ZəLİmxan yaqub seçİLMİŞ



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə85/94
tarix20.07.2023
ölçüsü1,5 Mb.
#136888
1   ...   81   82   83   84   85   86   87   88   ...   94
Zelimxan Yaqub-Seirler-2022

___________________Milli Kitabxana__________________
260
NƏĞMƏ DODAQDA QALDI
Allah bir də heç kəsə bu dağı göstərməsin,
Qar-boranı, şaxtanı, sazağı göstərməsin.
Səhənglər suda sındı, dolça bulaqda qaldı,
Söz ürəkdə qırıldı, nəğmə dodaqda qaldı.
Bu ütüdən qurtarınb bir yana çıxmaq üçün
Gözlər göyə dikildi, ağızlar haqda qaldı.
Bizi öz bəxtimizə biganələr üşütdü,
Boran, qar üşütmədi.
Göyə çıxan vayları,
Daş dələn harayları
Kar qayalar eşitdi,
İnsanlar eşitmədi!
Biri öy tikdirirdi, öyü qaldı yarımçıq,
Biri öz balasını təzə nişanlamışdı,
Toyu qaldı yarımçıq!
Alışmadı şamları, gülmədi axşamları,
Qaldı, gözündə qaldı
Neçə-neçə insanın arzuları, kamları.
Taleyin qəsdinə bax!
Əziyyət verə-verə öldürür adamları!
Duyğular kövrəkləşir, könüllər sızlar olur,
Saçı yolan gəlinlər, ağlayan qızlar olur.
Qara gəlmiş dövranın ili ildən pis gəlir,
Qəddimizi əyməyə,
Qapımızı döyməyə
Gündə bir alçaq gəlir, gündə bir xəbis gəlir!
Fərman verən kəslərin
Qəlbi, hissi, niyyəti daş olur, dəmir olur,
Puç olan saf arzular, çürüyən ömür olur!
Verilən fərmanların hamısı boş, yalançı,
Fərman alan köməksiz, fərman verən talançı!
Gəl, indi baş tap görüm
Minsifət adamların əməlindən, işindən.
Qurtar öz taleyini
Oyunbaz siyasətin caynağından, dişindən.


___________________Milli Kitabxana__________________
261
Zorla, güclə, kələklə
Əllərindən alalar dağını, aranını,
Əzələr mənliyini, qaraldalar qanını.
Qayaların döşündən pozalar naxışım,
Yaman günə qoyalar baharını, qışını.
Qoymayalar qalmağa daş üstündə daşını,
Silələr tarixini, alalar yaddaşını.
Torpağına göz dikib, yurduna qəsd edələr,
Yeridiyin yerdəcə səni şikəst edələr.
Danışmaq istəyəndə dilini bağlayalar,
Yerimək istəyəndə yolunu bağlayalar.
Özünü xilas üçün
Əl-qol atmaq istəsən, qolunu bağlayalar!
Onda qalxır şikayət,
Onda qopur qiyamət.
Onda çəkilir göyə
Gözdə nur, dizdə taqət.
Nə zaman ki, böhtan gülür,
Şər yeriyir, ayaq tutur,
Nə zaman ki, başa keçib
Haqq yerini nahaq tutur,
Nə zaman ki, əyri düzlə,
Yaxşı pislə calaq tumr,
Bax, o zaman Lələ köçür,
Kərəmi ağlamaq tutur!
İLLƏR YAMAN DƏYİŞDİ
Bir vaxt gözəl Göyçənin gözəl günləri vardı,
Çal-çağırı, şadlığı, toy-düyünləri vardı.
Dəliqanlı igidlər köhlənlər çapardılar,
Qayalar sinəsində xəznələr tapardılar!
Çinarboylu oğullar gözəllər seçərdilər,
könüllər yapardılar!
Ürək təmiz, könül saf, baxış büllur olardı,
Təbiət başdan-başa alışan nur olardı!


___________________Milli Kitabxana__________________
262
Çalınardı zurnalar, səslənərdi, "Cəngi"lər,
Səslənərdi ayaqda gümüşü üzəngilər!
Kişilər bir-birinin əlini sıxardılar,
Gümüş qaşlı yəhərdə,
Qızıl yallı kəhərdə,
Sərin mehli səhərdə
Düzləri meydan seçib yarışa çıxardılar!
Yarışda bilinərdi
Kiminki Qırat oldu,
Kiminki Dürat oldu.
Kiminki mağrım, fağır,
Kiminki kür at oldu.
Mənzilə tez çatanın yetişərdi nəməri
Bağlanardı belinə xoşbəxtliyin kəməri!
Məclislərin sirdaşı "İrovan çuxuru"ydu,
"Göyçəgülü" havası baxışlarm nuruydu!
Göyçənin öz nağılı, öz dastanı varıydı,
Hər havanın ruhunda elin canı varıydı.
Göyçənin öz havası, öz laylası varıydı,
Xeyri, şəri, bayramı, toyu, yası varıydı!
Obaların hamısı doğma, yaxın, dost, tanış,
Zod, Ağkilsə, Ağbulaq, Cil, Babacan, Ardanış!
Ncçə-neçə kənd adı, saymağa yox ehtiyac,
Sazlı-sözlü bir diyar, şöhrətdən başında tac!
Burda meydan açanın gücü torpaqdan gəlib,
Sazını çalanın da, Sözünü qoşanın da,
Döyüşlər meydanında qaynayıb coşanın da,
Səsi, eşqi, vergisi taledən, haqdan gəlib!
Bir vaxt gözəl Göyçənin gözəl də günü vardı,
Çal-çağırı, şadlığı, toyu, düyünü vardı!
Onda bulanmamışdı, sular hələ duruydu,
Göz yaşı tanımırdı, yanaqlar qupquruydu!
Saçlara sığal çəkən xoşbəxtliyin əliydi,
Könüllər havalıydı, dodaqlar nəğməliydi!
Hələ çevrilməmişdi İrəvan Yerevana,
Hələ çevrilməmişdi Göyçə gölü Sevana!



Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin