Zamansizliq və QƏDƏr gerçƏYİ


Materialistlərin Böyük Qorxusu



Yüklə 0,93 Mb.
səhifə32/54
tarix25.12.2016
ölçüsü0,93 Mb.
#3084
1   ...   28   29   30   31   32   33   34   35   ...   54
Materialistlərin Böyük Qorxusu

Türkiyədəki materialist qismlərin, bu mövzuya, yəni maddənin bir hiss olduğu gerçəyinə bir müddət üçün diqqətə çarpan bir reaksiya gəlmədi. Bu isə, bizdə, bu mövzunun kifayət qədər açıqlanmadığı və daha detallı bir izahata keçilməsi lazım olduğu istiqamətində bir təəssürat doğurmuşdu. Ancaq qısa bir müddət sonra materialistlərin həqiqətdə bu mövzunun gündəmə gətirilməsindən çox böyük bir narahatlıq duyduqları, hətta bundan böyük bir qorxuya qapıldıqları açıq bir şəkildə ortaya çıxdı.

Materialistlər yaşadıqları bu qorxu və çaxnaşmanı, bir müddətdir öz nəşr orqanlarında, konfranslarında, panellərində yüksək səslə ifadə edirlər. İstifadə etdikləri narahat və ümidsiz üsluba baxıldığında, ciddi bir fikri böhran içinə girdikləri aydın olur. Fəlsəfələrinin sözdə təməli olan təkamül nəzəriyyəsinin elmi istiqamətdən çökdürülməsiylə onsuz da ciddi bir şok yaşamağa başlamışlardı. Ancaq, indi Darvinizmdən çox daha əhəmiyyətli bir dayaqlarını, şəxsən maddənin özünü itirməyə başladıqlarını anladılar və çox daha böyük bir şok içindədirlər. Bu mövzunun, özləri baxımından "ən böyük təhlükə" olduğundan, öz "mədəni toxumalarını tamamilə yıxdığından" danışırlar.

Türkiyədəki materialist qismlərin yaşadıqları bu narahatlıq və çaxnaşmanı ən açıq şəkildə ifadə edənlərdən biri, materializmi müdafiə etməyi özünə vəzifə etmiş olan Elm və Utopiya jurnalının yazıçısı və eyni zamanda bir müəllim olan Rennan Pekünlü oldu. Pekünlü, gərək söz mövzusu jurnalda yazdığı yazılarda, gərəksə söz aldığı bəzi panellərdə, Təkamül Aldatmacası kitabını bir nömrəli "təhlükə" olaraq göstərdi. Pekünlü ən çox rahatsızlandıran mövzu isə, kitabın Darvinizmi etibarsız edən hissələrinin də kənarında, əsl olaraq bu anda oxumaqda olduğunuz və Təkamül Aldatmacası adlı kitabda da olan qisim idi. Oxucularına və (olduqca az saydakı) dinləyənlərinə "əsla özünüzü idealizmin bu təlqinlərinə qapdırmayın, materializmə olan sədaqətinizi qoruyun" mesajları verən Pekünlü, özünə dayaq olaraq Rusiyadakı qanlı kommunist inqilabının lideri Vladimir I. Lenini tapmışdı. Leninin bir əsr əvvəl yazdığı Materializm və Ampiryokritisizm adlı kitabı oxumağı hər kəsə nəsihət edən Pekünlünün etdiyi tək şey isə, yenə Leninə aid olan "əsla bu mövzunu düşünməyin, yoxsa materializmi itirərsiniz və özünüzü dinə qapdırarsınız" şəklindəki xəbərdarlıqları təkrarlamaq oldu. Pekünlü, söz mövzusu materialist nəşr orqanında yazdığı bir məqalədə, Lenindən bu sətirləri köçürürdü:

Duyğularımızla qəbul etdiyimiz obyektiv həqiqəti bir dəfə yadırğadınmı, şübhəçiliyə (agnostisizm) və öznəlciliyə (subyektivizmə) sürüşəcəyindən, fideizmə (dini inanca) qarşı istifadə edəcəyin bütün silahları itirərsən; bu da fideizmin istədiyi şeydir. Barmağını qapdırdınmı, əvvəl qolun sonra bütün mənliyin gedər. Duyğuları obyektiv dünyanın bir görünüşü olaraq deyil də, xüsusi bir element olaraq götürdüyündə, digər bir deyişlə materializmdən güzəştə getdiyində, mənliyini fideizme qapdırarsan. Sonra duyğular heç kimin duyğuları olar, ağıl heç kimin ağılı, ruh heç kimin ruhu, istək heç kimin istəyi olar. 27

Bu sətirlər, Leninin böyük bir qorxuyla fərq etdiyi və həm öz başından həm də "yoldaş"larının başlarından silmək istədiyi gerçəyinin, günümüzün materialistlərini də eyni şəkildə narahat etdiyini göstərməkdədir. Amma Pekünlü və digər materialistlər Lenindən daha da böyük bir narahatlıq içindədirlər; çünki bu gerçəyin bundan 100 il əvvəlkinə nisbətən çox daha açıq, qəti və güclü bir şəkildə ortaya qoyulduğunun fərqindədirlər. Bu mövzu, bütün dünya tarixində ilk dəfə bu qədər qarşı qoyula bilməz bir şəkildə izah edilməkdədir.

Amma yenə də bir çox materialist elm adamının "maddənin bir xəyaldan ibarət olduğu" gerçəyini son dərəcə səthi bir dünyagörüşüylə qiymətləndirdiyi aydın olmaqdadır. Çünki burada izah edilən mövzu bir insanın həyatında qarşılaşa biləcəyi ən əhəmiyyətli, ən həyəcan verici mövzulardan biridir. Bu dərəcə təəccüblü bir mövzu ilə daha əvvəl üz-üzə gəlmiş olmaları mümkün deyil. Buna baxmayaraq söz mövzusu elm adamlarının göstərdikləri reaksiyalar ya da danışma və yazılarındakı üslub, son dərəcə dayaz və səthi bir qavrayışa sahib olduqlarını açığa çıxarmaqdadır.

Belə ki bəzi materialistlərin burada izah edilənlərə göstərdikləri reaksiyalar, materializmə olan kor-koranə bağlılıqlarının onlarda bir növ məntiqi təxribat meydana gətirdiyini və bu səbəblə mövzunu anlamaqdan çox uzaq olduqlarını göstərmişdir. Məsələn yenə bir Elm və Utopiya yazıçısı və müəllim olan Alaettin Şenel, eyni Rennan Pekünlü kimi "Darvinizmin çökdürülməsi bir tərəfə, əsl təhlükə bu mövzudur" mesajları vermiş, öz fəlsəfəsinin bir dayağı olmadığını hiss etdiyi üçün də, "elə isə siz izah etdiklərinizi isbat edin" mənasını verən istəklər bildirmişdir. Ancaq əsl maraqlı nöqtə, söz mövzusu yazarın, təhlükə olaraq gördüyü gerçəyi heç cür qavraya bilmədiyini göstərən sətirlər yazmış olmasıdır.

Məsələn Şenel, tamamilə bu mövzunu ələ aldığı bir məqaləsində, xarici dünyanın beynin içində görünüş hesab edildiyini qəbul etmişdir. Amma görünüşlərin maddi qarşılığı olan və olmayan görüntülər olaraq ikiyə ayrıldığını söyləyərək, xarici dünya ilə əlaqədar görünüşlərin maddi qarşılığı olduğunu qarşıya qoymuşdur. Bu iddiasını dəstəkləmək üçün də bir "telefon nümunəsi" vermişdir. Qısaca, "beynimdəki görünüşlərin xarici dünyada qarşılığı olub olmadığını bilmirəm, amma eyni şey telefonla danışdığımda da etibarlıdır; telefonla danışarkən qarşımdakı adamı görə bilmirəm, lakin sonradan üz-üzə danışarkən bu danışmağı doğrulada bilərəm" deyə yazmışdır. 28

Söz mövzusu yazar, bu bənzətmə ilə bunu nəzərdə tutmaqdadır: "Əgər hisslərimizdən şübhələnsək, maddənin əslinə baxıb gerçəyi idarə edə bilərik." Halbuki bu çox açıq bir yanılmadır, çünki bizim maddənin əslinə çatmamız qətiliklə mümkün deyil. Heç bir zaman zehinimizin xaricinə çıxıb "çöldə" nə olduğunu bilmərik. Telefondakı səsin qarşılığı olub olmadığı telefondakı adama təsdiqləndirilə bilər. Amma bu doğrulatma da tamamilə zehində yaşanan bir xəyaldan ibarətdir.

Necə ki, bu kəslər eyni hadisələri yuxularında da yaşayırlar. Məsələn, Şenel yuxusunda da telefonla danışdığını, ardından bunu danışdığı adama təsdiqlətdiyini görə bilər. Və ya Pekünlü yuxusunda da "böyük bir təhlükə"ylə qarşı-qarşıya olduğunu hiss edib, qarşısındakı insanlara Leninin əsrlik əsərlərini tövsiyə edə bilər. Amma, söz mövzusu materialistlər nə edirlərsə etsinlər yaşadıqları hadisələrin, danışdıqları kəslərin bir qəbuldan ibarət olduğu gerçəyini inkar edə bilməzlər.

O halda beyindəki görünüşlərin qarşılığı olub olmadığı kimə təsdiqləndiriləcəkdir? Yenə beyində əmələ gələn kölgə varlıqlaramı? Şübhəsiz materialistlərin beynin xaricinə aid məlumat təmin edə biləcək, təsdiqləmə edə biləcək bir məlumat qaynağı tapması mümkün deyil.

Hər cür qəbulun beyində meydana gəldiyini qəbul etmək, amma istəndiyində bunun "xaricinə" çıxılıb hisslərin həqiqət xarici dünyaya təsdiqləndirilə biləcəyini sanmaq isə, əslində bir insanın anlayış səviyyəsinin məhdud olduğunu, xarab bir məntiq hörgüsü içində düşündüyünü göstərər.

Halbuki burada izah edilən həqiqət, normal anlayış səviyyəsinə və məntiq hörgüsünə sahib bir insan tərəfindən dərhal rahatlıqla aydın ola biləcək bir mövzudur. Ön fikirsiz hər insan, bu izah edilənlər istiqamətində, xarici dünyanın varlığını duyğu orqanları vasitəsilə test edə bilməyəcəyini anlayar. Ancaq görüldüyü qədəriylə materializmə olan kor-koranə bağlılıq, insanların ağıl işlətmə qabiliyyətlərini pozmaqdadır. Buna görə günümüzdəki materialistlər də, maddənin varlığını daşlara təpik ataraq ya da tort yeyərək "isbat etməyə" çalışan başbilənləri kimi, ciddi məntiq pozğunluqları göstərməkdədirlər.

Bunun əslində çaşdırıcı bir vəziyyət də olmadığını ifadə etmək lazımdır. Çünki ağıl edə bilməmək, yəni dünyanı və hadisələri düz bir məntiq hörgüsü içində şərh edə bilməmək, inkarçıların ortaq xüsusiyyətidir. Allah, Quranda inkarçıların "...anlamaz bir tayfa(birlik)..." (Maidə Surəsi, 58) olduqlarını xüsusilə ifadə etməkdədir.


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin