DOĞMA YURDDAN BİRDƏFƏLİK AYRILANDA
Ürəyinə bir xal düşür, ləkə düşür,
Baxışma bulud enir, kölgə düşür,
İnsan olan, bir görün nə kökə düşür,
Doğma yurddan birdəfəlik ayrılanda!
Odda yanar, suda batar, sel aparar,
İnsan saman çöpünə də əl aparar,
Bərəkəti dolu döyər, yel aparar,
Doğma yurddan birdəfəlik ayrılanda!
Yuvasmdan perik düşon quşa dönər,
Kodər gözdə bir qurumaz yaşa dönər,
İnsan dərdi çəkə-çəkə daşa dönər
Doğma yurddan birdəfəlik ayrılanda!
Ayrı düşdük isti-isti yuvalardan,
Ayrı düşdük sərin-sərin havalardan.
Ayrı düşdük ocaqların istisindən,
Ayrı düşdük bacaların tüstüsündən.
Doğma yurddan ayrı düşmək –
Hər gün göydən asılmaqdı!
___________________Milli Kitabxana__________________
273
Yetim kimi, yesir kimi
Bir tərəfə qısılmaqdı!
Dağ başından zil qaranlıq
Dərələrə sürüşməkdi!
Addımbaşı əcəl ilə,
Ölüm ilə görüşməkdi!
Damla-damla, gilə-gilə,
Zərrə-zərrə əriməkdi!
Parça-parça, damar-damar,
Buğum-buğum çürüməkdi!
Pencər kimi sıxılmaqdı,
İçəridən oyulmaqdı!
Diri-diri, qarış-qarış,
Təpə-dırnaq soyulmaqdı!
Şüşə kimi pul-pul olub tökülməkdi!
Əzilməkdi, əyilməkdi, bükülməkdi!
Doğma yurddan ayrı düşdün,
Gör arxanda nələr qaldı!
Neçə zirvə, neçə dərə,
Neçə yaylaq mələr qaldı!
Neçə-neçə külə dönmüş
Bir də heç vaxt alışmayan ocaq qaldı!
Ürəyində yaşayanlar gözlərindən uzaq qaldı!
Sinəsində yeridiyin çəhlim qaldı, cığır qaldı.
Şahin öldü, qartal susdu,
Geriyə boylanıb baxan,
Ürəyindən qanlar axan,
Neçə-neçə yazıq qaldı, neçə-neçə fağır qaldı!
Doğma yurddan ayrılanın əli işə-gücə yatmaz,
Gündüz səbri-qərarı yox, kirpik çalıb gecə yatmaz!
Əli işindən soyuyar, işi əlindən soyuyar,
Baxışından nur azalar, sözü dilindən soyuyar.
Əl uzatsa yurda sarı barmaq donar, əl üşüyər,
"Elim" desə, "obam" desə dodaq göynər, dil üşüyər.
Qürbət eldə xəzinə tap, doğma yurda əvəz deyil,
Hər şəhərdə bir qala yap, doğma yurda əvəz deyil!
___________________Milli Kitabxana__________________
274
Süd arxı çəkdir evinə, doğma yurda əvəz deyil
Aləm gülə, el sevinə, doğma yurda əvəz deyil!
Yeddi yerdən qulluğuna yeddi gözəl pay gətirə
Yeddi yerdən məlakələr sənə ulduz, Ay gətirə
Şahlar kimi taxtın ola,
Taxtın kimi baxtın ola
Doğma yurda əvəz deyil!
Doğma yurdun həsrəti var,
Hey incəldər, üzər səni.
Bu həsrətin zilləti var,
Basar, sıxar, əzər səni.
Bu xiffətin zilləti var,
Bu zillətin xiffəti var,
Kinli-kinli süzər səni.
Əjdahatək ağız açıb
Qucaqlayar məzar səni.
Yel əsəndə yellənərdik,
Sel gələndə sellənərdik,
Süzülərdik, göllənərdik,
Havamızı, suyumuzu
Bizə haram elədilər!
Boz atımız çullanardı,
Qır atımız nallanardı.
Şux gözəllər ballanardı,
Yasımızı, toyumuzu
Bizə haram elədilər!
Arzu sonsuz, ömür qısa,
Neçə toylar döndü yasa.
Başımızdan basa-basa,
Çinar kimi boyumuzu
Bizə haram elədilər!
___________________Milli Kitabxana__________________
275
Alovlanan, çıraqlanan,
Hay deyəndə yaraqlanan,
Kitab kimi varaqlanan
Əslimizi, soyumuzu
Bizə haram elədilər!
Qaçaq Kərəm!
Sən düşdüyün Soyuqbulaq yaylağına
İndi gəlib yağı düşüb.
Düşmən vurub qılıncını, qolumuzun sağı düşüb.
Nənələrin dillərinə
Təzə-təzə layla düşüb, təzə-təzə ağı düşüb!
Gözəldərə yaylağına Tovuz eli çıxmır daha!
Biz dağlara çox baxırıq, dağlar bizə baxmır daha!
Dürlü bulağın başına Bozalğanlı getmir daha,
Qara-qara qayaların ətəyində
Qara sazlar ötmür daha!
Fikir-xəyal qanadlanıb Topaşandan aşmır daha,
Nisgilimiz aşıb-daşır, sevincimiz daşmır daha!
Toğlucalı cığal Həsən! Toğluca son görən deyil,
İnnən belə o dağlardan əsən yellər
Azərbaycan qızlarının saçlarını hörən deyil!
Sən Göyçənin loğmanıydın, Hacı Nağı,
Sən dərdlərin dərmanıydın, Hacı Nağı!
Ağrıların yarasıydın,
Yaraların məlhəmiydin, könüllərin həmdəmiydin.
Min bir dərdə olac olub, min bir dərman tapasıydın.
Sınıq əli, sınıq qolu, sınıq könlü yapasıydın!
Hacı Nağı... Hacı Nağı...
Sağalası deyil daha sinəmizin Göyçə dağı!
Ulu loğman yerdən qalxa, məzarından baş qaldıra,
"Zülmün ağır zəncirini gözdən axan yaş qaldıra".
*
Unudula, yaddan çıxa bütün dərdlər, bütün qəmlər,
Yadımızdan çıxan deyil gördüyümüz bu sitəmlər!
*
Misra Rəsul Rzanındı
|