Zamansizliq və QƏDƏr gerçƏYİ



Yüklə 0,93 Mb.
səhifə37/54
tarix25.12.2016
ölçüsü0,93 Mb.
#3084
1   ...   33   34   35   36   37   38   39   40   ...   54
Siz bizim hüzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək-tənha., özü də sizə verdiyimizi (var-dövləti, əhli-əyalı) arxanızda (dünyada) qoyub gəlmisiniz... (Ən'am Surəsi, 94)
Onların hamısı qiyamət günü Onun hüzuruna (tək-tənha) gələcəklər. (Məryəm Surəsi, 95)
Bu ayələrdə izah edilən gerçəyin bir mənası da budur: Maddəni özlərinə ilah edənlər, Allahdan gəlmiş və yenə Ona dönmüşlər. İstəsələr də, istəməsələr də Allaha təslim olmuşlar. İndi hesab gününü gözləməkdədirlər və o gün hamısı tək-tək sorğuya çəkiləcəklər. Hər nə qədər anlamaq istəməsələr də...
Nəticə

Bura qədər izah etdiyimiz mövzu, həyatınız boyunca sizə izah edilmiş ən böyük həqiqətlərdən biridir. Çünki bütün maddi dünyanın həqiqətdə bir "görüntülər bütünü" olduğunu isbat edən bu mövzu, Allahın varlığının və yaradışının qavranmasının, Onun yeganə mütləq varlıq olduğunun başa düşülməsinin açarıdır.

Bu mövzunu anlayan insan, dünyanın, insanların çoxunun sandığı kimi bir yer olmadığını fərqinə varar. Dünya, prospektlərdə məqsədsiz olaraq gəzənlərin, çayxanalarda dava salanların, lüks kafelərdə bir-birlərinə göstəriş edənlərin, mallarıyla öyünənlərin, həyatlarını boş məqsədlərə həsr edənlərin sandığı kimi həqiqətdə var olan, mütləq bir yer deyil. Yalnız hisslər bütünü, bir xəyaldır. Saydığımız insanların hamısı da, bu hissləri zehinlərinin içində seyr edən bir kölgə varlıqdır, amma bunun şüurunda deyildirlər.

Bu mövzu çox əhəmiyyətlidir və Allahı inkar edən materialist fəlsəfəni ən təməlindən çökdürür. Marks, Engels, Lenin kimi materialistlərin bu mövzunu eşitdiklərində çaxnaşmaya qapılmaları, hirslənmələri, yandaşlarını "əsla düşünməyin" deyə xəbərdar etmələri buna görədir. Əslində bu kəslər, hisslərin beyində meydana gəldiyi gerçəyini belə qavraya bilməyəcək qədər böyük bir ağıl çatışmazlığı içindədirlər. Beyinlərinin içində seyr etdikləri dünyanı "xarici dünya" sanmaqda, bunun əksini göstərən açıq-aşkar dəlilləri isə heç cür anlaya bilməməkdədirlər.

Bu qəflət, Allahın inkarçılara vermiş olduğu ağıl əskikliyinin bir nəticəsidir. Çünki Quranda bildirildiyinə görə, inkarçıların "…qəlbləri vardır lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar, gözləri vardır onunla (Allahın möcüzələrini) görməzlər, qulaqları vardır lakin onunla (öyüd nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!" (Ə'raf Surəsi, 179)

Bu nöqtədən daha sonrasını, öz səmimi düşüncənizi istifadə edərək də tapa bilərsiniz. Bunun üçün, diqqətinizi cəmləməniz, ətrafınızdakı cisimləri necə gördüyünüz və onlara necə toxunduğunuz haqqında düşünməniz lazımdır. Əgər diqqətlicə düşünsəniz, görən, eşidən, toxunan, düşünən və bu anda bu kitabı oxuyan ağıllı varlığın, yalnız bir ruh olduğunu və sanki bir növ pərdə üzərində "maddə" deyilən hissləri seyr etdiyini hiss edə bilərsiniz. Bunu qavrayan insan, insanlığın böyük hissəsini aldadan maddi dünya ölçüsündən uzaqlaşıb, həqiqət varlıq ölçüsünə girmiş olar.

Haqqında danışdığımız həqiqət, tarix boyunca bəzi dindarlar ya da fəlsəfəçilər tərəfindən qavranılmışdır. İmam Rəbbani, Muhyiddin Ərəbi, Mövlana Məscid kimi İslam alimləri bu gerçəyi Quranın işarələriylə və ağıl yoluyla tapmışlar. Corc Berkeley kimi bəzi Qərbli fəlsəfəçilər də eyni gerçəyi ağıl yoluyla qavramışlar. İmam Rəbbani, bütün maddi kainatın bir "xəyal və vəhim (hiss)" olduğunu və tək mütləq varlığın da Allah olduğunu Məktubatında belə izah etmişdir:

Allah... yaratdığı varlıqların bədənlərini yoxluqdan başqa bir şey etmədi... Bütün bunları, xəyal və vəhim (hiss) dərəcəsində yaratdı... Aləmin varlığı hiss və vəhim dərəcəsində olub, maddi dərəcədə deyil... Həqiqət mənada çöldə (xarici dünyada) Uca Şəxsdən (Allahdan) başqası yoxdur. (İfadələr Türkcələşdirilmiş izahdan götürülmüşdür. )29

İmam Rəbbani insanın qarşılıqlı əlaqədə olduğu bütün görünüşlərin bir xəyaldan ibarət olduğunu, "çöldə" bir əslinin olmadığını da açıqca ifadə etmişdir:

O mövhum dairə, xəyalda rəsm edilər. O təsvir edildiyi mərtəbədə də görülər. Amma xəyal gözü ilə. Lakin çöldə baş gözü ilə görüldüyü sanılar. Nə var ki, vəziyyət elə deyil. Çöldə onun nə adı vardır nə də izi. Bəli belə bir vəziyyət yoxdur ki, orada görülsün. Aynaya əks olunan bir adamın üzü belə, bu şəkil üzrədir. Çünki onun çöldə bir sabitliyi yoxdur. Əlbəttə onun sabitliyi və görünüşü: Hər ikisi birdən XƏYALDADIR. Ən yaxşı bilən Sübhan Allahdır. (İfadələr Türkcələşdirilmiş izahdan götürülmüşdür. )30

Mövlana Məscid də Quranın işarələri və ağıl yoluyla tapdığı bu heyrət verici gerçəyi "kainatda nə varsa hamısı vəhim və xəyaldır. Ya aynalardakı əkslərdir, ya da kölgələr kimidir" deyərək dilə gətirmişdir.

Ancaq bu gerçəyi qavrayanların sayı tarix boyunca həmişə məhdud qalmışdır. İmam Rəbbani kimi böyük alimlər, bu gerçəyin kütlələrə izah edilməsinin təhlükəli ola biləcəyini, çoxu insanın bunu anlaya bilməyəcəyini yazmışlar.

İçində yaşadığımız çağda isə, söz mövzusu həqiqət, elmin ortaya qoyduğu dəlillərlə açıqlanar hala gəlmişdir. Kainatın bir kölgə varlıq olduğu gerçəyi, dünya tarixində ilk dəfə bu cür konkret, açıq və aydın bir şəkildə izah edilməkdədir.

Bu səbəblə 21-ci əsr, insanların geniş şəkildə İlahi həqiqətləri qavrayacaqları və tək mütləq varlıq olan Allaha hamılıqla yönələcəkləri bir tarixi dönüş nöqtəsi olacaq. 21-ci əsrdə, 19-cu əsrin materialist inancları tarixin zibilliyinə atılacaq, Allahın varlığı və yaradılışı qavranacaq, məkansızlıq, zamansızlıq kimi həqiqətlər aydın olacaq, insanlıq əsrlərdir gözünün önünə çəkilən pərdələrdən, aldatmacalardan və batil inanışlardan xilas olacaq. Bu qaçınılmaz gedişin heç bir kölgə varlıq tərəfindən dayandırılması da mümkün deyil...



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin