"nə vaxt" və "harada" kimi suallar da mənasız hala gələr. Çünki ortada nə zaman, nə də məkan qalmaz. Məkansızlıq qavrandığı təqdirdə cənnət, cəhənnəm, dünya hamısının əslində eyni yerdə olduğu da aydın olar. Zamansızlıq qavrandığı təqdirdə isə hər şeyin tək bir anda olduğu fərq edilər; heç bir şey üçün gözlənilməz, zaman keçməz, hər şey onsuz da olub, bitmişdir.
Bu sirrin qavranmasıyla birlikdə, dünya inanan insan üçün cənnətə bənzəməyə başlayar. İnsanı sıxan hər növ maddi narahatlıq, sıxıntı və qorxu itər. İnsan, bütün kainatın tək bir Hakiminin olduğunu, Onun bütün maddi dünyanı dilədiyi kimi dəyişdirdiyini və etməsi lazım olan tək şeyin Ona yönəlmək olduğunu qavrayar. Artıq o, Allaha təslim olmuşdur.