Zamansizliq və QƏDƏr gerçƏYİ



Yüklə 0,93 Mb.
səhifə29/54
tarix25.12.2016
ölçüsü0,93 Mb.
#3084
1   ...   25   26   27   28   29   30   31   32   ...   54
Yuxu Nümunəsi

Bu gerçəyi ən yaxşı izah edən nümunə yuxulardır. İnsan, yuxusunda çox həqiqi hadisələr yaşaya bilməkdədir. Nərdivandan diyirlənib qıçını qıra bilməkdə, ciddi bir yol qəzası keçirə bilməkdə, bir avtobusun altında qala bilməkdə, acıyanda bir tort yeyib doya bilməkdədir. Gündəlik həyatda rast gəlinən hadisələrin bənzərləri yuxuda da eyni inandırıcılıqla, eyni hisslərlə yaşanmaqdadır.

Yuxusunda özünə avtobus çarpdığını görən adam yenə yuxusunda, qəza etdikdən sonra gözünü xəstəxanada aça bilər; şikəst qaldığını anlar amma əslində bu bir yuxudur. Yenə yuxusunda; bir yol qəzasının ardından öldüyünü, ölüm mələklərinin canını aldığını, axirət həyatının başladığını görə bilər. (Bu hadisə, yuxu kimi bir qəbul olan həqiqət dünya həyatında da eyni şəkildə yaşanar.)

Yuxusunda yaşadığı bütün bu hadisələrin görünüşlərini, səslərini, sərtlik hissini, ağrını, işığı, rəngləri, hər cür hissi çox aydın bir şəkildə duymaqdadır. Yuxuda qarşılıqlı əlaqədə olduğu hisslərin bütünü həqiqət həyatdakı qədər təbiidir. Yuxusunda yediyi bir tort hisslərdən ibarət olmasına baxmayaraq qarınını doyurar. Çünki doymaq da bir hissdir. Halbuki, həqiqətdə o anda adam yataqda uzanmış vəziyyətdədir. Ortada nə nərdivan, nə nəqliyyat, nə avtobus, nə tort var. Yuxudakı adam, xarici dünyada qarşılıqları olmayan qəbul və hissləri yaşamaqda və görməkdədir. Yuxuda, "xarici dünya"da heç bir maddi qarşılığı olmayan hadisələrin yaşana, görülə, hiss edilə bilən olması, "xarici dünya"nın tamamilə hisslərdən meydana gəldiyini çox dəqiq şəkildə ortaya qoymaqdadır.

Materialist fəlsəfəni mənimsəyənlər, xüsusilə də Marksistlər, özlərinə bu həqiqət, yəni maddənin əsli izah edildiyində hirslənməkdədirlər. Marksın, Engelsin, Leninin bu mövzudakı səthi və cahilcə məntiqlərindən nümunələr verməkdə, atəşli şərhlər etməkdədirlər.

Halbuki bu kəslər eyni şərhləri yuxularında da edə bildiklərini düşünməlidirlər: Yuxularında da Das Kapitalı oxumaqda, mitinqlərə qatılmaqda, polislə qarşıdurmaya girməkdədirlər, başlarına daş isabət etməkdə və hətta bu yaranın sızısını hiss etməkdədirlər. Yuxularında özlərinə soruşulduğunda, o an gördükləri şeyləri də "mütləq maddə" sanmaqdadırlar. Eynilə oyanıqkən gördükləri şeyləri də "mütləq maddə" sandıqları kimi. Amma, istər yuxuda olsun, istər gündəlik həyatda olsun, gördüklərinin, yaşadıqlarının, hiss etdiklərinin hamısı bir hissdir.

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin