiqətən, Allah göyləri və yeri zaval tapmasınlar (öz mehvərindən çıxmasınlar) deyə,(hər an) tutub saxlayır, Allahdan başqa onları heç kəs tutub saxlaya bilməz. Doğrudan da, Allah həlim və bağışlayandır!(Bəndələrinə cəza verməkdə tələsməz, tövbə edənləri əfv edər). (Fatir Surəsi, 41)
Daha əvvəl də ifadə etdiyimiz kimi, insanların çoxu, Allahın gücünü qavraya bilmədiklərindən, Onu göylərdə bir yerlərdə olan və dünya işlərinə müdaxilə etməyən bir varlıq olaraq düşünürlər. Bu məntiqin təməli, kainatın bir maddələr bütünü olduğu, Allahın isə bu maddələrin "xaricində" bir yerlərdə olduğu şəklindədir.

Halbuki, indiyə qədər araşdırdığımız kimi, maddə bir duyğudan ibarətdir. Həqiqət mütləq varlıq isə Allahdır. Yəni var olan yalnız Allahdır, Ondan başqa hər şey Allahın yaratdığı görüntü varlıqlardır. Belə olduqda da, Allahın maddə birliyinin "xaricində" olması kimi bir şey söz mövzusu ola bilməz. Allah "hər yerdə"dir və hər yeri örtməkdədir. Bu həqiqət Quranda belə açıqlanar:
Allahdan başqa tanrı yoxdur. (Zatı və kəmal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) əbədi və əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər(onu yuxulama və mürgüləmə tutmaz). Göylərdə və yerdə nə varsa hamısı Onundur. Allahın izni olmadan Onun yanında kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir (Onun üçün heç bir şey gizli deyil). Onlar (yaranmışlar) Allahın elmindən Onun özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca və ən böyük varlıq da Odur. (Bəqərə Surəsi, 255)
Allahın məkandan münəzzəh olduğu və hər yeri ətraflı əhatə etdiyi gerçəyi bir başqa ayədə də belə ifadə edilməkdədir:

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin