ZəLİmxan yaqub seçİLMİŞ



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə89/94
tarix20.07.2023
ölçüsü1,5 Mb.
#136888
1   ...   86   87   88   89   90   91   92   93   94
Zelimxan Yaqub-Seirler-2022

___________________Milli Kitabxana__________________
276
Göyçə, səndən ayrı düşdüm,
"Mənim səndə nəyim qaldı?!"
Qayaların qucağında
Səsim qaldı, küyüm qaldı.
Yazı, yayı qarlı, buzlu,
Hər neməti dadlı, duzlu,
Gül-çiçəkli, ay-ulduzlu
Yerim qaldı, göyüm qaldı.
Qara geysin bəduğuru,
Oddan, sudan çıxdı quru.
Nə gözümdə həyat nuru,
Nə dizimdə heyim qaldı.
Gərək daş olasan ki, duymayasan həsrəti,
Gərək kar olasan ki,
Eşidə bilməyəsən yer titrədən dəhşəti.
Gərək kor olasan ki,
Görməyəsən gözünə dolan acı tüstünü,
Gərək dağ olasan ki,
Dayanasan yerində sel kəsəndə üstünü.
Soruşma kiməm, nəçiyəm,
Dərdli sözündən tanınar.
Xəbər verər baxışları,
Yetim gözündən tanınar.
Sinəsini oxlar deşən,
Qürbət eldə bağrı bişən,
Torpağından ayrı düşən,
Solan üzündən tanınar.
Hey yandırar gözümü yaş,
Gözümdə yaş, başımda daş.
Közərirəm yavaş-yavaş,
Ocaq közündən tanınar.


___________________Milli Kitabxana__________________
277
Hansı ocağın közüyəm,
Hansı nəğmənin sözüyəm,
Hansı bulağın gözüyəm,
Mən bilmirəm, ellər desin!
Oldum zədən-zədən, yandım!
Külə döndü bədən, yandım!
Niyə yandım, nədən yandım!
Qoy yanıqlı tellər desin!
Göydən zülüm yağa-yağa,
Keçdim sola, qaçdım sağa.
Niyə düşdüm dağdan-dağa?
Məcnun gəzən çöllər desin!
CİLLİ AŞIQ MÜSEYİB
Cilli Aşıq Müseyib!
Sənin sazın dil açıb Cildən oxumaz daha,
Bəmdə dinər, danışar, zildən oxumaz daha!
Bülbül kimi ötərdin, dilliydin, dilsiz oldun,
Köç-köç oldu barxanan, elliydin, elsiz oldun.
Coşub-daşan bir eşqin seli dağlarda qaldı,
Çaldığın havaların gülü dağlarda qaldı.
Hanı o qumrovlu səs, hanı o şirin avaz,
Telləri kökləməyə nə güc qalıb, nə həvəs.
Dindi Aşıq Müseyib, dindi, amma nə dindi,
Neçə əsr dil açdı, neçə qərinə dindi.
Danış deyirsən, oğul,
Pozdular pərənimi, elimdən nə danışım?
Nə danışsam ağırdı,
Nə danışsam ölümdü, ölümdən nə danışım?
İçim məni yandırır,
Görən yoxdu tüstümü, çölümdən nə danışım?
Heç yadımdan çıxarmı


___________________Milli Kitabxana__________________
278
Evimdən, eşiyimdən son dəfə çıxdığım gün,
Göz açdığım torpağa son dəfə baxdığım gün!
Boylananda dağlara kimlər yadıma düşdü,
Neçə bəxti, taleyi kəmlər yadıma düşdü!
Qayalar titrədərdi Aşıq Əsədin səsi,
Qulaqlardan gedərmi Nəcəfin zənguləsi!
Yeddi dildə danışan Mirzə Bəylər varıydı,
Neçə qılınc oynadan ər oğlu ər varıydı.
Yatır Miskin Abdalım, Məmmədsöyün oyanmaz,
Bu ağrıya hər ürək tab gətirib dayanmaz!
Ucuz ölüm olmadı, ölüb orda qalaydım,
Payımı, qismətimi bölüb orda qalaydım.
O yerdə qazılmasa od tutar qəbrim yanar,
Dözməyi bacarmaram, dözümüm, səbrim yanar!
Uşaqlıq orda qaldı, cavanlıq orda qaldı,
Ömrə, günə, həyata heyranlıq orda qaldı!
Hardan-hara gətirdim gərəksiz qocalığı,
Qalıb ancaq ömrümün beş-on günlük qalığı!
Ha çağırdım oyanmadı,
Qalxan bəxtim yatan oldu.
Tale qoydu sapandına,
Eldən-elə atan oldu.
Tapılarmı itən səsim,
Hər diyara yetən səsim.
Qumru kimi ötən səsim
Birdən-birə batan oldu.
Sənətin xan aşığıydım,
İşıqlı dan aşığıydım.
Mən gündoğan aşığıydım,
Qismətim günbatan oldu.
Get mənsiz o dağların
Sağalmaz dağına bax!
Qışda qışlağını gör,
Yayda yaylağına bax!


___________________Milli Kitabxana__________________
279
Üstümə gün doğardı,
Bəxtimə nur yağardı.
Bir gecədə ağardı
Saçımın ağına bax!
Gəl qaçqının yanına,
Qorxu hopub canına.
Saralmış bostanına,
Üzülmüş tağına bax!
Eşqini çəkib zilə,
Dərdini salıb zilə.
Qəribin gilə-gilə
Əriyən yağına bax!
Üzü gülməz baxtımın,
Yazı gəlməz vaxtımın.
Şahlığımın, taxtımın
Çevrilən çağına bax!
Tez-tez gözlərin dolur, əl atırsan yaylığa,
Qoca dünya çox belə getməz, Aşıq Müseyib!
Yenə bülbüllər gələr, öz yerinə, yurduna,
Bayquşlar başa kimi ötməz, Aşıq Müseyib!
Az özünü darıxdır, az qəlbini əz daha,
Sazla gəzdiyin yeri xəyalınla gəz daha.
Yüz fikir bircə borcu ödəyə bilməz daha,
Bu elə nisgildi ki, bitməz, Aşıq Müseyib!
Avazdan mayalanıb, nəfəsdən mehrlənib,
Sənətin qüdrətiylə könüllər sehrlənib.
Ələsgərlə, Alıyla bərkiyib, möhürlənib,
İzimiz o torpaqdan itməz, Aşıq Müseyib!
Dahi Füzuli kimi neçə bəxti kəm olsa,
Qurbani, Abbas, Kərəm, bir məclisə cəm olsa,


___________________Milli Kitabxana__________________
280
Göydə süzən quşların lələyi qələm olsa,
Bu dərdi yazmaq üçün yetməz, Aşıq Müseyib!
Göyçə dərdi - heç vaxt yaddan çıxmayan,
Zaman-zaman qarşımıza çıxan dərd!
Qəlbimizi kaman kimi inlədən,
Ruhumuzu bir yay kimi sıxan dərd!
Qaranəfəs qasırğanı andıran,
Bizə çox-çox mətləbləri qandıran,
Üzümüzü şillə kimi yandıran,
Başımızda şimşək kimi çaxan dərd!
Bir mahalı bir gecədə kürüdən,
Ömrümüzü gilə-gilə əridən,
Oğulları ağac kimi çürüdən,
Kişiləri qaya kimi yıxan dərd!
Kül içində his bağlamış kömürdü,
Yağış döyən, sel aparan ömürdü.
Daşqın oldu, bizi yıxdı, yömürdü,
Çaylar kimi üstümüzə axan dərd!
Zaman bizlə nəs gətirdi, nəsdi, nəs,
Haqq bilir ki, haqqın səsi səsdi, səs!
Min illərin sonrasına bəsdi, bəs,
Min illərin əvvəlindən baxan dərd!


___________________Milli Kitabxana__________________
281

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin