ZəLİmxan yaqub seçİLMİŞ


SƏNİ MƏNDƏN SORUŞURLAR, AY QAĞA



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə60/94
tarix20.07.2023
ölçüsü1,5 Mb.
#136888
1   ...   56   57   58   59   60   61   62   63   ...   94
Zelimxan Yaqub-Seirler-2022

SƏNİ MƏNDƏN
SORUŞURLAR, AY QAĞA
Xatirələr dindirəndi, dinəndi,
Hər nə varsa, xatirəyə dönəndi.
Şair ömrü ölümləri yenəndi,
Gözlərimdən heç getmirsən uzağa,
Səni məndən soruşurlar, ay qağa!
Ağacların albalısı, alçası,
Yaylaqların yaşıl çəmən xalçası,
Bulaqların lilpar adlı dolçası,
Həsrət ilə baxıb dosta, qonağa,
Səni məndən soruşurlar, ay qağa!
Qatarlanıb durna gəlir yanıma,
Cərgələnib sona gəlir yanıma.


___________________Milli Kitabxana__________________
157
Oğul dərdli ana gəlir yanıma,
Səndən ötrü düşüb səsə, sorağa
Səni məndən soruşurlar, ay qağa!
Çiçək dərən qız-gəlinə bir də bax,
Buz üstündə dağ kəlinə bir də bax.
Gözəlliyin heykəlinə bir də bax,
Cüyür enir, ceyran gəlir bulağa,
Səni məndən soruşurlar, ay qağa!
Qartaldımı qayalara ün salan,
Həsrətdimi saçlarıma dən salan,
Əcəldimi səni məndən gen salan,
Bülbül ötür, qumru qonur budağa –
Səni məndən soruşurlar, ay qağa!
Sızıldasa, arı şanım neyləsin,
Dərdi dərdə qarışanım neyləsin.
Neçə könlü pərişanım neyləsin,
Gözəllərin yaşı axır yanağa –
Səni məndən soruşurlar, ay qağa!
Yazılmayan varaqların ağ qalıb,
Şükür haqqa, yazdıqların sağ qalıb,
Mən nə deyim bu bağçaya, bu bağa?
Mən nə deyim oxunmamış kitaba?
Mən nə deyim yazılmamış varağa?
Səni məndən soruşurlar, ay qağa!
Dağda qarım, sünbülümdə dənimsən,
Hər dərdimə, həsrətimə qənimsən.
El bilir ki, sən hər zaman mənimsən,
Baş əyirəm uyuduğun torpağa.
Məni səndən ayrı salmaq çətindir,
Səni məndən soruşurlar, ay qağa!


___________________Milli Kitabxana__________________
158
MƏMMƏD ARAZ İŞIĞI
Dostum Mikayıl Mirzə ilə birlikdə sevimli xalq şairimiz Məmməd Arazın
Novruz bayramını təbrik etmək üçün ustadın evinə ziyarətə getmişdik. Eyvanın
işığı yanmırdı, elə bildik, evdə yoxdular. Qapını döydük Bizi şairin ömür- gün
yoldaşı Gülxanım bacı qarşıladı. İşıqları yandırdı. İçəridə Məmməd Araz işığı ilə
qarşılaşdıq.
Yandır işığını Məmməd Arazın,
Yandır işığını, Gülxanım bacı!
Ürəyə köçürün, yaddaşa yazın,
Bu haqq aşığını, Gülxanım bacı!
Çağır köməyinə sən ilahini,
Qoyma bu işıqlar sönsün, ay Allah!
Qoyma göz önündə gəzən dahini
Adi bir insana dönsün, ay Allah!
Əlvan saraylara meydan oxuyar,
Evində işığı keçən şairlər.
Sözdən hana qurar, xalı toxuyar,
Xalqın yaddaşına köçən şairlər.
Yandır işığını Məmməd Arazın,
İlhamın danışan dili susmasın.
Şair ürəyində dil açan sazın
Bəmi seyrəlməsin, zili susmasın.
Çeşməyə, çəmənə, dərəyə, dağa
Bir gün Günəş doğar, bir gün çən gələr.
Zülmət ürəkləri nurlandırmağa
İşıq şairlərin evindən gələr.
Heyif, Xəlil Rza sağ olaydı kaş,
Bugünkü görüşə o da gələrdi.
Yaraşıq verərdi qardaşa qardaş,
Vurardı özünü oda, gələrdi.


___________________Milli Kitabxana__________________
159
Ruhlar durulardı, təzələnərdi,
Könüllər meylənər, məzələnərdi.
Fikirlər, duyğular çözələnərdi,
Şirin xatirələr yada gələrdi.
Göydən endirərdik ulduzu,
Ayı, Şerin işığında içərdik çayı.
Nur kimi enərdi Tanrının payı,
Yerdən də, göydən də səda gələrdi.
Yandır işığını Məmməd Arazın,
Orda Mikayıl var, Xəlil Rza var.
Sən allah, o nuru sönməyə qoyma,
Harda qaranlıq var, orda qəza var.
Qoy dünya düşməsin şair gözündən,
Dəhliz də, eyvan da, otaq da yansın.
Alsın öz odunu şair sözündən,
Masa da, qələm də, varaq da yansın.
Saymaqla tükənməz ağrılar, dərdlər,
Necə göynəməsin ürəklərimiz?
Ehtiyac ucundan, qayğı ucundan,
Nə qədər işıqlar söndürmüşük biz.
İşığı özünsən şair ömrünün,
Cəfakeş bir ömür yaşayan qadın.
Düz otuz ildir ki, Məmməd Arazın
Alıb daş yükünü daşıyan qadın.
Ürəyi incəldib, ipə döndərib,
Bədəni qurudub, çöpə döndərib.
Qəlbin tellərini sapa döndərib
Bu, sənət yüküdür, Gülxanım bacı!
"Atamın kitabı" kitabdı, yazdı,
"Üç oğul anası" əzabdı, yazdı.


___________________Milli Kitabxana__________________
160
Bağrı şiş ucunda kababdı, yazdı,
Bu, sənət yüküdür, Gülxanım bacı!
İşıqsan, çıraqsan Məmməd Araza,
Silahsan, yaraqsan Məmməd Araza.
Ən böyük dayaqsan Məmməd Araza,
Bu, qeyrət yüküdür, Gülxanım bacı!
Sərt yolları sənintək "mərd bir qadınla keçdi,
Bütün keçilməzliyi sənin adınla keçdi!"
İşığı sönmədi Məmməd Arazın.
Nə özü, nə sözü, nə əqidəsi
Yolundan dönmədi Məmməd Arazın!
O ki bir torpağın yazan qələmi,
O ki bir millətin yazan əlidi.
Zülmət bürüsə də bütün aləmi,
Şairin işığı sönməməlidi!
Bu işıq sayğacla ölçülməz, bacım,
Tanrı işığıdır, kiçilməz, bacım.
Baxma, Məmməd Araz xərc içindədir,
Baxma, Məmməd Araz borc içindədir!
Allahın əliylə yanan işıqlar
Kəhkəşan qoynunda, bürc içindədir!

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin