ZəLİmxan yaqub seçİLMİŞ



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə15/94
tarix20.07.2023
ölçüsü1,5 Mb.
#136888
1   ...   11   12   13   14   15   16   17   18   ...   94
Zelimxan Yaqub-Seirler-2022

GƏLMİŞƏM, QOYNUNDA
SIĞINACAQ VER
Əzizim sinə, sinə
Çən gəlir sinə-sinə.
Aləmə sığmaz başım
Sığıbdı sinəsinə.
Peşmandı gülləri dərdirən, dərən,
Peşmandı qurudan, peşmandı sərən.
Ömür parça-parşça, gün pərən-pərən,
Nursuz gözlərimə nurlu çıraq ver,
Gəlmişəm, qoynunda sığınacaq ver!
Qorlanıb varlığım, odlanıb içini,
Sənsiz mən haranı bəyənim, seçim?
Ürəklə doldurum, doyunca içim,
Qaynar baxışlardan sərin bulaq ver,
Gəlmişəm, qoynunda sığınacaq ver!
Qış meydan suladı, ağır gəldi yaz,
Kədərim dərindi, sevincim dayaz.
Köməşən əlimi qızdırım bir az,
Üşüyən qəlbimə od ver, ocaq ver,
Gəlmişəm, qoynunda sığınacaq ver!
Qalmaz bir nəsildə, bir soyda dünya,
Gah yasda keçinər, gah toyda dünya.


___________________Milli Kitabxana__________________
38
Nəyimə lazımdı bu boyda dünya?
Başımı qoymağa künc ver, bucaq ver,
Gəlmişəm, qoynunda sığınacaq ver!
Sevgidir həyatda hər şeydən baha,
Sevənlər üzünü tutar Allaha.
Heç nə istəmirəm dünyadan daha,
Ürək ver, könül ver, dil ver, dodaq ver,
Gəlmişəm, qoynunda sığınacaq ver!
GEDİRƏM BİR QƏLBİ SEVİNDİRMƏYƏ
Çəməndə çiçəyəm, sünbüldə dənəm,
Sevgidə, sevincdə dağlara tənəm.
Dünyanın ən xoşbəxt adamı mənəm,
Gedirəm bir qəlbi sevindirməyə.
İçimdə işıq var, ulduz var, Ay var,
Ruhumda çağlayan bir dəli çay var.
Könlümdə Allahın verdiyi pay var,
Gedirəm bir qəlbi sevindirməyə.
Nə həsrət, nə də ki qəm aparıram,
Nə də kipriyimdə nəm aparıram.
Quşam, dimdiyimdə yem aparıram,
Gedirəm bir qəlbi sevindirməyə.
Ay sevinc aparan, ayaqyalın qaç,
Ümid gözləyənin qapısını aç.
Dərdə dərman olub, ağrıya əlac,
Gedirəm bir qəlbi sevindirməyə.
Ucaldıb başları, uca gedirəm,
Düşsəm də zəhmətə, borca, gedirəm.
Elə bil Kəbəyə, Haca gedirəm,
Gedirəm bir qəlbi sevindirməyə.


___________________Milli Kitabxana__________________
39
Hər könül bir dünya, bir Kainatdı,
Gedirəm dünyanı sevindirməyə,
Gedirəm həyatı sevindirməyə.
Gedirəm sevgiyə könül bağlayan
Bütün Kainatı sevindirməyə!

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin