NÜVƏ SİLAHI
Nüvə silahı məlum olan digər kütləvi qırğın silahları ilə müqaisədə güclü zədələmə xassəsinə malikdir. Nüvə silahında müxtəlif nüvə reaksiyaları nəticəsində ayrılan enerjidən istifadə olunur.Nüvə silahının partlayış gücü trotil ekvivalenti ilə xarakterizə edilir.
+
Hədəfə çatdırmaq üçün müxtəlif növlü raketlərdən, təyyarələrdən, sualtı qayıqlardan, gəmilərdən habelə artilleriya toplarından istifadə etmək mümkündür. Nüvə silahının tətbiqi məqsədindən və basqın hədəfinin xarakterindən asılı olaraq nüvə silahı kosmosda, havada, yerdə, yeraltında, suda və sualtında partladıla bilər.
Nüvə partlayışı nəticəsində 5 cür zərərli təsir meydana çıxır. Bunlara nüvə partlayışının zədələyici amilləri deyilir.
Zərbə dalğası-50%
Işıq şüalanması-35%
Nüfuzedici radiasiya-4%
Yerin radioaktiv zəhərlənməsi-10%
Elektromaqnit implus-1%
Zərbə dalğası
Partlayış mərkəzindən hər tərəfə çox yüksək sürətlə yayılan çox güclü sıxılmış hava (torpaq və su) qatından ibarətdir. Təsiri sursatın gücündən partlayışın növündən və s. asılı olur. Məsələn 20 kilotonluq nüvə zərbə dalğası 1 km məsafəyə 2 saniyə 2 km-ə 5 saniyə 3 km-ə 8 saniyə ərzində çatır 3 mgt müvafiq olaraq 1 km 0,5, 2 km 2, 3 km məsafəyə 3 saniyəyə çatır. Zərbə dalğası nəticəsində binalar, qurğular, tikililər dağılır, insanlar isə məhv olur yada müxtəlif dərəcəli zədələr alırlar.
Nüvə silahının zərbə dalğasının təsirindən qorunmaq üçün düzəldimiş sığınacaq və daldanacaqlardan istifadə olunur.
Işıq şüalanması
Nüvə partlayışı zamanı meydana çıxan od kürəsinin saçdığı gözə görünən, ultra-bənövşəyi və info qırmızı güclü şüalanma selidir.Təsir müddəti nüvə yükünün gücündən asılı olaraq 10-20 saniyə müddətində olur.Təsirinin qisa müddətinə baxmayaraq işıq şüalanması xeyli uzaq məsafələrdə gözlərin müvəqqəti və ya daimi korluğuna bədənin açıq yerlərində yanıqlara , materialların yanmasına, əriməsinə vəkömürləşməsinə səbəb olur.Təsiri meteoroloji şəraitdən çox asılı olur.Qatı duman yağış və qar onun təsirini 10-20 dəfə zəiflədir. Sığınacaq və daladalanacaqlar qorunmaq üçün ən etibarlı yerlərdir.
Nüfuzedici radiasiya
Nüvə partlayışı zamanı qəza partlayış yerindən ətrafa yayılan gözə görünməyən qamma şüalar və neytron selindən ibarətdir. Təsiri ondan ibarətdirki qamma şüalar və neytronlar canlı toxumaların molekullarını ionlaşdırır. Bu isə insan və heyyvan orqanizmində maddələr mübadiləsinin pozulmasına hüceyrələrin və müxtəlif üzvlərin həyat fəaliyyətinin dəyişməsinə yolxucu xəstəliklərə qarşı orqanizmin mübarizə qabiliyyətinin zəifləməsinə səbəb olur. Muxtəlif six və qalın materiallardan kecərkən nüfuz edici radiasiyanin təsiri zəifleyir, beləki radiasiya dozasının üstü örtülmüsh xəndək 40 dəfə, mühafizə ücün uygunlaşdırılmış zirzəmi 400 dəfə zəiflədir.
Radioktiv zəhərlənmə
Yerdə nüvə partlayışı baş verəndən sonrakı anlarda radioktiv zərrəciklər odlu kürənin tərkibində olur. Odlu kürə buxara və tüstüyə bürünərək hündürə qalxır və bir neçə saniyədən sonra topa buludlara çevrilir. Hündürə qalxan hava axınları yerdən toz torpağı göyə qaldırır buludun tərkibində radioaktivləşdirir və onu km məsafələrə aparır. Bu amili digərlərindən fərqləndirən cəhətlər: -Zəhərlənmiş geniş sahələri əhatə etməsi; -Uzun müddət təsir göstərməsi; -Çətin aşkar olunması və s.ə.
Adamları radioaktiv zəhərlənmədən mühafizə etmək ücün onları ümumi xarici şüalanmadan qorumaq, həmdə radioaktiv maddələrin dəri səthine, burunun, gözlərin ətrafına düşhməsinin və hava, ərzaq, su ilə orqanizmə keçməsinin qarşısını almaq lazımdır. Bu məqsədlə radiasiya əleyhinə sığınacaqlar, daldalanacaqlar və fərdi mühafizə vasitələrindən (respirator, əlehqaz, tozdan qoruyan parça maska, və tənzifli maska) istifadə etmək lazımdır.
Elektro-maqnit impuls
Nüvə partlayışı zamanı ətrafa külli miqdarda qamma kvantlar və neytronlar yayılır. Bunlar ətraf mühitin atomları ilə qarşılıqlı təsirə qoşularaq elektro maqnit sahələri yaradır. Nəticədə hava və yeraltı rabitə-kabel, siqnal-elektrik xətlərində radiostansiyaların antenalarında qısa müddətli lakin çox güclü cərəyan və gərginlik əmələ gətirir. Buna elektromaqnit impuls deyilir. Mühafizə vasitəsi kimi qoruyucu avtomat tərtibatlarından istifadə olunur