ZəLİmxan yaqub seçİLMİŞ



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə58/94
tarix20.07.2023
ölçüsü1,5 Mb.
#136888
1   ...   54   55   56   57   58   59   60   61   ...   94
Zelimxan Yaqub-Seirler-2022

SƏNƏ BAĞLI XATİRƏLƏR
Səməd Vurğun haqqında xatirə
kitablarını oxuyarkən
Əlli ildə əlli ömrü
Yaşamağı bir heyrətmiş.
Əfsanəyə oxşasa da,
Deyilənlər həqiqətmiş.
Duyan bilər bu böyüklük
Nə hünərmiş, nə qeyrətmiş.


___________________Milli Kitabxana__________________
149
Zaman-zaman nəsillərin
Ürəyinə işıq çilər,
Sənə bağlı xatirələr!
Körpəliyin qəm üstündə
Köklənən bir telli sazdı.
Cavanlığın havalanmış
Dəli Kürdü, xan Arazdı.
Qocalığın, şeriyyətin
Gözlərində gülən yazdı.
"Nələr deyir bizə, nələr!"
Sənə bağlı xatirələr!
Əsil oğlu sən olmusan
Ən müqəddəs duyğuların.
Neçə tale çiçəklənib –
Gül açanda qayğıların.
Baxışların ocaq çatıb
Ortasında buzun, qarın.
Başımızdan çiçək kimi,
Hörmət səpər, xətir ələr
Sənə bağlı xatirələr!
Ağır yeriş, mətin addım,
Dalğalı saç, qaynar baxış,
Açılanda aydın səma,
Tutulanda - leysan yağış.
Görənlərin yaddaşında –
Zərli yazı, qızıl naxış.
Bu torpağın hər daşında
Səsə düşər, dilə gələr,
Sənə bağlı xatirələr!
Arxan ilə gəzmədiyi
Nə dağ qaldı, nə də binə.
Ölüm fürsət yoxsultək?
Səni gəzdi sinə-sinə.
Quzu kimi qaldı mələr,
Sənə bağlı xatirələr!


___________________Milli Kitabxana__________________
150
Gur məclislər keçirələr,
Bir-birindən qəşəng ola,
Hər məclisin yaraşığı
Xatirədən çələng ola,
Hər söhbətin dünyasında
Könül açan min rəng ola,
Süfrəmizə dürlü-dürlü
Min bir nemət gətirələr,
Hamısından şirin olar,
Sənə bağlı xatirələr!
KƏLBƏCƏRDƏ OXUNAN NƏĞMƏLƏR
I
Deyirlər, doxsanı qoyub arxada,
Yüzdə də qıymasın vədə Şəmşirə!
Şimşəklər oynaşır dağlar başında,
İldırım vurmasın zədə Şəmşirə!
Ən cavan ustaddır, ən qədim ozan,
Bu ulu şərəfə neyləyər xəzan.
Çox döymə döşünə, ay şeir yazan,
Yeri, öz borcunu ödə Şəmşirə!
Şerində, dilində sözün xası var,
Hər şair qəlbində bir qalası var.
Onun Zəlimxantək yüz balası var,
Çatdırar özünü DƏDƏ ŞƏMŞİRƏ!
II
Bu yerlərdə kağız gərək olmadı,
Hər gədiyə, qaşa yazdım şerimi.


___________________Milli Kitabxana__________________
151
Cəhcəhini eşidəndə kəkliyin,
Bir xınalı daşa yazdım şerimi.
Qələm çəkdi qəmə-dərdə gözəllər,
Çaldı məni pərdə-pərdə gözəllər.
Seyrə çıxdı Kəlbəcərdə gözəllər,
Gözə baxdım, qaşa yazdım şerimi.
Heç qoymadım dərd üstümə şəklənə,
Can ağrıyla, könül qəmlə yüklənə.
Vay o gündən şair ömrü təklənə,
Şəmşir ilə qoşa yazdım şerimi.
III
Kəlbəcər dağları, salamat qalın,
Meylimi düzlərə salıb gedirəm.
Zirvələr önündə əyib başımı,
Dərin bir xəyala dalıb gedirəm.
Dünya yarıtmadı məni payından,
Nə ilindən doydum, nə də ayından.
Ceyran bulağından, Tərtər çayından,
Vurğunun ətrini alıb gedirəm.
Zəlimxan, alışıb yanmaqdır peşəm,
Gərək Fərhad olub qayalar deşəm.
Qurban ocağında közə dönmüşəm,
Şəmşirin sazını çalıb gedirəm!
IV
Təbiətin ürəyindən od aldı
Həm Fərhadı, həm Şirini dağların.
Sinəsində enər, qalxar avazlar,
Zil şöhrəti, bəm şirini dağların.


___________________Milli Kitabxana__________________
152
Bulağı var, gözlərimdə dənizdi,
Çiçəyi var, bir solmayan bənizdi.
Mənə iki gözüm qədər əzizdi
Həm acısı, həm şirini dağların.
Nə yorular, nə bu yoldan bezərəm,
Ömrü-günü nəğmələrlə bəzərəm.
Ana yurdu Vurğun deyib gəzərəm,
Unutmaram Şəmşirini dağların!
V
Qartallar itirir qarlı zirvələr,
Dağ həsrət çəkəndə düzə dərd olur.
Ürəklər üşüyür od azalanda,
Külün çoxalmağı közə dərd olur.
Gədələr su tökür gur ocaqlara,
Bu da ağır gəlir, bizə dərd olur,
Dədələr azalır, ay Dədə Şəmşir!
Nərə Koroğluyla gedir dünyadan,
Kişnərti Qıratla bitir deyəsən.
Eyvazı seyrəlir çənlibellərin,
Həmzəsi cücərir, bitir deyəsən.
Yol var, yoxa çıxar gedən ucundan,
İz var, birdəfəlik itir deyəsən.
Dədələr azalır, ay Dədə Şəmşir!
Kəmər də qurşayır, papaq da qoyur,
Papaq da on dəfə başından baha.
Dünəni, keçmişi bilməyən aşıq
Görəsən, nə üzlə gedir sabaha?
Dayazlar o qədər artır, çoxalır,
Dərinlər meydanda görünmür daha.
Dədələr azalır, ay Dədə Şəmşir!
Hünər göstərənə kim ad verəcək,
Bir də yetirməsə vədə Qorqudu.


___________________Milli Kitabxana__________________
153
Ağsaqqal qədrini ağsaqqal bilər,
Başa tac bilərmi gədə, Qorqudu?
Bəlkə əlac tapa bəd əməllərə,
Sən özün danışdır Dədə Qorqudu.
Dədələr azalır, ay Dədə Şəmşir!
Kəlbəcər Qurbanı bir də yetirməz,
Qızılvəng elindən Alı gedibdi.
Axşamdan sabaha çəkən məclisin
Şərbəti azalıb, balı gedibdi.
Ələsgər köçəli qoca dünyadan,
Söhbətin naxışı, xalı gedibdi.
Dədələr azalır, ay Dədə Şəmşir!
Əlliyə çatmamış Vurğunum gedib,
Otuz beş yaşında Cəfərim mənim.
Yormaq istəmişəm uzun yolları,
Üzümə gülməyib səfərim mənim.
Omür uzatmağa, qanad verməyə
Çatmır cəsarətim, hünərim mənim.
Dədələr azalır, ay Dədə Şəmşir!
Hər gün bayram olmur dərd yalqız qala,
Ömrün yollarında ağrı, acı var.
Qayğısız kim çatar ucalıqlara,
Yaxşı ki həyatda ana-bacı var.
Nəvələr nə qədər şöhrət tapsa da,
Ulu babalara ehtiyacı var.
Dədələr azalır, ay Dədə Şəmşir!
VI
Neçə dəfə görüşünə gəlmişəm,
Güzarına qurban olum ustadın.
Gülüşündə qız isməti varıydı,
Qız arına qurban olum, ustadın.


___________________Milli Kitabxana__________________
154
Yaman üçün oxtək atdı sözünü,
Yaxşı üçün bala qatdı sözünü.
Baha aldı, baha satdı sözünü,
Bazarına qurban olum ustadın.
Öyrənərdim hər kitabı, hər dini
Yaşadardım ozanların mərdini.
Tapa bilsəm daşıyardım dərdini,
Azarına qurban olum ustadın.
Haqq evində bir günahsız körpədi,
Ayrılığı elə ağır zərbədi.
Gözlərimdə bir müqəddəs türbədi
Məzarına qurban olum ustadın.

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin