ZəLİmxan yaqub seçİLMİŞ



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə22/94
tarix20.07.2023
ölçüsü1,5 Mb.
#136888
1   ...   18   19   20   21   22   23   24   25   ...   94
Zelimxan Yaqub-Seirler-2022

GƏLMİŞƏM MƏN
SƏNİN ZİYARƏTİNƏ
Udduğum havaynan, içdiyim suynan,
Dəli bir ümidnən, şirin arzuynan
Gəlmişəm mən sənin ziyarətinə.
Qoşa qanad kimi qollarını aç,
Dərdimə dərman ol, ağrıma əlac,
Gəlmişəm mən sənin ziyarətinə.


___________________Milli Kitabxana__________________
53
Bütün məbədlərdən səni baş bilib,
Kəbənin köksündə qara daş bilib,
Gəlmişəm mən sənin ziyarətinə.
Sevginlə könlümü, gəl, qarət eylə,
Bir möcüzə göstər, bir qeyrət eylə.
İlahi sovqatı təbəssümünlə
Məni də bir parça ziyarət eylə,
Gəlmişəm mən sənin ziyarətinə.
MƏNƏ XOŞGƏLDİN DE,
ƏLVİDA DEMƏ
Elə ki taleyin üzünə güldü,
Daha dad qılmasın göz ayrılıqdan.
Görüşlər dalınca görüşlər gələr,
Düşməz ortalığa söz ayrılıqdan.
"Sevirəm" – deyənin sevgisi haqsa,
Qəm yemə bu yolda göz yaşın axsa.
Sonu bir bayrama qovuşacaqsa,
Nə usan, nə də ki, bez ayrılıqdan.
Üz vermə həsrətə, nə danış, nə din,
Boylanmaq zülümdü, gözləmək çətin.
Əlim ətəyində qalıb həsrətin,
Sən allah, əlimi üz ayrılıqdan.
Şirin bir qismət ol qismətdən kəmə,
Qənim ol yolunda çəkdiyim qəmə.
Mənə xoşgəldin de, əlvida demə,
Bir görüş yaxşıdır yüz ayrılıqdan.


___________________Milli Kitabxana__________________
54
SEVMƏ MƏNİ,
SƏN ALLAHI SEVƏRSƏN
Ulduzu sev, işıq olsun beyninə,
Buludu sev, paltar olsun əyninə.
Torpağı sev, alsın səni qoynuna,
Sevmə məni, sən Allahı sevərsən.
Qalxan olmaz, qılınc olar bu sevgi,
Qazanc olmaz, qaxınc olar bu sevgi.
Qılınc qədər qorxunc olar bu sevgi,
Sevmə məni, sən Allahı sevərsən.
Dağa haray, daşa səda salarsan,
Qanım gedər, bir qan-qada salarsan.
Sən bir odsan, məni oda salarsan,
Sevmə məni, sən Allahı sevərsən.
Ağrı sənəm, aman sənəm, ah sənəm,
Canımda od, yanağımda şeh sənəm.
Qərib üçün nələr çəkdi Şahsənəm,
Sevmə məni, sən Allahı sevərsən.
Yuxular var, yuxularda buta var,
Kərəmlərə tilsim quran ata var.
Mən bilirəm, bu sevgidə xata var,
Sevmə məni, sən Allahı sevərsən.
İşığım yox, otağınca, evincə,
Dönəmmərəm gözlədiyin sevincə.
Allahı sev, gəlib məni sevincə,
Sevmə məni, sən Allahı sevərsən.


___________________Milli Kitabxana__________________
55

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin