ZəLİmxan yaqub seçİLMİŞ


ŞEYXİM MƏNİM, ŞAHIM MƏNİM



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə54/94
tarix20.07.2023
ölçüsü1,5 Mb.
#136888
1   ...   50   51   52   53   54   55   56   57   ...   94
Zelimxan Yaqub-Seirler-2022

ŞEYXİM MƏNİM, ŞAHIM MƏNİM,
ŞAİRİM MƏNİM
Ərdəbildə Şeyx Səfi türbəsində Şah İsmayıl
Xətainin məzarı başında düşüncələr
Qızıl baxtım, qızıl taxtım, qızıl tacım, hey,
Həm uğurum, həm qüsurum, ağrım-acım, hey,
Bu günümdə çoxdu sənə ehtiyacım, hey,
ŞEYXİM mənim,
ŞAHIM mənim,
ŞAİRİM mənim!
Əldən çıxdı, fürsət mənim, çəm mənim deyil,
Göyçə yoxsa, necə deyim, qəm mənim deyil,
Təbriz, Dərbənd həm mənimdi, həm mənim deyil,
ŞEYXİM mənim,
ŞAHIM mənim,
ŞAİRİM mənim!
İblis yenə fitnəsində, şeytan şərində,
Ağrı canda, nisgil gözdə, yara dərində.


___________________Milli Kitabxana__________________
138
Tağım uçdu, belim sındı Xudafərində,
ŞEYXİM mənim,
ŞAHIM mənim,
ŞAİRİM mənim!
Ömrümüzü közə tutub, oda verdilər,
Özümüzü özgolərə qida verdilər.
Novolorin Borçalını yada verdilər,
ŞEYXİM mənim,
ŞAIIIM mənim,
ŞAİRİM mənim!
Yerevana döndərdilər Rəvanımızı,
Sarsıtdılar qocamızı, cavanımızı.
Səndən sonra düşmən qurdu divanımızı,
ŞEYXİM mənim,
ŞAHIM mənim,
ŞAİRİM mənim!
Allah bizə rursət verdi, ağıl vermədi,
Allah bizə övlad verdi, oğul vermədi.
Allah bizə əvvəl verdi, axır vermədi,
ŞEYXİM mənim,
ŞAHIM mənim,
ŞAİRİM mənim!
Taleyimiz qapaz görüb, şillədən keçib,
Mərd kişilər başdan keçib, kəllədən keçib.
Ulu şeyxlər, şah oğullar güllədən keçib,
ŞEYXİM mənim,
ŞAHIM mənim,
ŞAİRİM mənim!
Qollarınla torpağıma sarıl, gəl, babam,
Oxa çevril, kaman kimi gəril, gəl, babam,
Dirilt bizi, yaşat bizi, diril, gəl, babam,
ŞEYXİM mənim,
ŞAHIM mənim,
ŞAİRİM mənim!


___________________Milli Kitabxana__________________
139
Çaldıranda yaralanmış şahıma qurban,
Bu yaradan tüstülənən ahıma qurban.
Tarixdəki on üç yaşlı dahimə qurban,
ŞEYXİM mənim,
ŞAHIM mənim,
ŞAİRİM mənim!
Ərdəbil, avqust 1992

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin