İstifadəsi
üzrə təlimat
ZEGİNK
®
kapsul
ZEGINK
®
Tərkibi:
Hər kapsula daxildir:
Ginkgo Biloba ekstraktı.............100 mq
Nootrop, psixomotor stimulyator, anti-hipoksik və antiaqreqant təsir göstərir.
Zegink - beyin qan dövranını yaxşılaşdırır, işemik zonada qan dövranını gücləndirir, energetik prosesləri
sürətləndirir, sinir hüceyrələrinin hipoksiyaya davamlılığını artırır, damarlarda spazmı aradan götürür. Kapillyarların
keçiriciliyini azaldır, mikrosirkulyasıyanı yaxşılaşdırır, qanın reoloji xüsusiyyətlərini normaya salır, tromb əmələ
gəlməni ləngidir, ödemlərin yaranmasının qarşısını alır.
Hüceyrələrdə maddələr mübadiləsini tənzimləyir, qanda xolesterinin miqdarını azaldır.
Göstərişlər:
-
beyin qan dövranı pozğunluqları
- periferik
qan
dövranı pozğunluqları
-
dissirkulyator ensefalopatiyalar (insultdan sonra, travmadan sonra, qocalıqla əlaqədar)
- diqqət
və yaddaş pozğunluğu
- miqren
xəstəliyi
- dağiniq skleroz
-
demensiya, Altsheymer xəstəliyi
- neyrosensor
pozğunluqlar (başgicəllənmə, qulaqlarda küy)
- impotensiya
- ateroskleroz
-
diabetik retinopatiya və nevropatiyalar
- torlu
qişanin sari ləkəsinin degenerasiyasi
-
aşaği ətraflarda arteriyopatiyalar, Reyno sindromu.
Əks göstəriş: Həssaslıq.
Əlavə təsiri: Müşahidə olunmamışdır.
Dozalanma: 1 kapsuldan gündə 2 dəfə yemək vaxtı və yeməkdən sonra.
Buraxılış forması: 60 kapsul.
Saxlanma şəraiti: Quru, qaranlıq və sərin yerdə saxlanılmalıdır.
İstehsalçı:
ZeinPharma Germany GmbH
D-64569 Nauheim
www.zeinpharma.com