ZəLİmxan yaqub seçİLMİŞ



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə12/94
tarix20.07.2023
ölçüsü1,5 Mb.
#136888
1   ...   8   9   10   11   12   13   14   15   ...   94
Zelimxan Yaqub-Seirler-2022

DƏLİ OLMAĞIMA
BİR ADDIM QALIB
Bilmirəm heç nəyi, lələ, bilmirəm,
Mən kiməm, nəçiyəm, hələ bilmirəm.
Getmişəm, özümə gələ bilmirəm,
Dəli olmağıma bir addım qalıb.
Ömrümün bu yaşda nağılına bax,
Nağılda, ay Allah, nağıl, ona bax!
Ağılsız eşqimin ağılına bax,
Dəli olmağıma bir addım qalıb.
Əl açar, sevginin əli utanmaz,
Xırmanı iş görər, vəli utanmaz.
Yiyəsi utanar, dəli utanmaz,
Dəli olmağıma bir addım qalıb.
Bilmirəm, heç neçə yaşındayam mən,
Eşqin iştahında, aşındayam mən.
Uçrumun, yarğanın qaşındayam mən,
Dəli olmağıma bir addım qalıb.
İşarə yıxacaq, him aparacaq,
Əlimi saz yeyib, sim aparacaq.
Məni evimizə kim aparacaq?
Dəli olmağıma bir addım qalıb.
Məcnun dərs oxuyub - kitabı Leyli,
Məcnun sərxoş olub - şərabı Leyli,
Məcnun dərdə düşüb - əzabı Leyli,
Dəli olmağıma bir addım qalıb.
Gülməsin bu halda məni görənlər,
Tər çiçək nədirsə, bilir dərənlər.
Ayılın, ay mənə ağıl verənlər,
Dəli olmağıma bir addım qalıb.


___________________Milli Kitabxana__________________
32
Görüş sevincindi, həsrət ahındı,
Sevənlər sevgili bir dərgahındı.
Zəlimxan, mən kiməm, hökm Allahındı,
Dəli olmağıma bir addım qalıb.
BU AXŞAMI SƏN GƏTİRDİN
Ömrümüzün səhərləri, axşamları çox,
Çiçək-çiçək ulduzları, ağ şamları çox.
Axşamlara işıq verən adamları çox,
Bu axşamı sən gətirdin mənim ömrümə.
Bara döndü, budaqları əydi bu axşam,
Min səhərin ləzzətinə dəydi bu axşam.
Bir gözələ könül vermiş bəydi bu axşam,
Bu axşamı sən gətirdin mənim ömrümə.
An qonar, çiçəklərin şəhdini əmər,
Bahar adlı fəslə çatar muştuluq, nəmər.
Barmağında üzük oldum, belində kəmər
Bu axşamı sən gətirdin mənim ömrümə.
Qara saçlar, qara tellər, qara hörüklər,
Bir dəmirçi kürəsitək qəlbi körüklər.
Qəlbə hopar, qana keçər, cana yeriklər
Bu axşamı sen gətirdin mənim ömrümə.
Suyu duru, havası saf, çeşməsi sərin,
Sözü şəkər, söhbəti bal, sevgisi dərin.
Kölgəsinə sığınmışıq gözəlliklərin,
Bu axşamı sən gətirdin mənim ömrümə.
At oxunu, qaşlarının yayı çox olsun,
Səni verən yaradanın payı çox olsun,
Belə-belə axşamların sayı çox olsun,
Bu axşamı sən gətirdin mənim ömrümə.


___________________Milli Kitabxana__________________
33

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin