ZəLİmxan yaqub seçİLMİŞ



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə68/94
tarix20.07.2023
ölçüsü1,5 Mb.
#136888
1   ...   64   65   66   67   68   69   70   71   ...   94
Zelimxan Yaqub-Seirler-2022

HAQQI AXTARA-AXTARA
Haqqı axtaranlar gəlsin yanıma,
Haqqın, ədalətin əsasıyam mən.
Məkkə, Mədinədi ziyarətimiz,
O zəmzəm suyunun kasasıyam mən.
Oruc Əlizadə
Üz tutduq gələn sabaha,
Haqqı axtara-axtara.
Əl açdıq qadir Allaha,
Haqqı axtara-axtara.


___________________Milli Kitabxana__________________
183
Dəmir əsalar əyildi,
Dəmir çarıqlar yeyildi.
Kimi döydü, kim döyüldü,
Haqqı axtara-axtara.
Əzildik, quma çevrildik,
Yumşaldıq, muma çevrildik.
Əkildik, şuma çevrildik
Haqqı axtara-axtara.
Kimi oğru, kimi doğru,
Daşıdıq dərd, çəkdik ağrı.
Haqq deyənin yandı bağrı,
Haqqı axtara-axtara.
Dəvələr itdi səhrada,
Gəmilər batdı dəryada.
Könüllər gəldi fəryada
Haqqı axtara-axtara.
Süzüldük eşqin camına,
Yağ olduq yanan şamına.
Döndük Allah adamına,
Haqqı axtara-axtara.
Sel tökülür çaya doğru,
Çay axır dəryaya doğru,
Dəniz baxır Aya doğru,
Haqqı axtara-axtara.
Zirvələr boylanır göyə,
Bəlkə haqqı gördüm deyə.
Qamışlar da döndü neyə,
Haqqı axtara-axtara.
Çox yolçular dizdən oldu,
Dağdan oldu, düzdən oldu.
Çox gözlülər gözdən oldu
Haqqı axtara-axtara.


___________________Milli Kitabxana__________________
184
Var olan yoxa çəkildi,
Dağ uçdu, arxa çəkildi,
İsa çarmıxa çəkildi
Haqqı axtara-axtara.
Nəfəs dərdik, cana gəldik,
Dolduq, ətə-qana gəldik,
İncilə, Qurana gəldik
Haqqı axtara-axtara.
Baxmadı xərcə-xəraca,
Hac deyənlər getdi haca.
Məhəmməd çıxdı meraca
Haqqı axtara-axtara.
Əqidə, məslək tacımız,
"Ənəlhəq"dir əlacımız.
Öldü Mənsur Həllacımız
Haqqı axtara-axtara.
Çox qayalar çapasıyıq,
Çox qalalar yapasıyıq.
Axır bir gün tapasıyıq
Haqqı axtara-axtara.
Çaldı zili, çaldı bəmi,
İnsan oğlu çəkdi qəmi.
Qocalırıq, Oruc əmi,
Haqqı axtara-axtara.
KİM NƏ BİLƏRDİ
Kim nə bilərdi ki, mən adda mən var,
Toxumtək torpaqdan cücərməsəydim.
Özüm bağban olub arzularıma,
Bağımı vaxtında becərməsəydim.
Sazımla, sözümlə, şeriyyətimlə,
Zəlimxan olmağı bacarmasaydım.


___________________Milli Kitabxana__________________
185
GƏNC ŞAİRƏ
Girmə bu meydana soyuq ürəklə,
Köhnə dəmir kimi qızırsansa, gəl.
Qarşını kəssə də qayalı dağlar,
Qayadan damlatək sızırsansa, gəl.
Beşik böyüdəcək bələk deyəni,
Fələkdən üstün də fələk deyəni.
Tanrı buyuranı, mələk deyəni,
Peyğəmbər dilində yazırsansa, gəl!
İşıqsız, ilhamsız bir ömür hədər,
Sevgilin düşüncə, sirdaşın kədər.
Son dəfə çəkdiyin nəfəsə qədər,
Fikir əzabına hazırsansa, gəl!
9 iyul 2004
ALLAH VƏ ŞAİR
Səhərə lap az qalıb,
Saat dördə işləyir.
Bir-birinə güc verib,
Dərd ürəyə işləyir,
Ürək dərdə işləyir.
Çəkib aparmaq üçün
Daş yükünü dünyanın,
Allah göydə çalışır,
Şair yerdə işləyir.
28 yanvar 2005


___________________Milli Kitabxana__________________
186

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin