Zamansizliq və QƏDƏr gerçƏYİ


Sinirləri Paralel Bağlama Nümunəsi



Yüklə 0,93 Mb.
səhifə30/54
tarix25.12.2016
ölçüsü0,93 Mb.
#3084
1   ...   26   27   28   29   30   31   32   33   ...   54
Sinirləri Paralel Bağlama Nümunəsi

Politzerin yol qəzası nümunəsini ələ alaq: Bu qəzada, avtobusun altında əzilən adamın beş duyğu orqanından beyninə gedən sinirlər, bir başqa insanın, məsələn Corc Politzerin beyninə paralel bir əlaqəylə bağlansa, qəzadakı adama avtobus çarpdığı anda, o sırada evində oturmaqda olan Politzerə də avtobus çarpacaq. Daha doğrusu, qəzaya düşən adamın yaşadığı hisslərin hamısını, bir musiqi teybine bağlanan iki ayrı kolondan eyni mahnının dinlənməsinə bənzər şəkildə, Politzer də yaşamağa başlayacaq. Politzer də evində oturduğu halda avtobusun əyləc səsini, avtobusun bədəninə dəyməsini, sınıq qol və axan qan görünüşlərini, sınıq ağrılarını, əməliyyatxanaya aparılışının görünüşlərini, gipsin sərtliyini, qolunun gücsüzlüyünü hiss edəcək, görəcək və yaşayacaq.

Qəzadakı adamın sinirləri neçə adama bağlansa bunların hamısı, eyni Politzer kimi, qəzanı başından sonuna qədər yaşayacaq. Qəzaya düşən adam komaya girsə, hamısı komaya girəcək. Hətta, söz mövzusu yol qəzasına aid hisslərin bütünü bir alətə yazılsa və bu hisslər davamlı başa alınaraq bir başqa adama verilsə, bu adama da dəfələrlə avtobus çarpacaq.

Yaxşı o halda, hansına çarpan avtobus həqiqətdir? Materialist fəlsəfənin bu suala verə biləcəyi ziddiyyətsiz bir cavab yoxdur. Doğru cavab, yol qəzasını hamısının öz zehinlərində bütün detallarıyla yaşadığıdır.

Tort yemə və daşa təpik atma nümunələri üçün də vəziyyət eynidir. Tort yeyincə qarınında tortun şişliyini və toxluğunu hiss edən Engelsin duyğu orqanlarına aid sinirlər paralel olaraq ikinci bir adamın beyninə bağlansa, Engels tort yediyi və doyduğu anda o adam da tort yeyəcək və doyacaq. Daşa təpik atınca ayağı ağrıyan materialist Johnsonun sinirləri paralel olaraq bir başqa adama bağlansa, bu adam da daşa vuracaq və canı ağrıyacaq.

Yaxşı hansı tort və hansı daş həqiqətdir? Materialist fəlsəfə, buna da ziddiyyətsiz bir cavab verə bilməz. Doğru və ziddiyyətsiz cavab budur: Həm Engels həm digər adam tortu öz zehinlərində yeyib doymuşlar. Həm Johnson həm ikinci adam, daşa təpik atış anını öz zehinlərində bütün detallarıyla yaşamışlar.

Yuxarıda Politzerlə əlaqədar olaraq verdiyimiz nümunədə belə bir dəyişiklik edək; evində oturan Politzerin sinirlərini avtobusun çarpdığı adamın beyninə, avtobusun çarpdığı adamın sinirlərini də Politzerin beyninə bağlayaq. Bu vəziyyətdə isə, Politzer əslində evində oturduğu halda özünə avtobus çarpdığını zənn edəcək, avtobusun çarpdığı adam isə qəzanın bütün şiddətinə baxmayaraq, bunu əsla fərq edə bilməyəcək, çünki özünün evdə oturduğunu düşünəcək. Bu məntiq tort yemə və daşa təpik atma nümunələri üçün də düşünülə bilər.

Görüldüyü kimi insanın hisslərini aşması və çölə çıxması mümkün deyil. Bu vəziyyətdə bir insanın ruhuna, bədəni və heç bir maddi varlığı olmadığı halda, ortada maddi bir mühit də olmamasına qarşı hər şey seyr etdirilə biləcək. Belə ki adamın bunu anlaması mümkün deyil, hətta izlətdirilən üç ölçülü mükəmməl görünüşləri həqiqət zənn edib, varlığından da son dərəcə əmin olacaq. Çünki hər insan duyğu orqanlarına hiss etdirilən hisslərdən asılıdır.

İngilis fəlsəfəçi David Hume bu həqiqət üzərindəki düşüncələrini belə ifadə etmişdir:

Çox səmimi olaraq, özüm dediyim şeyə daxil olduğum zaman mən isti ya da soyuğa, işıq ya da kölgəyə, eşq ya da nifrətə, ağrı ya da ləzzətə dair xüsusi bir hissə ya da başqa bir şeyə daim rast gəlirəm. Mən bir qəbul olmadan hər hansı bir zamanda özümü əsla tuta bilmərəm və əsla hissdən başqa bir şeyi müşahidə edə bilməm. 26

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin