Zamansizliq və QƏDƏr gerçƏYİ


Materialistlər Tarixin Ən Böyük Tələsinə Düşmüşlər



Yüklə 0,93 Mb.
səhifə33/54
tarix25.12.2016
ölçüsü0,93 Mb.
#3084
1   ...   29   30   31   32   33   34   35   36   ...   54
Materialistlər Tarixin Ən Böyük Tələsinə Düşmüşlər

Türkiyədəki materialist qismlərdə baş göstərən və burada yalnız bir neçə əlamətinə toxunduğumuz çaxnaşma atmosferi, əslində materialistlərin tarix boyunca qarşılaşmadıqları qədər böyük bir məğlubiyyətlə üz-üzə olduqlarını göstərməkdədir. Maddənin bir hissdən ibarət olduğu gerçəyi, müasir elm tərəfindən isbat edilmişdir və dahası çox açıq, qəti və güclü bir şəkildə ortaya qoyulmaqdadır. Materialistlər kor-koranə inandıqları, bel bağladıqları, güvəndikləri maddi dünyanın, içindəki hər şeylə birlikdə tamamilə yox olduğunu görməkdə və buna qarşı heç bir şey edə bilməməkdədirlər.

İnsanlıq tarixi boyunca materialist düşüncə həmişə var olub və bu kəslər özlərindən və müdafiə etdikləri fəlsəfədən çox əmin bir şəkildə, özlərini yaratmış olan Allaha baş qaldırıblar. Ortaya atdıqları ssenariyə görə maddə əzəli və əbədi idi və bütün bunların bir Yaradıcısı ola bilməzdi. Yalnız qürurlarından ötrü, Allahı rədd edərlərkən var zənn etdikləri maddənin ardına sığındılar. Bu fəlsəfədən elə əmindilər ki, heç bir zaman bunun əksini isbat edəcək bir şərh gətirilə bilməyəcəyini düşünürdülər.

Bax buna görə, maddənin əsli ilə əlaqədar olaraq bu kitabda izah edilən həqiqətlər bu kəsləri böyük bir qarışıqlığa salmışdır. Çünki burada izah edilənlər fəlsəfələrini təməldən yıxıb atmış, üzərində mübahisəyə belə imkan buraxmamışdır. Bütün düşüncələrini, həyatlarını, qürurlarını və inkarlarını üzərinə bina etdikləri maddə, əllərindən bir çırpıda uçub getmişdir. Maddə yoxdur ki, materialism də olsun...

Allahın bir sifəti, inkarçılara tələ qurmasıdır. Quranda "... hiylə qururdular. Allah da (onların bu hiyləsinə qarşı) tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır." (Ənfal Surəsi, 30) ayəsiylə bu həqiqət bildirilər.

Bax Allah, maddəni var zənn etdirərək materialistləri tələyə salmış və tarixdə bənzəri görülməmiş şəkildə kiçiltmişdir. Mallarını, mülklərini, mövqelərini, ünvanlarını, içində olduqları cəmiyyəti, bütün dünyanı və əslində bir xəyaldan ibarət olan hər şeyi var sanmışlar, üstəlik bunlara güvənərək Allaha qarşı böyüklənmişlər. Lovğalanaraq Allaha üsyan etmiş və inkarda irəli getmişlər. Bunları edərkən də güc aldıqları tək şey maddə olmuşdur. Amma elə bir anlayış əskikliyi içinə düşmüşlər ki, Allahın özlərini ətraflı qucaqlayıb əhatə etdiyini heç düşünməmişlər. Allah inkarçıların anlayışsızlıqları nəticəsində düşəcəkləri vəziyyəti Quranda belə xəbər vermişdir:

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin