___________________Milli Kitabxana__________________
263
Hələ ki Basarkeçər Vardenis olmamışdı,
Düz tərsinə çevirib, yaxşı pis olmamışdı.
Torpağın halal qızı, halal oğlu varıydı,
Onda Gümrü varıydı, Calaloğlu vanydı!
Neçə kəndin, şəhərin,
Neçə çayın, çeşmənin
Sehrli mənzərənin adı dəyişməmişdi,
Ətri, rəngi, şirəsi, dadı dəyişməmişdi!
Zaman verdi hökmünü, illər yaman dəyişdi!
Döndü kin yuvasma, gözlər yaman dəyişdi,
Dişlər yaman qıcandı, üzlər yaman dəyişdi.
Adam vaxtı dəyişdi, vaxt adamı dəyişdi,
Kəsilən çörəklərin dadı-tamı dəyişdi.
Ürəklərdə sevgilər nifrətə, kinə döndü,
Çevirdilər taxtını, dünya tərsinə döndü!
Yandıranlar sevinib, yananlar ah çəkirdi,
Qonşu öz qonşusunun üstə silah çəkirdi.
Soyuqlaşdı salamlar, əllər yaman dəyişdi,
Dəyişdi öz səmtini, sellər yaman dəyişdi.
Pay verib pay alanlar sanki peşiman oldu,
Aralığa qan düşdü, ortalıqda qan oldu.
Eşidənlər çox olub fəryadını, səsini,
Zodlu usta Abdulla
Bəlkə o zaman qoşub bu qəmli nəğməsini:
"Yandım, yetirən olmadı,
Mətləb bitirən olmadı.
Öldüm, götürən olmadı,
Qaldım ağlar arasında!"
Bu ahı, bu naləni
Əsən qəmli küləklər dağa-daşa çatdırıb,
Yazıq kişi ağlayıb,
Bu dərdlərin içində ömrü başa çatdırıb!
___________________Milli Kitabxana__________________
264
QANLI TARİX
Durdu gözüm önündə
Yenə qanlı tarixin qanlı faciələri.
Arxaya boylananda xatırladım nələri...
Unudarmı nəsillər
18-ci ilin qar-boranlı qışını,
Məkxli düşmənlərin kin dolu baxışını.
Göyçəli Səməd ağa, yanında Aşıq Nəcəf,
Qam dayandırmağı özünə sayıb şərəf.
Qışın oğlan çağında
Dostun da, düşmənin də gözünün qabağında,
Barışmağa gedirlər
Erməni Ağacanın qançanağı evinə.
Gərək elə çıxalar bu söhbətin içindən
Nə dostlar qan ağlaya, nə düşmənlər sevinə!
Arxadan səslər gəlir:
Getmə, ay Səməd ağa, səni öldürəcəklər!
Getmə, ay Aşıq Nəcəf, səni öldürəcəklər!
Ürəkləri göynədir sızıltılar, acılar,
"Getmə" deyir analar, "getmə" deyir bacılar.
Sizsiz nə qiyməti var bu obanın, bu elin,
"Getmə" deyir oğullar, "getmə" deyir qız, gelin.
Yurdunun, yuvasının sitəmini görən kəs
Ölümün üstə belə "getmirəm" deyə bilməz!
Getməmək olardımı el güdaza gedəndə,
Doğmaların qəlbini qasırğalar didəndə?!
Ona qıymaq olarmı, haşa Ölümdən, haşa!
Gedirdi Aşıq Nəcəf, boy-buxunu tamaşa.
Heç ölüm gələrdimi xəyalına, ağlına,
Heç qıymaq olardımı elin gözəl oğluna!
Səs Allah vergisiydi, avaz Allah vergisi,
Yazılmışdı bəxtinə Allahın şah vergisi!
Yerişi yerə şöhrət, baxışı göyə şöhrət,
Gedirdi Aşıq Nəcəf!
Göyçənin göyçək oğlu,
Çal-çağırı, çalğısı kamana, neyə şöhrət.
___________________Milli Kitabxana__________________
265
Təzə-tər çiçək oğlu!
Ocaq oğlu, pir oğlu!
Məclislərin şir oğlu!
Arxadan səs gəlirdi "Səni öldürəcəklər"!
Yoldan, izdən, cığırdan,
Qayadan səs gəlirdi "Səni öldürəcəklər"!
Səslərin vahiməsi ona əzab verirdi,
Pıçıltıyla dillənib, səsə cavab verirdi:
"Yox! Məni öldürməyə heç kəsin əli gəlməz,
Sənətkarı susdurub, sənəti öldürələr,
Heç bir zaman dünyaya belə bir dəli gəlməz"!
Ancaq o bilmirdi ki,
Heç kəsi bağışlamır düşmən qəddar olanda,
Nalələr eşidilmir qulaqlar kar olanda!
Görən gözü kor olur,
İnsanların çəkdiyi amana, aha baxmır!
Başının üstündəki böyük Allaha baxmır!
Elə bilir dünyada
Yaradan da özüdür, öldürən də özüdür.
Ağladan da özüdür, güldürən də özüdür.
Öz gözündə fil olur, özgəni milçək sanır,
Özünü Allah bilir, yer üzündə tək sanır.
Düşünür öz-özünə:
Məndən sonra da mənəm, məndən əvvəl də mənəm,
Düşünən baş-beyin də, yaradan əl də mənəm!
Dil yoxdu bu dünyada, mənim dilimdən özgə,
El yoxdu bu dünyada, mənim elimdən özgə!
Adəm mənim yanımda lap dünənki uşaqdır,
Həvva qədimliyindən danışırsa, nahaqdır!
Qəlbindən keçənlərə
Şübhə də var, inam da.
Öz-özünə düşünür: mən nə dedimsə, haqdır!
"Yan!" - deyib yandırdılar,
"Sın!" - deyib sındırdılar,
Samovar bağladılar Nəcəfin kürəyinə!
Dağ çəkdilər Bülbülün ruhuna, ürəyinə!
|