ZəLİmxan yaqub seçİLMİŞ



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə81/94
tarix20.07.2023
ölçüsü1,5 Mb.
#136888
1   ...   77   78   79   80   81   82   83   84   ...   94
Zelimxan Yaqub-Seirler-2022

___________________Milli Kitabxana__________________
241
Şair diqqət ilə baxanda ona,
Elə bil sevincə qarışdı kədər.
Sənin ki zəhmətin çox olub, ana,
Niyə yatmamısan bu vaxta qədər?
Vurğun tək qonağı olan bir ana
Yerində dincəlib yatmaz, ay oğul!
Bir gecə gözlərim çimir almasa,
Dünyanın bir yanı batmaz, ay oğul!
Təki sənin kimi qonağım gələ,
Mənim də bir azca ömrüm uzana.
Nə qədər xoşbəxtəm bu gündən belə,
Şükür bu günləri bizə yazana.
Yaman incitdilər səni, can, bala,
Meylin nə çəkirsə hazıram, buyur!
Ana qonağını çəkir suala,
Qonaq zarafatla şeir oxuyur:
Acı sarımsaqlı,
Yuxa yarpaqlı,
Üstü cızdaqlı,
Yanı araqlı
Xəngəl pis olmaz!
Yadigar qalırdı bu söz, bu söhbət,
Zamandan-zamana uzanasıydı.
Analar gözündə sönməz məhəbbət,
Hər ana Vurğunun öz anasıydı!
* * *
Vurğun dedi: söylə görüm, ay Hacı,
Hanı mənim həsrətimin əlacı?
Doymaz könül aşıq acı, el acı,
Dilləndirə xəstəni də, sağı da.
Aşıq gərək, dərdimizi dağıda!


___________________Milli Kitabxana__________________
242
Bu torpağın hər damarı, hər qatı,
Ulu səsli "Cəngi", "Misri", "Heyratı"!
Bir ömürdü hər oxunan bayatı
Ruhumuz var oxşamada, ağıda.
Aşıq gərək, dərdimizi dağıda!
Qəmlənəndə göz yaşımız göllənib,
Sevinəndə sevincimiz sellənib.
O tellərdə dilə gəlib dillənib
Günümüzün qarası da, ağı da.
Aşıq gərək, dərdimizi dağıda!
Tufan var ki, əsib keçməz uzaqdan,
Başım çəkib, gözüm qorxmaz sazaqdan.
Yanan çoxdu, su gətirin bulaqdarı,
Dərd istər ki, Vurğun boyda dağ uda.
Aşıq gərək, dərdimizi dağıda!
Hər görüşdə xalqa sevinc paylayan
Dərdi niyə gətirirdi dilinə?
Axı, onu qaldırmışdı bu dövran
Şöhrətinin zirvəsinə, zilinə!
Bu torpağın işığıydı, nuruydu,
Güvənmişdi qələm tutan əlinə.
Böyük qəlbi saf sulardan duruydu,
Dərdi niyə gətirirdi dilinə?
Bir insan ki təbiətdən güc alıb,
Təbi donüb bu dağların selinə.
El gözündə Qoşqar kimi ucalıb
Dərdi niyə gətirirdi dilinə?
Kül törəyər hər alışan ocaqdan,
Xeyrin şəri, toyun yası varıymış.
Nahaq yerə söz çıxmazdı dodaqdan,
Hər kəlmənin öz əsası varıymış!


___________________Milli Kitabxana__________________
243
Sel dağların sinəsini oyantək
Ağrı onu içəridən oyurdu.
Bəlkə vaxtsız ağrı tapan bir ürək
Sahibini yaşamaqdan qoyurdu?
Öz atını oynatsa da qarlı qış,
Üşüməzdi qarın, buzun içində.
Əriyirdi yaş əlliyə çatmamış,
Üşüyürdü qırx doqquzun içində.
Qəlbə şübhə, gözə duman gətirib
Uçururdu şerimizin taxtını.
Vaxtsız əcəl insafını itirib
Vurğun ilə keçirirdi vaxtını.
Bu dəm yenə xəyalından keçirdi
Dərd istər ki, Vurğun boyda dağ uda.
Aşıq gərək, dərdimizi dağıda!
Kimsə səslədi birdən:
Yan durun, aşıq gəldi.
Elə yaraşıq gəldi.
Üstünüzə gün doğsun,
Gözümə işıq gəldi.
Aşıq Nəsib məhəbbətlə baş əydi,
Sinəsində çarpazladı əlini.
Bu məclisi, bu cəlalı görəndə
Xoşbəxt saydı obasını, elini.
Hörmət ilə şair qalxdı ayağa,
Salam aldı, salam verdi dostuna.
Qəlbi döndü min çeşməli bir dağa,
Elə bil ki, nur ələndi üstünə.
Arzusuydu çiçəklənən, güllənən,
Aşıq Nəsib taleyindən razıydı.


___________________Milli Kitabxana__________________
244
Bir dahinin eşqi ilə dillənən
Borçalının dil-dil ötən sazıydı!
Vurğun dedi: - Buyur görək, ay Osman,
Söz sənindi, saz aşığın, el bizim.
Elə çağla, dilə düşsün bu dastan,
Dövran bizim, meydan bizim, yol bizim.
Bir məclisdə əyləşib iki sənətkar insan,
Biri yaşından qoca, biri yaşından cavan.
Birinin tunc alnında qat-qat olub qırışlar,
Birinin alnındasa nə qat var, nə qırış var.
Birinin nəzərində hüdudsuz bir kainat,
Birinin nəzərində elə bağlı bir həyat.
Birinin səs-sorağı Londondan, Çindən gəlir,
Birinin təmiz eşqi
Dağ döşündə qaynayır, elin içindən gəlir!
Vurğun Osmandan deyir sənətdən söz düşəndə,
Osman daşır, qaynayır Səməddən söz düşəndə.
Hər ikisi nəğməkar, hər ikisi vətəndaş,
Osman Vurğuna sirdaş, Vurğun Osmana qardaş.
Bu məhəbbət, bu birlik
Ləyaqətin, qeyrətin baldan şirin barıdır,
Elə bil ki, bu dostluq
Vaqiflə Vidadinin
Yaratdığı dostluğun bənzərsiz təkrandır!
Budağın barı çoxsa, hünər kökündür demək.
Yaşaya bilmisənsə,
Ömür gözəl ömürdür, gün gözəl gündür demək.
Bu yollarda otuz il köhləni qoşa çapan,
Əsil səadətini
Elin qəlbində gəzib, xalqın içində tapan,
Niyyəti təmiz olan,
Adı, şöhrəti halal, eşqi bir dəniz olan,
Şöhrətdən qaça-qaça şöhrətinə çatanlar,
Ana laylası kimi ruhumuza yatanlar,
Ucalığı, zirvəsi doğma ellərə bəlli,



Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin