ZəLİmxan yaqub seçİLMİŞ



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə62/94
tarix20.07.2023
ölçüsü1,5 Mb.
#136888
1   ...   58   59   60   61   62   63   64   65   ...   94
Zelimxan Yaqub-Seirler-2022

PİR KİMİ BAXDIM
Gözəl üzlər, gül çöhrələr
gözəlləşdirdi dünyanı.
Alov saçan ürəklərə
odlu təndir kimi baxdım.
Yerində deyilən sözlər
şərəfim, şöhrətim oldu.
Yerinə düşməyən sözə
acı təhqir kimi baxdım.


___________________Milli Kitabxana__________________
168
Tanrıdan aldığı nuru
bol-bol insana payladı,
Hər kim ağsaqqal oldusa,
ziyarət, pir kimi baxdım.
Çox-çox arzulayan oldu,
az-az insanlara çatdı,
Ağsaqqala möcüzətək,
müqəddəs sirr kimi baxdım.
Özü haqdan, sözü haqdan,
ilhamı haqdan gələnə,
Sözdə Səməd Vurğun kimi,
sazda Şəmşir kimi baxdım.
Sevgi doldu ürəyimə
tək olan Allahım kimi.
Birliyinə baş endirdim,
birimə pir kimi baxdım.
Sazın-sözün meydanında
Zəlimxan heç qısılmadı.
Mən ona harda baxdımsa,
şir oğlu şir kimi baxdım.
14 noyabr 2004
ŞAİRLİK
Ətəklərin genişi, zirvələrin ucası,
Çinarların nəhəngi, palıdların qocası,
Qartalların uçuşu, qayaların haçası,
Yerin, göyün ləngəri məni şair elədi!
Sözünü, söhbətini şirin dedi, xoş dedi,
"Ömrün bircə anı da qoy keçməsin boş", - dedi.


___________________Milli Kitabxana__________________
169
"Dəniz kimi dalğalan, çaylar kimi coş", - dedi,
Haqqın eşqi, əsəri məni şair elədi!
Bir yaxşılıq görəndə yumşaldım, mehə döndüm,
Bir gözəllik görəndə duruldum, şehə döndüm,
Bir xəyanət görəndə polad zirehə döndüm,
Sözün hökmü, kəsəri məni şair elədi!
Dağlar üçün qəlbimin titrəməsi, əsməsi,
Yüz bilənin başını bir bilənin kəsməsi,
Səhər-səhər ruhumun çöllərə tələsməsi,
Ömrün neçə səfəri məni şair elədi!
Ünü göylərdən gəlir qəlbə daman səslərin,
Qarşısına haqq çıxar haqq axtaran kəslərin.
Əqidə cəfakeşi əsil müqəddəslərin
Haqdan gələn xəbəri məni şair elədi!
Min illik kədər yatır hər havanın bəmində,
Dünyaların dərdi var bir insanın qəmində.
Hönkürüb ağlamışam yasında, matəmində,
Elin dərdi, kədəri məni şair elədi!
Sazdan qopan haraydı, tardan qalxan nalədi,
Göz yaşlarım könlümə tökülən şəlalədi.
Solan hər insan ömrü bağrı yanmış lalədi,
Könüllərin qəhəri məni şair elədi!
Alçağın, kəmfürsətin həzər, əlindən həzər,
Addımbaşı susdurub, vurmağa fürsət gəzər.
Didərdi pəncəsində, parçalardı bəd nəzər,
Tanrının xoş nəzəri məni şair elədi!


___________________Milli Kitabxana__________________
170

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin