ZəLİmxan yaqub seçİLMİŞ



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə57/94
tarix20.07.2023
ölçüsü1,5 Mb.
#136888
1   ...   53   54   55   56   57   58   59   60   ...   94
Zelimxan Yaqub-Seirler-2022

ƏLƏSGƏR OCAĞINDA
OXUNAN NƏGMƏLƏR
I
Ən müqəddəs bir istəyə can verib,
Sazın, sözün ocağına gəlmişəm.
Bir anadı, qollarını gen açıb,
Bala kimi qucağına gəlmişəm.


___________________Milli Kitabxana__________________
146
Könül verdim bir günəşli səhərə,
Dan atmamış hazırlaşdım səfərə.
Neçə gündü vida deyib şəhərə,
Bir ustadın oylağına gəlmişəm.
Belə həvəs görməmişəm yaşımda,
Çiçək açıb torpağım da, daşım da.
"Göyçəgülü" havası var başımda,
O havanın sorağına gəlmişəm.
Söz bəzədi sarayını, taxtını,
Söz güldürdü taleyini, baxtını.
Görəmmədim Ələsgərli vaxtını,
Bu vaxtına, bu çağına gəlmişəm.
Qovrulmuşam harayında, ünündə,
Olmamışam ən gərəkli günündə.
Dayanmışam bir məzarın önündə,
Səcdə üçün ayağına gəlmişəm.
Havasında zil olmağa dəyərmiş,
Bağçasında gül olmağa dəyərmiş,
Atəşində kül olmağa dəyərmiş,
Pərvanəyəm, çırağına gəlmişəm.
Gənclik eşqi həvəsimi bol verib,
Uçmaq üçün qanad vürib, qol verib.
Qarlı dağlar sinəsindən yol verib,
Qədim Göyçə torpağına gəlmişəm.
II
Unudulmaz el bəzəyi, el oğlu,
Hər gün onu saz dinlədi, saz andı.
Yaratdığı gəraylıda, qoşmada,
Yüz il, min il şair ömrü uzandı.


___________________Milli Kitabxana__________________
147
Var oynayan, dümbək çalan, var aşıq,
Ustad aşıq hər məclisə yaraşıq.
Saz əhlinə, söz əhlinə yar aşıq
Müqəddəsdi, ağsaqqaldı, ozandı.
Ömür verib divarına, daşına,
Yaş artırıb sözümüzün yaşına.
Nanəcibin, müxənnəlin başına
Sözü var ki, bircə qaynar qazandı.
El zərgərdi, zəri seçdi, bəyəndi,
Eldən gəlsə, şöhrət göyə dəyəndi.
Dedilər ki, sinəsindən deyəndi,
Demədilər, hecalayıb yazandı.
Nə Kərəmtək yaş axıdıb ağlayan,
Nə Məcnuntək ürəkləri dağlayan,
Yeri gəlsə, çaylar kimi çağlayan,
Yeri gəlsə, nərə dönüb qızandı.
Qonaq oldu hər yurda, hər oymağa,
Tərif dedi Güləndama, Qaymağa.
Sənətində balı qatdı qaymağa,
Haqq aşığı əbədiyyət qazandı!
III
Gəzdim yay günündə, yay axşamında,
Oldum taleyindən halı Göyçənin.
Təzədən gül açdı daşı, torpağı,
Sevindi yamacı, yalı Göyçənin.
Laylası çalındı, şeri oxundu,
Ellərin yanında dərdi yox indi.
Cinas ilmələndi, təcnis toxundu,
Süzüldü dodaqdan balı Göyçənin.


___________________Milli Kitabxana__________________
148
Duydum Ağkilsəni, tanıdım Zodu,
Gözümü doldurdu könlümün odu.
Qurumaz çeşmədi, bulanmaz sudu,
Tükənməz yaşılı, alı Göyçənin.
Bir dəstə çiçəkdə yeddi rəngə bax,
Suların səsində xoş ahəngə bax.
Ustadı xatırla, Qızılvəngə bax,
Şöhrəti Alıdı, Alı Göyçənin.
Sevən sevgisindən düşdü aralı,
Ovçular ağlatdı neçə maralı.
İman itkin oldu, Nəcəf yaralı,
Pozuldu bir zaman halı Göyçənin.
İllərin zəhməti getmədi zaya,
Döndü yavaş-yavaş bulaqlar çaya.
Dədə Ələsgəri verdi dünyaya,
Gətirdi naxışı, xalı Göyçənin.
Zəlimxan, bu yeri qarış-qarış gəz,
Bir də bu günlərə tapılmaz əvəz.
Bir gün şirinliyi azala bilməz,
Yüz il kəsilməsə balı Göyçənin.

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin